istehsal amillərindən səmərəli istifadə forması kimi
xarakterizə edir; sahibkarlıq
mənfəətinin təmin edilməsi üçün istehsal amillərinin az gəlirli sahələrdən yüksək
gəlirli sahələrə azad surətdə axa bilməsinə xidmət edən iqtisadi mühiti - bazar
mühitini təhlil edir; sahibkarların bütövlükdə əldə etdikləri gəlirləri və bu gəlirlərin
sahibkarın bilikləri və təcrübəsilə bağlı əldə edilən hissəsini açıb göstərir.
Bununla yanaşı, J.B.Sey sahibkarın yerinə yetirdiyi funksiyaların yaradıcı xarakter
daşıdığını göstərir və beləliklə də həmin funksiyaların istehsalın idarə edilməsi ilə
bağlı olan digər funksiyalardan fərqləndiyini bildirir.
Sahibkarlıq fəaliyyəti haqqında tə’limin məzmunca zənginləşməsində alman
iqtisadçısı V.Zombartın (1863-1941) da özünə məxsus rolu olmuşdur. O,
sahibkarlıq qarşısında duran məqsədi iki yerə: əsas və asılı məqsədlərə bölmüşdür.
Onun
fikrincə, mənfəət əldə edilməsi sahibkarlıq fəaliyyətinin əsas deyil, ikinci
dərəcəli məqsədidir.
Bu fəaliyyətin əsas məqsədi isə daim inkişaf etmək, çiçəklənmək,
genişlənməkdir. V.Zombart qeyd edirdi ki, bu məqsədlərə çatmaq üçün sahibkarlar
risk etməyə hazır olmalı, inadkarlıq və inam göstərməli, ümumi mənafe naminə
bir çox insanları işə cəlb etməyi bacarmalı, yə’ni təşkilatçı olmalıdır.
Bundan
əlavə V.Zombart sərfəli surətdə ticarət etmək, yəni alıcıları maraqlandırmaq, onla-
rın inamını və etibarını qazanmaq qabiliyyətini sahibkarın zəruri keyfiyyətləri kimi
səciyyələndirir.
Sahibkarlıq fəaliyyəti haqqında müasir iqtisadi təlimin formalaşmasında
Avstriya iqtisadçısı Y.Şumpeterin (1882-1950) də xidmətləri diqqətəlayiqdir. Hər
şeydən əvvəl sahibkarı yenilikçi (novator) adlandıran Y.Şumpeter onun başlıca
vəzifəsi kimi istehsal amillərinin yeni kombinasiyasına və beləliklə də iqtisadi
tərəqqiyə nail olmağı irəli sürür. O yazırdı ki, sahibkar olmaq digərlərinin edə
bilmədiyini etmək, əvvəldən görə bilmək, köhnəliyə zidd çıxmaq, yenilik tapmaq və
onu
tətbiq etmək, qorxmadan risk etmək, qabaqcadan, verilmiş proseslər əsasında
deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətidir.
Y.Şumpeterin fikrincə, sahibkarlıq fəaliyyətinin subyekti kimi həm istehsalın
sahibi, fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisələrinin, bankın,
səhmdar cəmiyyətinin idarəedicisi çıxış edə bilər.
Sahibkarlıqla bağlı bir sıra məsələlərin təhlilinə A.Marşalın (1842-1924)
iqtisadi tədqiqatında da rast gəlinir. Həm də bu zaman A.Marşalın tədqiqatı üçün
səciyyəvi cəhət azad sahibkarlığı istehsal azadlığı və iqtisadi azadlıqla
eyniləşdirməkdən ibarətdir.
Yuxarıda qeyd edilmiş klassik baxışların müasir dövrdə təkamülü nəticəsində
bu gün sahibkarlıq
fəaliyyəti dedikdə, təsərrüfat subyektlərinin mənfəət və ya
şəxsi gəlir əldə etmək məqsədi ilə özlərinin cavabdehliyi və əmlak məs’uliyyəti
əsasında qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri
üzrə həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti başa düşülür. Müasir bazar
iqtisadiyyatı ölkələrinin təcrübəsi sahibkarlıq fəaliyyətinin mürəkkəb bir iqtisadi
məzmuna malik olduğunu sübut edir. Bu təcrübəyə görə sahibkarlıq hər şeydən
əvvəl, iqtisadi kateqoriyadır. Belə ki, iqtisadi fəaliyyətin müxtəlif növləri üzrə bir-
biriləri ilə iqtisadi əlaqələrə girən bazar subyektləri arasında çoxsahəli qarşılıqlı
münasibətləri əks etdirir. İkincisi, sahibkarlıq səmərəli təsərrüfatçılıq tipidir, çünki
105
ən az məsrəflərlə, əməyin və istehsalın təşkilinin ən səmərəli metodlarını tətbiq
etməklə iqtisadi fəaliyyəti həyata keçirməyə yönəlmişdir.
