maddi amil kimi qəbul edilir.
Şəxsi və maddi amillər mürəkkəb qarşılıqlı fəaliyyət sistemi yaradır. Bunun
da səmərəliliyi istehsalın texnologiyası və təşkili ilə müəyyən olunur. Bununla
texnologiya istehsalın başlıca amilləri arasında qarşılıqlı fəaliyyəti ifadə edir. O
müxtəlif emal üsullarından
istifadə edilməsini, əmək cisimlərinin vəziyyətinin,
forma və xüsusiyyətlərinin dəyişməsini nəzərdə tutur.
İstehsalın təşkili isə bütün istehsal amillərinin uyğunlaşdırılmış fəaliyyətini,
onların proporsional kəmiyyət nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.
Marjinalist nəzəriyyə istehsal amillərini dörd qrupa ayırır: torpaq, əmək,
kapital, sahibkarlıq fəaliyyəti.
Torpağa təbii amil kimi baxılır. O, insan fəaliyyətinin nəticəsi deyildir. Bu
istehsal amilinə, istehsal prosesinə cəlb edilmiş təbii sərvətlər, mə’dən yataqları da
aiddir. Bu kateqoriyaya əkin yerləri, meşələr, sular və s. daxil edilir.
Torpaq istehsal amili kimi üçlü mə’na kəsb edir:
geniş mənada o, istehsal
prosesində istifadə olunan bütün təbii resursları təmsil edir. Belə ki, bir sıra
sahələrdə, məsələn, aqrar, mə’dən sənayesində, balıq istehsalında «torpaq» təsər-
rüfatçılıq obyektidir. O, eyni zamanda həm «əmək cismi», həm də «əmək
vasitəsi» kimi özünü göstərir.
İqtisadiyyatın bütün sahələrində «torpaq» mülkiyyət obyekti kimi çıxış edir;
bütün həyat, o cümlədən maddi ne’mətlər istehsalı onun üzərində qurulur.
Kapital istehsal amili kimi əmtəə və xidmətlər istehsalında istifadə edilən
ne’mətlər məcmusu şəklində olur. Bu - alət, maşın, dəzgah, avadanlıq, anbar
binaları, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri və sairdir. Elmi-texniki
tərəqqi nəticəsində onların texniki vəziyyəti daim təkmilləşdirilir. Bu isə istehsal
prosesinin ümumi nəticəsinə və onun əlverişli faydalılığına,
istehsal prosesində
əmək vasitələri şəklində olan kapital vasitəsilə əmək cisimlərinə həlledici tə’sir
göstərir. Onlar istehlak dəyərlərinə çevrilir. Kapital haqqında müxtəlif
mülahizələr vardır.
Kapital istehsal vasitələridir. Belə şərhin tarixi banisi siyasi iqtisadın
klassikləri A.Smit və D.Rikardo olmuşlar. A.Smitə görə kapital toplanmış və
maddiləşmiş əməkdir; D.Rikardoya görə isə istehsal vasitələridir. Fransa
fiziokratlarının fikrincə kapital - torpaqdır.
XX əsrin görkəmli iqtisadçıları U.Baumol və A.Blinder yazmışdır: «Kapital -
firma, fərd və yaxud bəzi başqa təşkilatların sahib olduğu müəssisə ehtiyatları,
avadanlıqlar və digər istehsal resurslarıdır».
P.Samuelson və U.Nordhauzun fikrincə «kapital - yeni əmtəələrin istehsalı
üçün iqtisadiyyatın yaratdığı uzun müddət istifadə olunan ne’mətlərdən ibarətdir.
Bu ne’mətlərə müasir iqtisadiyyatın mənzərəsini təşkil edən dəzgahlar, bahalı
kompüterlər,
böyük çəkiclər, yük maşınları, prokat dəzgahlar, binalar və s.
daxildir».
D.Beqq, S.Fişer və R.Dornbuşa görə «fiziki kapital - başqa nemət və
xidmətlər istehsalına sərf olunan ne’mətlər ehtiyatıdır...».
C.Robinsonun nöqteyi-nəzərincə «indiki zamanda mövcud olan kapital
nemətlər həmin məqamdakı bütün nemətlərdir». Lakin onun fikrincə bütün
mövcud olanları kapitala aid etmək olmaz. Məsələn, zibil topası,
Kazbek və Elbrus
116
kapital deyildir. Ne’mətlərin xarakterini müəyyən edən fərqləndirici cəhət onların
dəyərinin olmasıdır.
