Bazar mexanizmi ilə dövlət tənzimlənməsi arasındakı nisbət ədalətli bölgü prinsiplərinə və iqtisadi resurslardan
səmərəli istifadə edilməsinə nail olunması üçün optimal olmalıdır. Bu metodlar bir-birinə zidd deyil, əksinə biri-
digərini tamamlayır.
Bazarın sosial-demokrat modelində dövlət
öz vəsaitlərini, iş qüvvəsinin təkrar istehsalını tə’min edən dövlət
sektoru müəssisələrinə qoyur. Buraya təhsil, səhiyyə və bir sıra sosial sfera sahələri daxildir. Bu modeldə işçilərin
ixtisaslarının artırılmasına və yenidən hazırlanmasına xüsusi fikir verilir. Əsas ağırlıq
işsizliyə görə müavinətlərin
verilməsi üzərinə deyil, işçilərin ixtisaslarının artırılmasına düşür.
Digər bazar modellərindən fərqli olaraq, İsveç bazar modelində, iqtisadiyyatın müxtəlif sahələrində çalışan
fəhlələrin əmək haqları arasındakı fərq o qədər böyük deyil.
Bazar iqtisadiyyatının sosial-demokrat modelində bir tərəfdən, məşğulluğun müdafiəsi
ilə sosial
proqramların həyata keçirilməsi arasında, digər tərəfdən isə yüksək artım tempinə nail olunması, səmərəliliyin
yüksəlməsi ilə inflyasiyaya qarşı mübarizə arasında ziddiyyətlər mövcuddur.
§5. Azərbaycan üçün bazar iqtisadiyyatı
modelinin seçilməsi
Planlı təsərrüfatdan bazara keçid dövründə, bazar iqtisadiyyatının hansı modelindən
təcrübədə istifadə
edilməsi nəzəri və praktiki əhəmiyyət kəsb edir.
Bazara keçidin ilk dövrlərində Azərbaycanda bazar iqtisadiyyatının amerikan modelindən istifadə
edilməsinə daha çox üstünlük verilirdi. İnflyasiya və büdcə kəsirinin aradan qaldırılmasını qarşısına məqsəd qoyan
monetarizm siyasəti dövlətin iqtisadiyyata ən az və ehtiyatla müdaxilə etməsini nəzərdə tutur. Monetarizm-
iqtisadiyyatda pul amillərinin mühüm rol oynamasını göstərən stabilləşdirmə nəzəriyyəsidir. Monetaristlər
iqtisadiyyatın tənzimlənməsini
hər şeydən əvvəl pulun həcmi, emissiyası, tədavüldə və ehtiyatda olan pulun
miqdarı üzərində dövlətin nəzarətində görürlər. İqtisadi islahatların ilk illərində bir çoxları göstərirdilər ki, bazar
öz-özünə iqtisadiyyatın bütün problemlərini həll etməyə, disproporsiyaları aradan götürməyə, struktur dəyişiklik-
lərini həyata keçirməyə qadirdir. Buna görə də iqtisadiyyatın nəinki həddən artıq dövlətləşməsinin qarşısını al-
maq, hətta dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək lazımdır. Dövlətin iqtisadi siyasətində belə
bir kursun
həyata keçirilməsi nəticəsində, mövcud olan pulsuz təhsil və səhiyyə sistemi tədricən aradan qaldırılır
və bu sahələrdə kommersiya prinsiplərindən geniş istifadə edilməsinə başlanılırdı. Sosial-siyasət isə əhalinin ən
kasıb və ən aşağı səviyyədə yaşayan hissəsinə kömək edilməsinə yönəldilirdi.
Hələ o dövrdə göstərildi ki, Azərbaycan reallığı üçün amerikan (liberal) modelinin istifadə edilməsi qeyri-
mümkündür və sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına doğru addımlar atılması məqsədəuyğundur.