Üçüncüsü, sahibkarlıq
mütərəqqi iqtisadi təfəkkürdür, çünki o, öz obyektlərində əsasən tələbata uyğun
məhsullar istehsal etmək və satmaq, istehlakçılara yüksək keyfiyyətli xidmət
göstərmək kimi hissləri tərbiyə edir.
Sahibkarlıq fəaliyyəti istehsal vasitələri üzərində mülkiyyət forması ilə: hər
şeydən əvvəl isə xüsusi mülkiyyətlə sıx əlaqəli halda baş verir. Bu baxımdan
tarixən xüsusi mülkiyyət azad sahibkarlıq fəaliyyətinin iqtisadi əsası, sahibkarlıq
fəaliyyəti ilə müəyyən mənada xüsusi mülkiyyətin reallaşdırma forması kimi
çıxış etmişdir. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə xüsusi
mülkiyyətin bu qarşılıqlı əlaqəsi müasir dövrdə də öz əhəmiyyətini itirməmişdir.
Həm də xüsusi mülkiyyətin yeni - yeni təzahür formaları əmələ gəldikcə və
cəmiyyətdə mülkiyyətin çoxnövlüyü formalaşdıqca, sahibkarlıq fəaliyyətinin
formaları daha da çoxalmış, o, yeni keyfiyyət halı kəsb etmişdir.
Bununla belə
xüsusi mülkiyyətin bütün hallarda labüd olaraq sahibkarlıq fəaliyyətinə səbəb
olduğunu düşünmək səhv olardı. Belə ki, tarixən istehsal vasitələri üzərində
xüsusi mülkiyyətə əsaslanan quldar və feodal təsərrüfatları üçün sahibkarlıq
fəaliyyəti iqtisadi fəaliyyətin başlıca istiqamətini təşkil etməmişdir. Bunun da bir
neçə səbəbi vardır:
1. Sahibkarlıq fəaliyyəti bazarla əlaqəli halda mövcud olur, yəni o, əmtəə
təsərrüfatı şəraitində real məzmuna malik olur. Mə’lum olduğu kimi, həm quldar,
həm də feodal təsərrüfatları xüsusi mülkiyyətə əsaslansalar da, əsasən
natural
təsərrüfat formasında çıxış etmiş və qapalı xarakter daşımışlar.
2. Sahibkarlıq fəaliyyəti, hər şeydən əvvəl mənfəət naminə həyata keçirilir. Hər
bir quldar və yaxud feodal öz təsərrüfatlarının səmərəli, məhsuldar fəaliyyətində
maraqlı olsalar da, hər halda bu təsərrüfatların bilavasitə məqsədi mənfəət
qazanmaq olmamışdır.
3. Sahibkarlıq fəaliyyəti əsasən iqtisadi cəhətdən azad olan insanların
əməyinə əsaslanır. Mə’lum olduğu kimi, quldar və feodal təsərrüfatlarında
bilavasitə çalışanlar tam və yaxud yarımasılı vəziyyətində olmuşlar. Bu
cəmiyyətlər daxilində yalnız sadə formada da olsa həyata keçirilən əmtəə istehsalı
şəxsən və iqtisadi cəhətdən azad olan insanların əməyinə əsaslanmışdır.
Özündən əvvəlki iqtisadi quruluşlar kimi kapitalizm sistemi də xüsusi
mülkiyyətə əsaslanır. Lakin onlardan fərqli olaraq bu sistem cəmiyyətin hər bir
üzvü üçün iqtisadi azadlığı tə’min etdiyinə görə sahibkarlıq
fəaliyyəti də özünün
ən yüksək tərəqqi səviyyəsinə çatmışdır. Ən ümumi mə’nada iqtisadi azadlıq
insanın malik olduğu iqtisadi resurslar (kapital, iş qüvvəsi), habelə hazır
məhsullar üzərində sərbəst surətdə sərəncam vermək deməkdir. Bununla belə
bazar iqtisadiyyatı şəraitində iqtisadi azadlığın iki tərəfini bir-birindən
fərqləndirmək lazımdır. Bu, bir tərəfdən, fəaliyyətdə olan hər bir insana sahibkarlıq
hüquqlarının verilməsidir ki, bunun da nəticəsində o, öz şəxsi işini həyata keçirir,
öz arzu, bacarıq və təşəbbüskarlığını hər hansı bir sahədə reallaşdırır.
Digər tərəf-
dən, sahibkarlıq subyektlərinin iqtisadi azadlığı onların cəmiyyət, münasibətdə
olduqları digər sahibkarlar, öz işçiləri, məhsulun istehlakçıları və s. qarşısında
mə’suliyyətini də özünə daxil edir. Deməli, iqtisadi azadlığın həddi sonsuz de-
106