MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə63/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

bət nəticələr əldə edilmişdir. Belə ki, 1998-ci ildə ÜDM-nin 55%-i özəl bölmənin 
payına düşmüşdür. 1998-ci ilin əvvəlində respublikamızda dövlət qeydiyyatından 
keçmiş 12 mindən çox kiçik müəssisə, 11,6 mindən çox kəndli-fermer təsərrüfatı, 1 
mindən çox kooperativ, 2 minə yaxın müştərək və xarici müəssisə yaranmış və fəa-
liyyət göstərmiş, 85,7 min adam hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə 
məşğul olmuşdur. 
Bununla belə, bu gün respublikamızda sahibkarlıq fəaliyyəti qarşısında heç 
bir problem olmadığını, sahibkarlıq mühitinin isə tamamilə qənaətbəxş olduğunu 
iddia etmək olmaz. Hal-hazırda həm respublika əhalisinin sayı ilə münasibətdə 
fəaliyyət göstərən özəl müəssisələrin kəmiyyəti (təqribən hər 150 min nəfərə 1 
müəssisə), həm də burada çalışan  əmək qabiliyyətli  əhalinin payı (təqribən 600 
min nəfər) digər ölkələrə nisbətən xeyli azdır; mövcud özəl müəssisələrin 
əksəriyyəti ticarət, vasitəçilik və xidmətlə, çox az hissəsi isə (təqribən 10-15%-i) 
istehsal sahibkarlığı ilə  məşğul olurlar; özəl müəssisələrin  əksər hissəsi Bakı 
şəhərində toplanmışdır. 
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi, habelə keçmiş SSRİ-nin dağılması 
uzun illərdən bəri formalaşmış iqtisadi əlaqələrin pozulması keçid dövrünün ilk il-
lərində işgüzar fəaliyyətin məhdudlaşmasına gətirib çıxarmışdır. Bununla belə bu 
gün bir sıra iqtisadi subyektlərin idarəetmə  və  təsərrüfatçılıq funksiyalarının bir-
birindən ayrılması prosesinin başa çatmaması,  əhali yığımlarının aşağı  səviyyədə 
olması, sahibkarlar tərəfindən investisiya yönümlü bank kreditlərinin əldə edilməsi 
imkanlarının məhdudluğu, istehsal olunmuş  məhsulların reallaşdırılması 
qarşısında dayanan çoxsaylı problemlər respublikada sahibkarlıq fəaliyyətinin in-
kişafını xeyli ləngidir. 
Qərb ölkələrinin təcrübəsi göstərir ki, özəl bölmənin, xüsusən kiçik 
sahibkarlığın inkişafı dövlətin daimi himayəsi və fəal köməyi sayəsində baş verir. 
Bununla yanaşı bu ölkələrdə dövlət qanunvericilik, inzibati-hüquq, büdcə, vergi, 
pul-kredit sistemləri və s. vasitəsilə sahibkarlıq fəaliyyətini tənzimləyir. 
Bundan fərqli olaraq, bu gün respublikamızda sahibkarlıq mühiti vergi, 
gömrük, bank-kredit və digər iqtisadi sahələrdə çatışmazlıqlar, dövlət 
məmurlarının özbaşınalığı və s. ilə xarakterizə olunur. Qeyd edilmiş bu problem-
lərin aradan qaldırılması sahibkarlıq fəaliyyətinin zəngin potensial imkanlarından 
Azərbaycanın yüksək iqtisadi inkişafı üçün istifadə etməyə imkan verəcəkdir. 
 
 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 16. İSTEHSAL AMİLLƏRİ NƏZƏRİYYƏSİ VƏ AMİLLƏR 
ÜZRƏ GƏLİRLƏRİN FORMALAŞMASI 
 
§1. İstehsal amilləri, onların mahiyyəti və funksiyaları 
§2. İstehsal amillərinin qarşılıqlı əvəz olunması imkanları və onun 
səmərəliliyi 
 
113


§3. İstehsal amilləri ilə məhsulun həcmi arasında asılılıq 
§4. İstehsal amillərinin optimal nisbəti və dövriyyəsini sürətləndirmək 
yolları 
§5. İstehsal amilləri üzrə gəlirlərin formalaşması 
§6. Əmək haqqının mahiyyəti və formaları 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
13. «İqtisadi nəzəriyyə», dərslik, T. S.Vəliyev, 
Ə.P.Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001. 
14. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. 
В.И.  Видяпина,  Г.П.  Журалвевой. –М.:  Изд-во:  экономической 
академии, 2000, –592 с. 
15. Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
16. Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
17. Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с. 
18. Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
19. Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
20. Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
21. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
22. Портер  М.  Международная  конкуренция. –М.:  Международные 
отношения, 1993. 
23.
 