Liberal bazar modelinin fərqləndirici me’yarlarından biri olan dövlətin iqtisadiyyata müdaxilə etməməsi və
ya məhdud dərəcədə müdaxilə etməsi bizim ölkə üçün bir çox cəhətlərə görə məqsədəuyğun deyil. Əvvəla, bazara
keçid iqtisadiyyatı şəraitində dövlətin tənzimləyici rolu, artıq bərqərar olmuş bazar iqtisadiyyatına
nisbətən yüksək
olmalıdır. Belə ki, keçid dövründə iqtisadiyyatda özəlləşdirmə prosesi həyata keçirilir, bazar infrastrukturu yaradılır,
yeni qiymət sistemi formalaşır. Bundan əlavə, iqtisadiyyatda struktur dəyişiklikləri baş verir. Bütün bu
proseslərin həyata keçirilməsində dövlətin tənzimləyici rolu böyükdür.
Beləliklə, bazar iqtisadiyyatının amerikan modelinin Azərbaycan üçün seçilməsi, bizim tarixi ən’ənələrimiz,
xalqımızın mentaliteti, mövcud olan konkret iqtisadi vəziyyətimiz baxımından qeyri-mümkündür. Deməli,
Azərbaycanda amerikan (liberal) bazar modeli tətbiq edilə bilməz.
Bu onu göstərir ki, Azərbaycan üçün bazar iqtisadiyyatının modelini seçərkən alman və ya İsveç
modellərindən istifadə edilməlidir. Belə baxdıqda üstünlük İsveç
modelinə verilə bilər, çünki bu model daha çox
bizim xalqımızın mentalitetinə uyğun gəlir (ümumilik, kollektivlik, sosial tələbatların çox hissəsinin pulsuz döv-
lət hesabına ödənilməsinə vərdiş edilməsi). İsveç modeli üçün xarakterik olan sosial ehtiyacların ödənilməsi
məqsədilə əldə olunan gəlirlərin yenidən bölüşdürülməsi bizim əhalinin əksər hissəsi
tərəfindən böyük ruh yük-
səkliyi ilə qarşılanardı.
İsveç modelinin üstünlükləri ilə yanaşı, onun çatışmayan cəhətləri də vardır. Əgər 50-60-cı illər İsveçin inki-
şafı üçün əlverişli sayılırdısa, artıq 70-80-cı illərin böhranlı dövründə ümumi milli məhsulun artımının azalması,
sənaye məhsulunun aşağı düşməsi müşahidə olunurdu. İstehsalın aşağı düşməsi, tə’diyə balansının pisləşməsi uzun
illər ərzində dövlət büdcəsinin kəsirli olmasına səbəb olmuşdur. 1982-ci ildə bu kəsir ümumi milli məhsulun artıq
15 faizini təşkil edirdi.
İsveç iqtisadiyyatının sosial yönümlüyünün artması iş qüvvəsinin baha və ölkədə istehsal olunan əmtəələrin
qiymətlərinin yüksək olmasına səbəb olmuşdur. Transfert ödəmələrin geniş tətbiq edilməsi əhalinin sosial
müdafiəsi üçün büdcədən yüksək vəsaitlərin ayrılmasını tələb edir ki, bu da vergilərin artırılmasına tə’sir göstərir.
Bütün bunlar xərclərin, ixrac edilən əmtəələrin və xidmətlərin qiymətlərinin bir neçə dəfə yüksəlməsinə səbəb
olmuşdur. Bunun nəticəsində İsveç müəssisələrinin dünya bazarlarında rəqabət aparması çətinləşmişdir. Bu da
ixracın azalmasına, sənaye istehsalının həcminin aşağı düşməsinə tə’sir göstərmişdir.
Beləliklə, həm əmək haqqı, həm də müxtəlif sosial ödəmələr hesabına yüksək
həyat səviyyəsinə nail olmaq
xərclərin artmasına, qiymətlərin yüksəlməsinə, dünya bazarlarında əmtəələrin və xidmətlərin rəqabət
qabiliyyətinin azalmasına gətirib çıxartmışdır. Müasir dövrdə İsveç iqtisadiyyatının səmərəliliyi aşağı düşür. Bu,
mənfəətin böyük hissəsinin yenidən bölüşdürülməsi nəticəsində sahibkarlıq fəaliyyətinin stimullaşmasının aşağı
düşməsi və sosial ehtiyacların ödənilməsinə yönəldilən vəsaitlərin artması nəticəsində, investisiyalara sərf oluna
74