Əmək ne’mətlərin hazırlanmasına və xidmətlər göstərilməsinə yönəldilən
əqli və fiziki fəaliyyətdir. Bu amil cəmiyyətdə adamların bilavasitə istehsal
prosesində çalışan hissəsidir. Bu hissə bə’zən «İqtisadi-fəal-əhali» termini
şəklində işlədilir ki, bu da yalnız istehsalla məşğul olan əmək qabiliyyətliləri əhatə
edir. Onların fəaliyyəti
nəticəsində həm iş qüvvəsinin, həm də kapitalın istehlakı
prosesi baş verir; məqsədə - istehsalın nəticələrinə nail olunur. Burada insan
kapital öz funksiyasını göstərir. Cəmiyyətdə təhsil, peşə tə’limi, istehsal vərdişi,
bacarıq, təcrübə və sağlamlıq ilə şərtlənən şəxsi qabiliyyətlərin
məcmusu insan
kapitalı əmələ gətirir. İnsanın əməyi nə qədər ixtisaslıdırsa, onun kapitalı və ona
müvafiq olaraq əldə etdiyi gəlir də, yə’ni əmək haqqı bir o qədər yüksək olur.
İndiki vaxtda insan kapitala investisiya qoyuluşu çox faydalıdır və nəinki öz
xərcini çıxarır, həm də yüksək səmərə verir.
Sahibkarlıq fəaliyyəti də istehsal amilləri sırasına daxildir. Qərb ənənəsində
sahibkarlıq nüfuzu o qədər yüksəkdir ki, onun fəaliyyətinə müstəsna amil kimi
baxılır. Bütün dünyada getdikcə daha böyük əhəmiyyət kəsb edən sahibkarlıq
fəaliyyəti istehsalın
təşkilində xüsusi qabiliyyət, bazar konyukturasında düzgün
istiqamət bacarığı, fərasət və ağıllı risk tələb edir. Sahibkarın başlıca sosial funksi-
yası gəlirli istehsalın təşkilinə nail olmaqdır. Bunun üçün sahibkarın özü kimi heç
kim səmərəli axtarışlar aparmaq marağında ola bilməz.
Sahibkarlıq qabiliyyəti insan kapitalının xüsusi növüdür. Bu özünü ne’mət
və xidmətlər yaratmaq məqsədilə bütün yerdə qalan istehsal amillərinin
əlaqələndirilməsi və kombinələşdirilməsi sahəsindəki fəaliyyətdə göstərir. Bu insan
resursunun fərqli spesifikası istehsal prosesində kommersiya əsasında
yeni məhsul
növləri istehsalını, texnologiyanı, müəyyən risk dərəcəsində biznesin təşkili
formalarını tətbiq etmək və zərərçəkmə imkanlarını anlamaq bacarığı və istə-
yindən ibarətdir. Sahibkarlıq fəaliyyəti öz miqyasına və nəticəsinə görə yüksək
ixtisaslı əmək məsrəflərinə bərabər tutulur.
§2. İstehsal amillərinin qarşılıqlı
əvəz olunması imkanları və onun səmərəliliyi
Qeyd etmək lazımdır ki, amillər qarşılıqlı əvəz olunma mahiyyətinə malikdir.
Bu isə məhsulun müxtəlif istehlak xüsusiyyətlərinə səbəb olur. Nəticədə müxtəlif
əlaqələndirilən müxtəlif amillərin və onların müxtəlif nisbətdə istifadəsi şəraitində
istənilən məhsul və ya xidmətin istehsalı mümkündür. Belə qarşılıqlı əvəz olunma və
proporsional kəmiyyət dəyişikliyi müasir istehsal üçün xüsusilə tipikdir.
Bu hal
kimyəvi məhsulların hazırlanmasından başlamış yaşayış binalarının sənaye
tikintisinədək xarakterik haldır.
Amillərin qarşılıqlı əvəzlənməsi yalnız tələbatın spesifikliyi və mə’mulatın
konstruksiya xüsusiyyətləri ilə deyil, həm də başlıca olaraq bir tərəfdən resursların
məhdudluğu və digər tərəfdən onlardan səmərəli istifadə edilməsi zərurətindən
irəli gəlir. Bu məqsədlə sahibkar elə istehsal texnologiyası seçir ki, onunla qıt və
ya nisbətən baha istehsal amillərindən az miqdarda istifadə olunur. Məhz bu
117