yildir. O,
həm qanunvericilik, həm də etik-mə’nəvi normalarla məhdudlaşır. İqti-
sadi azadlığın bu iki cəhəti özünü daha dolğun şəkildə sahibkarın hüquqları və
vəzifələri vasitəsilə əks etdirir. Belə ki, sahibkarın hüquqlarına müstəqil surətdə
istənilən müəssisələr yaratmaq, onun iş proqramını müəyyən etmək, xammal
göndərənləri axtarıb tapmaq, hazır məhsulların qiymətlərini müəyyənləşdirmək,
müəssisəyə işçilər götürmək və onları işdən azad etmək, əldə edilmiş mənfəət
üzərində sərəncam vermək və s. aiddir. Bununla yanaşı sahibkarın vəzifələrinə
qanunvericiliklə müəyyən edilmiş vergilər ödəmək,
işə qəbul etdiyi işçilərlə
müqavilələr bağlamaq, istehsal etdiyi məhsulları markalaşdırmaq, antiinhisar
qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarına yol verməmək, dövlət
orqanlarına fəaliyyəti haqqında vaxtaşırı hesabatlar vermək və s. daxildir.
Sahibkarlıq fəaliyyətinin məzmununa aid olan məsələlərdən biri onun obyekti
və subyektlərinin müəyyən edilməsidir. Ən ümumi mənada sahibkarlığın obyekti
kimi əmtəələr istehsalı, onların satışı və müxtəlif növ xidmətlər göstərilməsi çıxış
edir. Sahibkarlıq fəaliyyətinin subyektlərinə gəldikdə isə bazar iqtisadiyyatı şəra-
itində hər kəs özünə peşə seçməkdə tam iqtisadi azadlığa malik olduğu üçün hər
adamın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıqla əlaqədar olan anlayışlar
mövcuddur ki, onlardan ən əsası “biznes“ anlayışıdır.
Qeyd etməliyik ki,
sahibkarlıq və biznes anlayışlarını birləşdirən bir sıra aşağıdakı ümumi cəhətlər
vardır:
- Hər ikisinin reallaşdırılmasının bazar vasitəsilə baş verməsi; onların hər
ikisinin bilavasitə məqsədinin mənfəət əldə edilməsindən ibarət olması; şəxsi maddi
marağı ödəmək məqsədi ilə əmtəə istehsalı və yaxud xidmətlər göstərilməsi ilə
bağlı olması; onların fəaliyyəti üçün zəruri iqtisadi mühitin, hər şeydən əvvəl isə
iqtisadi azadlıq şəraitinin tələb olunması və s.
Bununla belə biznes fəaliyyəti ilə sahibkarlıq fəaliyyəti arasında bəzi fərqli
cəhətlər vardır: 1) Biznes fəaliyyəti tarixçilik baxımından daha tez, əmtəə
istehsalının meydana çıxması ilə yaranmışdır. Sahibkarlıq fəaliyyətinə gəldikdə
isə o, bazar iqtisadiyyatı şəraitində
biznes fəaliyyətinin varlıq forması kimi
çıxış edir. 2) Kapitalizm cəmiyyətində sahibkarlığın məzmunu biznesə nisbətən
daha genişdir, çünki o özünə hər şeydən əvvəl yenilikçilik axtarışı kimi bir
fərqləndirici cəhəti daxil edir. Gündəlik həyatda bizneslə məşğul olan hər bir kəs
sahibkar adlandırılırsa, sözün əsl mə’nasında sahibkarlar iqtisadi davranışı axtarış
xarakteri
daşıyan işgüzar insanlardır. 3)Biznes fəaliyyəti əsasən birdəfəlik bir akt
kimi sövdələşmənin reallaşdırılması ilə əlaqədardır. Lakin, ondan fərqli olaraq,
sahibkarlıq fəaliyyəti bazar iqtisadiyyatının daimi bir prosesi, həmin cəmiyyətin
müəyyənedici şərti, onun mövcudluğunun və inkişafının başlıca
hərəkətverici qüv-
vəsidir. Ümumiyyətlə, demək lazımdır ki, bu iqtisadiyyatın inkişaf səviyyəsi,
sahibkarlıq fəaliyyətinin səviyyəsi, onun üçün yaradılmış iqtisadi mühitin
xarakteri ilə müəyyən olunur. Qərb ölkələrinin müasir təcrübəsi sübut edir ki, sosial
yönümlü bazar iqtisadiyyatının yaradılması istiqamətində həmin ölkələrin yüksək
nailiyyətləri burada sahibkarlığın geniş inkişafının nəticəsidir. Buna görə də bir
sıra hallarda kapitalist iqtisadiyyatını sahibkarlıq iqtisadiyyatı deyə adlandırırlar.
