üçün zəruri olan iqtisadi ehtiyatların kəmiyyətini, müəssisənin bu ehtiyatların əldə edilməsinə sərf etdiyi pulun
miqdarını
istehsal xərcləri kateqoriyası əks etdirir.
İstehsal xərclərinin təhlilinə hər şeydən əvvəl bu xərclərin müəssisə üçün daxili və ya xarici xərclər olması
baxımından yanaşmaq lazımdır. Belə ki, istehsal xərclərinin bir hissəsi əmək ehtiyatlarına, xammal, yanacaq, enerji,
nəqliyyat və s. çəkilən
xərclər olub, müəssisənin bu ehtiyatlara görə təchizatçılara verdiyi puldan ibarətdir. Bu
xərclər müəssisənin kənara verdiyi xərclərdən ibarət olduğundan
xarici xərclər adlanır. Bundan başqa, istehsal
prosesində müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatlardan (məsələn, istehsal binasından) və sahibkarın öz
əməyindən istifadə edilir. İstehsalda istifadə edilmiş bu iqtisadi ehtiyatlar da istehsal xərci kimi çıxış edir. Belə ki,
bu ehtiyatlar məhsul istehsalına sərf edilməkdənsə başqa şəkildə istifadə edilərdi və bu, sahibkarlara
pul gəliri
gətirə bilərdi. Müəssisə binasını icarəyə verib icarə haqqı və ya sahibkarın əməyini başqa müəssisədə tətbiq edərək
əmək haqqı almaq olar. Bu səbəbdən sahibkar məhsul istehsalında istifadə edilən, özünə məxsus olan iqtisadi
ehtiyatları onların hər hansı başqa şəkildə istifadə edərək ala biləcəyi pulun (icarə haqqı, əmək haqqı və s.)
miqdarında istehsal xərclərinə aid edir. Bu iqtisadi ehtiyatlar üçün kənara pul xərclənmədiyindən onlar
daxili
xərclər
kimi çıxış edir.
Sahibkarın əməyinin daxili xərclərə aid edilməsinin xüsusiyyəti ayrıca qeyd edilməlidir.
Bu cəhətdən
sahibkarın öz əməyinin başqa şəkildə tətbiqi nəticəsində (məsələn, digər firmada menecer işləmək müqabilində) ala
biləcəyi əmək haqqını müəssisənin məhsul buraxılışından əldə etdiyi mənfəətlə müqayisə etmək lazımdır. Əgər
əmək haqqı mənfəətdən çox olarsa, menecer işləyərək sahibkarlıq fəaliyyətindən imtina etmək daha əlverişli olardı.
Buna görə də sahibkar menecer işləyərkən ala biləcəyi əmək haqqından imtina etməyə görə haqq kimi, müəssisədən
aldığı mənfəətin bu əmək haqqına bərabər kəmiyyətini istehsal xərclərinə aid edir. Müəssisənin əldə etdiyi
gəlirin bu
kəmiyyətə bərabər hissəsi
normal mənfəət adlanır və sahibkar onu öz əmək haqqı kimi daxili xərclər sırasında he-
sablayır. İstehsal xərclərini daxili və xarici xərclərə ayırmaqla biz müəssisələrin mühasibat mənfəəti ilə iqtisadi (xa-
lis) mənfəətini fərqləndirməliyik.
Mühasibat mənfəəti məhsul satışından əldə edilən pulun miqdarından xarici
xərclər çıxmaqla hesablanır.
İqtisadi (xalis) mənfəət
satışından əldə edilən puldan bütün istehsal xərclərini çıxmaqla müəyyən edilir.
İqtisadi mənfəət,
istehsal xərclərinə aid olan, normal mənfəətdən əlavə alınmış xalis gəlirdir. Xalis mənfəət
sahibkarların müəssisədə fəaliyyətini davam etdirməsi üçün əsas stimul, maraq rolunu oynayır.
§2. İstehsal xərclərinin təsnifatı və dinamikası
İstehsal xərcləri müəssisənin (firmanın) məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmindən
ibarətdir. İstehsal xərclərinin quruluşuna baxaq.
İstehsal xərclərini iki hissəyə bölmək olar: həcmi istehsal olunmuş məhsulun sayından asılı olmayan
sabit
xərclər
və həcmi istehsal olunmuş məhsulun sayından asılı olan
dəyişən xərclər. Qeyd etmək lazımdır ki, dəyişən
xərclərin həcmi buraxılan məhsulun sayı ilə qarşılıqlı əlaqədə olsa da bu iki kəmiyyət arasındakı asılılıq
mütənasib
xarakter daşımır. İstehsala cəlb olunmuş əlavə dəyişən xərclər müəyyən həddə çatana qədər məhsul buraxılışının
həcmi daha yüksək templə artır. Müəyyən həddən sonra məhsul buraxılışının artım tempi əlavə dəyişən xərclərə
nisbətən aşağı düşür.
İstehsal xərclərinin sabit və dəyişən xərclərə bölünməsinin sahibkar üçün əhəmiyyəti vardır. Belə ki,
qısamüddətli dövrdə sahibkar bazar konyukturasına uyğun olaraq istehsal xərclərinin optimal həcmdə saxlan-
masına nəzarət etmək üçün yalnız dəyişən xərclərin həcmini tənzimləməlidir,
çünki sabit xərclər bazar
konyukturasından asılı olmayaraq dəyişməz qalır. Dəzgahlar artıq alınıb, quraşdırılıb, onların haqqı ödənilib, icarə
haqqı ödənilir və s.
Haqqında danışdığımız sabit və dəyişən xərclər müəssisənin bütünlükdə istehsal prosesinə çəkdiyi xərclərə
aid olduğundan onları ümumi sabit və ümumi dəyişən istehsal xərcləri adlandırmaq olar. Belə olduqda
müəssisənin (firmanın) ümumi istehsal xərcləri ümumi sabit və ümumi dəyişən xərclərin cəmi kimi hesablanır.
Ümumi istehsal xərclərinin quruluşu, dinamikası, onların tənzimlənməsi nə qədər vacib olsa da, sahibkarı
məhsul
vahidinə çəkilən xərclər, başqa sözlə, orta istehsal xərcləri daha çox maraqlandırır. Məhz bu göstərici
istehsal xərclərinin müqayisəli təhlilində mühüm rol oynayır. Adi hesablama vasitəsi ilə orta sabit və orta dəyişən
xərclərin kəmiyyətini müəyyən etmək olar. Belə ki, ümumi sabit və ümumi dəyişən
xərcləri istehsal olunmuş
məhsulların sayına bölməklə müvafiq olaraq sabit və dəyişən orta xərcləri tapmaq olar. Aydındır ki, orta ümumi
xərclər də orta sabit və orta dəyişən xərclərin cəmindən ibarətdir.
İqtisadi ehtiyatların quruluşundan asılı olaraq, onların bə’zilərinin miqdarının dəyişdirilməsi az,
digərlərininki isə çox vaxt tələb edir. Bu baxımdan qısamüddətli və uzunmüddətli dövrləri fərqləndirmək lazımdır.
Qısamüddətli dövr əmək, xammal, yanacaq, enerji və s. kimi iqtisadi ehtiyatların miqdarının dəyişdirilməsi
üçün zəruri olan, lakin müəssisənin əsas istehsal güclərinin yeniləşdirilməsi üçün kifayət etməyən vaxtdır. Bu
dövrdə istehsal güclərini sabit saxlayaraq, onların daha intensiv istifadə edilməsini təmin etməklə, istehsalın
həcmini artırmaq olar, yə’ni istehsala əlavə canlı əmək, xammal və s. cəlb etməklə məhsul buraxılışının miqdarını
artırmaq olar.
Uzunmüddətli dövr, istifadə olunan bütün iqtisadi ehtiyatların, o cümlədən əsas
istehsal güclərinin
dəyişdirilməsi üçün zəruri olan vaxtdır.
Məhsul istehsalının artırılması üçün həmişə müəyyən miqdarda əlavə istehsal xərcləri tələb olunur.
İstehsalın həcmini genişləndirdikdə əvvəlki miqdarda məhsul istehsalına çəkilən xərclərə müəyyən kəmiyyətdə
91