Экономика  переходного  периода / Под  ред.  В.В.          Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
§1. İstehsal amilləri, onların mahiyyəti  
və funksiyaları 
 
Makroiqtisadi nəzəriyyənin təhlil etdiyi müəssisə  və ev təsərrüfatlarının 
fəaliyyəti istehsal amilləri olmadan və onların istifadəsindən müvafiq gəlirlər əldə 
etmədən mümkün deyil. Bu fəsil məhz həmin problemin təhlilinə həsr edilmişdir. 
İstehsal - maddi ne’mət və xidmətlərin hazırlanması prosesidir. İnsan məhsul 
istehsal edərkən təbiətin obyektlərinə  tə’sir göstərir, onu maddi tələbatın 
ödənilməsi üçün məqsədəuyğun formaya salır. Deməli, istehsal - bilavasitə istehlak 
və yaxud gələcək istehsal üçün təbiət cisimlərinin e’malıdır.  İstehsalın belə 
funksiyası onun hər bir sosial formasında saxlanılır və istehsal resurslarına əsaslanır.  
 
114


İstehsal resursları - əmtəələr, xidmətlər və başqa dəyərlərin yaradılması 
prosesində istifadə oluna bilən təbii, sosial və  mə’nəvi qüvvələrin məcmusudur. 
İstehsal resursları çox müxtəlif və rəngarəngdir. Onların iqtisadi nəzəriyyədə dörd 
qrupa bölgüsü qəbul edilmişdir. 
1.  Təbii resurslar - istehsala tətbiq etmək üçün yararlı olan potensial təbii 
qüvvələr və  əşyalar. Bunlar isə    «tükənən» və «tükənməyən», başqa sözlə, «bərpa 
olunan» və «bərpa olunmayan» resurslar şəklində özünü göstərir. 
2. Maddi resurslar - insanın yaratdığı, yə’ni istehsalın nəticəsi olan istehsal 
vasitələri. 
3.  Əmək resursları - əmək qabiliyyətli yaşda olan əhali. Bu adətən resurs 
baxımından üç parametrinə: sosial-demoqrafik, peşə-ixtisas və  mədəni-təhsil 
əlamətlərinə görə qiymətləndirilir. 
4. Maliyyə resursları - istehsalın təşkili üçün cəmiyyətin ayıra biləcəyi pul 
vəsaitləri. 
Ayrı-ayrı resurs növlərinin istehsal prosesində  əhəmiyyəti  əvvəlki 
dövrlərdən sənaye dövrünə, ondan da yüksək sənaye texnologiyasına keçilməsilə 
dəyişmişdir. Belə ki, üstünlük sənayeləşmədən  əvvəlki cəmiyyətdə  təbii və  əmək 
resurslarına, sənayeləşdirmə dövründə isə maddi resurslara xas olduğu halda, 
yüksək sənayeləşmə dövründə intellektual və informasiya resurslarına xasdır. 
Təbii, maddi və  əmək resursları istənilən istehsala məxsusdur. Ona görə 
bunlar «baza» resursları, bazar mərhələsində yaranan maliyyə resursları isə 
«törəmə» resurslar adlanır. 
«İstehsal resursları» anlayışı ilə yanaşı iqtisadi nəzəriyyədə «istehsal 
amilləri» anlayışı da işlədilir. Belə isə onların fərqi nədədir? 
Resursları xarakterizə edəndə göstərdik ki, bunlar istehsala cəlb oluna bilən 
təbii və sosial qüvvələrdir. Bu halda «istehsal amilləri» istehsal prosesinə artıq 
real surətdə cəlb olunan resursları ifadə edən iqtisadi kateqoriyadır.  
Beləliklə, «istehsal resursları» anlayışı «istehsal amilləri» anlayışından daha 
genişdir. Başqa sözlə, istehsal amilləri törəmə resurslardır. Resurslardan fərqli 
olaraq, istehsal amilləri yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. Ona görə də 
istehsal həmişə onun amillərinin qarşılıqlı  fəaliyyət birliyidir. Odur ki, maddi 
ne’mətlərin hazırlanmasında hansı amillərin iştirak etməsi məsələsini 
aydınlaşdırmaq çox vacibdir. İqtisadi nəzəriyyədə istehsal amilləri deyimində 
istehsalın ilkin nəticələrinə  həlledici tə’sir göstərən hər bir mühüm ünsür və ya 
obyekt başa düşülür. Belə ki, müəyyən məhsulun istehsalı üçün öz amillər dəsti 
vardır. Ona görə onların təsnifatına - böyük qruplarda birləşdirilməsinə  tələbat 
vardır. 
İstehsal amillərinin öyrənilməsinə  və onların ayrıca qruplarda təsnifatına 
müxtəlif yanaşma mövqeləri vardır. 
Marksizm nəzəriyyəsi iş qüvvəsi,  əmək cisimləri və  əmək vasitələri kimi 
istehsal amillərini iki böyük qrupa ayırır: 
1. İstehsalın şəxsi amili; 
2. İstehsalın maddi amili. 
İstehsalın  şəxsi amilinə  həmişə  iş qüvvəsi, yə’ni insanın  əməyə fiziki və  əqli 
qabiliyyətlərinin məcmusu kimi baxılır. Bütün istehsal vasitələrinin məcmusu isə 
 
115


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə