ləndirə bilmək və s.
Müasir dövrdə sahibkar tərəfindən biznes fəaliyyətinin əsas
məsələləri üzrə qərar
qəbuletmə prosesinin iki forması bir-birindən fərqləndirilir. Birinci halda, qərarlar
əvvəlcə sahibkar tərəfindən təkbaşına və yaxud onun partnyorları (həmkarları)
tərəfindən birgə qəbul edilir. Bundan sonra, inzibati şəkildə qəbul edilmiş bu
qərarlar yuxarıdan aşağıya doğru tabelik prinsipinə uyğun olaraq iqtisadi
fəaliyyətin bütün struktur ünsürlərinə yönəldilir və onlar tərəfindən icra edilir.
Əsasən 80-ci illərdən başlayaraq son dövrlərdə bir sıra ölkələrdə (məsələn,
Yaponiyada, Cənubi Koreyada və s.) biznes fəaliyyətinin əsas məsələləri üzrə
qərar qəbul etmək prosesinin yeni forması geniş vüsət almağa başlamışdır. Bu
formanın məzmunu aşağıdan yuxarıya doğru müəssisə işçilərinin qərar qəbuletmə
prosesinə fəal surətdə cəlb edilməsindən və nəticədə, razılaşdırılmış qərarların
qəbul edilməsindən ibarətdir.
3.
Sahibkar yenilikçidir, yəni o, yeni məhsulları, istehsal texnologiyasını,
biznesin təşkilinin yeni formalarını yaradan, yeni ideyaları, layihələri
həyata
keçirəndir.
Bu funksiyanın məzmunu ondan ibarətdir ki, sahibkar onu əhatə edən iqtisadi
mühitdə biznes fəaliyyəti üçün əlverişli şəraitin yaranacağı vaxtı gözləməyərək,
özü belə bir şəraiti yaradır və beləliklə də işgüzar fəaliyyətinə yenilik gətirir.
Bunun sayəsində innovasiya (yenilikçilik) fəaliyyətinin son nəticəsi kimi istehsal,
kommersiya və s. ilə bağlı yeni ideyaların yaranması, yeni məhsulların
(xidmətlərin) və məhsulun yeni istehsal metodlarının kəşf edilməsi; yeni
texnologiyanın və səmərələşdirici təkliflərin tətbiqi; işgüzar müəssisələrin yeni
təşkilati formalarının yaradılması, kapital qoyuluşlarının
yeni maliyyələşdirmə
mənbələrinin axtarılıb tapılması; əmtəələrin (xidmətlərin) reallaşdırılmasının yeni
forma və metodlarından istifadə edilməsi və s. çıxış edir.
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın ümumi dinamizminin və tərəqqisinin
təmin edilməsində sahibkarın innovasiya fəaliyyəti əvəzedilməz əhəmiyyətə
malikdir. İş burasındadır ki, sahibkarlıq fəaliyyəti bir tərəfdən məhsul bolluğunu
təmin edərək bazarda tələblə təklif arasında zəruri tarazlığın yaranmasına səbəb
olur. Digər tərəfdən sahibkar işgüzar fəaliyyəti ilə bağlı yeni ideyalarını real-
laşdıraraq istehsalın texnika və texnologiyasında, istehsal amillərinin
kombinasiyasında mütərəqqi dəyişikliklərə gətirib çıxarır. Nəticədə yeni növ
məhsulların və xidmətlərin meydana çıxması ilə bazarda mövcud tarazlıq pozulur.
Həmin dövrdə öz yenilikləri ilə bazarda tələb və təklif arasında tarazlığın
pozulmasına səbəb olan sahibkarlar, innovasiya fəaliyyəti nəticəsində əlavə mən-
fəət qazanmaq imkanı əldə edirlər. Lakin həm pozulmuş tarazlıq prosesi, həm də
əlavə mənfəət qazanmaq imkanı özü müvəqqəti xarakter daşıyır,
çünki rəqabətli
bazar mexanizmi avtomatik olaraq həmin innovasiyaların digər sahibkarlar
tərəfindən tətbiqinə gətirib çıxarır. Nəticədə bütün təsərrüfat dövriyyəsi, yeni,
lakin əvvəlkindən daha yüksək səviyyəyə qalxır, beləliklə də bazarda pozulmuş
tarazlıq yenidən tə’min edilir.
Göründüyü kimi, sahibkarın innovasiya fəaliyyəti cəmiyyətin ümumi iqtisadi
inkişafında çox mühüm rola malikdir. Məhz buna görə də sahibkarın bu rolundan
çıxış edərək Y.Şumpeter onu «İqtisadiyyatın inqilabçısı, sosial və siyasi inqilabların
109
qeyri-iradi törədicisi» adlandırırdı.
