§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri.
Antiinhisar (antitrest) qanunvericiliyi
İnhisarın sosial-iqtisadi nəticələri xalis inhisar baxımından daha qabarıq şəkildə
təzahür edir. Bu zaman aşağıdakı dörd amil diqqəti cəlb edir:
a) Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi: Məlumdur ki, xalis
rəqabət prosesi, «istehsal səmərəliliyi» və «resursların bölüşdürülməsi
səmərəliliyi» nəticələrini əldə edə bilər. İstehsal səmərəliliyi o halda əldə edilə
bilər ki, istehsalın son xərcləri minimum olduğu zaman firmanın
sahəyə azad daxil
olması və çıxması firmanı optimal istehsal norması ilə işləməyə məcbur etsin.
Onda məhsulun qiyməti də razılaşdırılmış orta məcmu xərclərdən aşağı olar.
İnhisarçı, rəqabət aparan istehsalçıdan fərqli olaraq yüksək qiymətə daha az
həcmdə məhsul satmağı sərfəli hesab edəcək. Xalis rəqabət şəraitində istehsal
olunan məhsulun qiyməti ilə müqayisədə inhisarçılar tərəfindən daha az həcmdə is-
tehsal olunan məhsulun qiyməti yüksək olacaq.
b) Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında olan müqayisə ilə
əlaqədar olan çətinliklər: Xalis inhisarı qiymətləndirməyimiz
bizi belə bir nəticəyə
gətirib çıxarır ki, rəqabət aparan firmalardan fərqli olaraq, eyni xərclərlə xalis
inhisarçı firma məhsulun istehsalının həcmini daha da azaldacaq, qiymətləri
yüksəldəcək və iqtisadi resursların bölünməsinə maneçilik törədəcək. Bu fərqli
nəticələr inhisarı xarakterizə edən sahəyə daxilolmanı məhdudlaşdıran hədlərdən
irəli gəlir.
v) sahəyə daxil olmağı məhdudlaşdıran hədlərin hesabına inhisarçı daimi
olaraq yüksək inhisar mənfəəti əldə edir.
Bu da onu göstərir ki, inhisarçı firma
rəqabət aparan firmalara nisbətən ETT-nin inkişafı üçün daha çox maliyyə
resurslarına malik olacaq. Bəs inhisarçını texniki tərəqqiyə vadar edən nədir?
Burada bir məqam vardır ki, inhisarçılığın yeni texnika və məhsul əldə etməyini
zəiflədir; rəqiblərin olmaması o deməkdir ki, inhisarlaşdırılmış bazarda ETT-yə
avtomatik stimul yoxdur. Özünün bazarda vəziyyətinin qorunmasına arxalanaraq
inhisarçı səmərəsiz və tənbəl ola bilər. Rəqabətli
bazarda kəskin mübarizə
səmərəsiz olanları cəzalandırır; Səmərəsiz inhisarçı bu cəzanı onun rəqiblərinin
olmamasına görə almır. İnhisarçı özünə güvənir və mövcud vəziyyətdə qalmaq
hüququ vardır. İnhisarçıya istehsal və məhsul sahəsində təkmilləşdirmə
aparmaqdan imtina etmək sərf edir. Yeni təkmilləşdirilmiş texnika inhisarlar
tərəfindən qəbul olunur. Çünki, onlar yeni texnikanın
daxil edildiyi anda istehsal
xərclərini aşağı salır və mənfəəti yüksəldirlər.
q) əsas məsələlərdən biri də gəlirlərin bölgüsüdür: Sahibkar inhisarçı gəlirlərin
bölgüsündə qeyri-bərabərliyi şərtləndirir. Öz bazar hökmranlıqlarının sayəsində
inhisar-firmalar rəqabət aparan firmalara nisbətən bazarda daha yüksək qiyməti
təsbit edirlər: inhisar faktiki olaraq istehsalçıları «xüsusi vergi» yolu ilə qarət
etmək və bu yolla öz gəlirlərini yüksəltmək vəziyyətindədirlər. Bazar iqtisadiy-
yatının inkişafının müəyyən bir mərhələsində inhisarçılıq
elə bir səviyyəyə gəlib
çatır ki, ona qarşı tədbirlərin görülməsinə zərurət yaranır. Bu tədbirlər iki
istiqamətdə aparılır.
1. Rəqabətin inkişafına müvafiq strukturlar tərəfindən əlverişli mühit yaradılır.
89
2. İnhisarçı mövqeyə malik olan təsərrüfat subyektlərinin fəaliyyəti hüquqi
aktlarla müvafiq orqanlar tərəfindən məhdudlaşdırılır.
İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında
ABŞ-da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə, o cümlədən,
Azərbaycanda
da bazar münasibətlərinə keçidlə əlaqədar inhisarların fəaliyyətini tənzimləyən
qanunlar qəbul edilmişdir.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 13. İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT
§1. İstehsal xərclərinin mahiyyəti. Daxili və xarici istehsal xərcləri
§2. İstehsal xərclərinin təsnifatı və dinamikası
§3. Alternativ və ümumi iqtisadi xərclər
§4. Mənfəət və onun artırılması yolları
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev, Ə.P.Babayev, M.X.Meybullayev ümumi elmi redaktəsi ilə,
Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. В.И. Видяпина, Г.П.
Журалвевой. –М.: Изд-во: экономической академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-
во: Тамбовского университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.: Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И. Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-
во: СПб ГУЭФ. 1997, –480 с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им. М.В.Ломоносова. Изд-во « Дело и
Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.: Гуманит. Изд-во: Центр ВААДОС,
2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н. Чепурина, Е.А. Киселевой. –Киров:
АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отношения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В. Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.
§1. İstehsal xərclərinin mahiyyəti. Daxili
və xarici istehsal xərcləri
İqtisadi ehtiyatlar, istər təbii - torpaq, sular, faydalı qazıntılar, istər insan ehtiyatları, istərsə də cəmiyyət
tərəfindən yaradılmış olan istehsal vasitələrinin miqdarı məhduddur. Əgər bu iqtisadi ehtiyatlar sonsuz miqdarda çox
olarsa, iqtisad elminə ehtiyac olmazdı. Başqa sözlə desək, hər hansı təsərrüfat fəaliyyətinin
nəticələrinin o
cümlədən məhsul istehsalına sərf olunmuş iqtisadi ehtiyatların miqdarının müqayisəsi əhəmiyyətini itirmiş olardı.
Lakin həyat məhz bu iqtisadi ehtiyatların məhdudluğu şəraitində mövcuddur. Buna görə də hər bir istehsalçı,
təsərrüfat fəaliyyətinin səmərəliliyi baxımından istifadə olunmuş iqtisadi ehtiyatların kəmiyyətinin ən əlverişli
variantını seçməli olur.
Əmtəə-pul münasibətləri şəraitində məhsulun istehsalına sərf olunmuş iqtisadi ehtiyatların hesabı, sahibkarın
bu ehtiyatların əldə edilməsinə, alınmasına sərf etdiyi pulun miqdarı ilə aparılır. Bu baxımdan, məhsulun istehsalı
90