107
§2. Sahibkarlıq subyektlərinin funksiyaları
və onların reallaşdırılması mühiti
İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin təcrübəsindən çıxış edən müasir
iqtisadi
nəzəriyyə, sahibkar tərəfindən yerinə yetirilən və bir-birilə qarşılıqlı əlaqə-
də olan müxtəlif funksiyaları əsasən aşağıdakı kimi qruplaşdırır.
1. Sahibkar iqtisadi fəaliyyəti üçün zəruri olan bütün resursları bir yerə
toplayır. Ən ümumi mənada bu funksiyanın məzmununu iqtisadi resurslar kimi
çıxış edən torpaqdan (təbii resurslardan), kapitaldan (investisiya resurslarından)
və insan amilindən (əmək resurslarından) sahibkar tərəfindən iqtisadi fəaliyyəti
həyata keçirmək məqsədi ilə vəhdət halında, həm də bu və ya digər nisbətdə (kom-
binasiyada) istifadə olunması təşkil edir. Sahibkar tərəfindən öz sərəncamında
olan istehsal resurslarının birləşdirilməsinin konkret kombinasiyasının seçilməsi
bacarığı, son nəticədə onun iqtisadi fəaliyyətinin nəticəsini də müəyyən edir.
İstehsal amillərinin səmərəli kombinasiyasına nail olmaq zərurəti, hər şeydən
əvvəl, istehsal resurslarının məhdudluğu ilə əlaqədardır. Belə bir şəraitdə sahibkar
öz iqtisadi fəaliyyəti qarşısında dayanan məqsədlərə nail olmaq üçün sərəncamında
olan və yaxud əldə edə biləcəyi resursların həcmindən çıxış edərək onlardan ən
səmərəli şəkildə istifadə etmək məcburiyyəti qarşısında qalır.
İqtisadi resursların kombinasiyası sabit olmayıb, dəyişkən xarakterdədir.
Təklif amillərinin
qiymətindən, istehsalın texniki səviyyəsindən, müəssisənin
həcmində və buraxılan məhsulun kəmiyyətində baş verən dəyişikliklərdən asılı
olaraq iqtisadi resursların kombinasiyası da dəyişikliklərə mə’ruz qalır. Məsələn,
müəssisə tərəfindən istehsal edilən məhsulun birinci yüz ədədi üçün ən əlverişli
hesab edilən kombinasiya, onun sonrakı hər bir yüz ədədi üçün öz əvvəlki
əhəmiyyətini saxlamaya da bilər. Bundan başqa, istehsal resurslarının
kombinasiyasına müəssisənin yerləşdiyi ərazidə əmək, xammal,
material, enerji
ehtiyatlarının mövcudluğu, onların ümumi həcmi, keyfiyyəti və s. təsir göstərir.
2. Sahibkar iqtisadi fəaliyyətin ən əsas məsələləri üzrə qərarlar qəbul edir. Bu
qərarlar sahibkar tərəfindən yerinə yetirilən vəzifələrin həcmi və xüsusiyyətləri
ilə bilavasitə əlaqədardır və hər şeydən əvvəl onlarla müəyyən olunur. Bu
funksiyanın məzmunu həmçinin ondadır ki, sahibkar iqtisadi fəaliyyətin çoxsaylı
mürəkkəb məsələlərinin hamısı üzrə deyil, yalnız ən əsasları, biznesin taleyüklü
məsələləri barədə qərar qəbul edir. Əsasən ikinci dərəcəli məsələlər üzrə qərar qəbul
etmək işi isə sahibkarlıq fəaliyyətinin digər iştirakçılarına, onların hər birinin bu
işdə tutduğu mövqeyə və oynadığı rola uyğun olaraq həvalə edilir. Sahibkarlıq
fəaliyyətinin subyekti kimi bir şəxs deyil, bir
neçə sahibkar eynihüquqlu
partnyorlar (şəriklər) kimi çıxış etdikdə, onların hər biri və yaxud bir neçəsi
biznesin konkret sahələri üzrə ixtisaslaşır və məhz bu sahənin fəaliyyəti ilə bağlı
əsas qərarları qəbul edirlər.
Biznes fəaliyyətinin əsas məsələləri üzrə səmərəli qərarların qəbul edilməsi
sahibkarın özünün də bir sıra şəxsi keyfiyyətlərə malik olmasını tələb edir ki,
bunlara aiddir: sahibkarlıq fəaliyyəti üçün tələb edilən ümumi biliyə, habelə iqtisadi
təfəkkürə, işgüzar mədəniyyətə, biznes təcrübəsinə malik olmaq, iqtisadi
vəziyyəti operativ təhlil etmək, əvvəlcədən görmək, öz imkanlarını düzgün qiymət-
108