4. Sahibkarlıq fəaliyyətinin ayrılmaz funksiyalarından biri sahibkarlıq riski ilə
əlaqədardır. Başqa sözlə desək, sahibkar yuxarıda göstərilən üç funksiyanın
yerinə
yetirilməsi ilə bağlı olaraq öz vəsaiti, əməyi, vaxtı, hətta işgüzar aləmdəki nüfuzu ilə
risk edir.
Bazar iqtisadiyyatı ölkələrində belə hesab edilir ki, heç vaxt risk etməyən
sahibkar son nəticədə müvəffəqiyyətsizliyə uğrayır. Lakin bu heç də o demək
deyildir ki, öz işgüzar fəaliyyətində bilərəkdən, istədiyi vaxt risk etmək və ya
etməmək sahibkarın arzu və istəyindən asılıdır. Başqa sözlə desək, sahibkarlıq
fəaliyyəti hər bir zaman qeyri-müəyyənlik
və risk şəraitində baş verir, çünki bazar
mühitində daimi heç bir şey yoxdur. Belə bir vəziyyət bir sıra səbəblər üzündən
baş verir ki, buna da bazara çıxarılan əmtəələrə və xidmətlərə olan tələbin
dəyişməsi, istehsal resurslarının və hazır məhsulun qiymətinin qalxıb enməsi, elmi-
texniki tərəqqi nəticəsində məhsulun səviyyəsində, məsrəflərin quruluşunda
dəyişikliklərin baş verməsi, yeni investisiyaların həyata keçirilməsi üçün zəruri
maliyyə imkanlarının artıb-azalması, eyniadlı məhsullar (xidmətlər) bazarında yeni
rəqiblərin meydana çıxması, siyasi şəraitin dəyişilməsi və s. aiddir.
Belə bir
şəraitdə sahibkarın risk etmək bacarığı ona ən yaxşı halda kəskin rəqabət
mühitində müvəffəqiyyət qazanıb mənfəət əldə etmək, ən pis halda isə vəziyyətdən
itkisiz və ya az itkilərə çıxmaq üçün imkan yaradır.
Riskli əməliyyatlar nəticəsində sahibkara dəyən zərərin üç səviyyəsini
fərqləndirmək lazımdır. Birinci halda aparılan işgüzar fəaliyyət heç bir mənfəət
gətirmir. İkinci halda nəinki mənfəət əldə edilmir, hətta satışdan gələn gəlirin
səviyyəsi xərcləri belə ödəmir və dəyən zərəri sahibkarın öz hesabına
ödəmək
zərurəti yaranır. Üçüncü halda aparılan əməliyyat sahibkarlıq fəaliyyətinin tama-
milə dayanması, sahibkarın öz əmlakının büsbütün əlindən çıxması, onun
müflisləşməsi ilə nəticələnir. Belə bir vəziyyət, sahibkardan həyata keçirmək
istədiyi layihəni elmi-texniki, iqtisadi kommersiya, sosial və s. cəhətdən ətraflı
təhlil etməyi tələb edir. Bu işin öhdəsindən gələ bilmək üçün sahibkar həyata
keçirməli olan layihəni mövcud və gələcək dövr baxımından texniki-iqtisadi cəhət-
dən əsaslandırmalı, onun ümumiləşdirici maliyyə-iqtisadi göstəricilərini ətraflı
öyrənməli, digər mümkün alternativ layihələri qiymətləndirə bilmək bacarığına
və imkanına malik olmalı, potensial rəqiblərin tərəfmüqabillərin, investorların və
istehlakçıların imkanları ilə hesablaşmalıdır. Yalnız bu halda sahibkarın həyata
keçirmək istədiyi işin risk dərəcəsi də aşağı olur.
Sahibkarlıq funksiyalarının həyata keçirilməsi konkret sahibkarlıq mühiti
daxilində, onun ünsürlərinin tə’siri altında baş verir. Həm də bu amillər kompleksi
sahibkar tərəfindən yerinə yetirilən funksiyalara müxtəlif səviyyədə təsir edirlər.
Başqa sözlə desək, bu mühitin bəzi ünsürləri sahibkarlıq fəaliyyətinə bilavasitə
(əsasən iqtisadi ünsürlər), digərləri isə dolayı yolla, bəziləri müsbət, digərləri isə
mənfi cəhətdən tə’sir edirlər.
Sahibkarlıq mühiti dedikdə, işgüzar fəaliyyətin həyata keçirilməsinə tə’sir
göstərən şəraitin və amillərin məcmusu başa düşülür. Sahibkarlıq
mühitinin
ünsürlərinə iqtisadi mühit, texnoloji mühit, siyasi şərait, sosial-mədəni mühit,
fiziki və coğrafi mühit, institutsional təşkilati-texniki mühit aid edilir. Bu axırıncı-
110