şəraitdə cəmiyyət boş torpaqların məhdudluğu
üzündən yüksək binalar tikməyə,
yarımkeçiricilər, əvəzləyicilər, yanacağa qənaət edən müxtəlif maşın modelləri və
s. hazırlamağa məcburdur.
Beləliklə, sahibkarlıq zəruri istehsal xərclərinin azaldılması tələbinə
əsaslanan, istehsal amillərindən müxtəlif kombinasiyada istifadə edilməsini
nəzərdə tutur. Bu, bazar qiymətlərini və son məhsulun hazırlanmasına çəkilən
məsrəfləri müqayisə etməklə hesablanır.
Təsnifatından asılı olmayaraq bütün amillər son nəticə e’tibarilə məhsul
hazırlanması üçün istifadə olunur. Fərz edək ki, ən sadə istehsalda bir məhsulun
hazırlanması üçün bir amildən istifadə edilir.
Bu halda: M = S (A) olacaqdır.
Burada M - məhsul, S - istehsal funksiyası, A isə amildir.
Belə halda məhsul bir istehsal amililə zahir olur. Real həqiqətdə isə istehsal
prosesi
daha mürəkkəb keçir, onun yekunu, yə’ni məhsul, bir çox amillərdən
istifadənin nəticəsidir. İstehsal amillərindən istifadə edilməsində müxtəlif
vəziyyətlərə də rast gəlinir ki, onları dörd yerə ayırmaq olar. Belə ki, 1-ci
vəziyyətdə amillərdən istifadə olunmur; 2-ci vəziyyətdə onların imkanlarının
yarısından istifadə olunur; 3-cü vəziyyətdə amillərdən optimal miqdarda məhsul
istehsalı üçün istifadə olunur; 4-cü vəziyyətdə onlardan
daha çox miqdarda məhsul
hazırlanması üçün istifadə edilir. Əgər istehsal amillərindən istifadə olunmursa,
onda heç bir istehlak dəyərinin yaradılmasından söhbət gedə bilməz. Bu halda
həmin amillərdən istifadəsizlik üzündən həm onların istehsalına çəkilən xərclər
çıxmır, həm də cəmiyyət bundan zərər çəkir. Məsələn, ölkədə torpaq sahələri əkilib-
becərilmirsə, bir tərəfdən məhsul əldə edilmir, digər tərəfdən həmin amil
şorlaşmaya uğrayır, dövriyyədən çıxır. Dediklərimizi başqa istehsal amillərinə də
aid etmək olar.
İstehsal amillərindən natamam istifadə edildikdə onların dəyəri istifadə
olunma səviyyəsində reallaşır. Belə şəraitdə nəinki
amillərin səmərəli əvəz
olunmasına nail olmaq, həmçinin məhsul vahidinə çəkilən xərcləri azaltmaq
imkanı aradan qalxır.
Maddi ne’mətlər istehsalında istehsal amillərindən optimal miqdarda istifadə
olunduqda onların səmərəli əvəzlənməsi imkanları yaranır. Bu zaman bazarın
konyukturasına uyğun əmtəələr istehsalında ona nail olunur ki, həm məhsul vahidi
ucuz başa gəlir, həm də onun keyfiyyət parametrləri yüksək olur.
Belə vəziyyətdə
əvəzlənmənin səmərəliliyi özünü göstərir. Bu hal müvəqqəti deyil, daimi proses-
dir. Belə ki, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiqinin
sürətləndirilməsi istehsal amillərinin daha səmərəli əvəzlənməsi prosesini
gücəndirir.
Elə ki, istehsal amillərindən həddindən çox miqdarda istifadə etmək lüzumu
meydana çıxır, onda həm onların daha optimal miqdarda sərfinə nail olmaq, həm
də amillərin səmərəli əvəzlənməsini gücləndirmək zərurəti yaranır.
Həmin zərurət
reallaşanda əvəzlənən amillərə çəkilən xərclər yüksək səmərə verir, istehsalın
miqyası getdikcə genişlənməyə başlayır. Bu, bazarda əmtəələrə tələbin artmasın-
dan irəli gəlir. Lakin tələb və təklif arasında nisbət təklifin xeyrinə dəyişəndə də
amillərin əvəzlənməsi işi öz əhəmiyyətini saxlayır, çünki amillərin əvəzlənməsi
118
istehsal xərclərini aşağı salmağın və bazarda rəqabətə tab gətirməyin yollarından
biridir. Tələb və təklifi nəzərə almadan daha çox miqdarda məhsul istehsalına
cəhd göstərilsə, satış çətinlikləri üzündən istehsalın müvazinəti pozulur və istehsal
amili ehtiyatının: xammal, avadanlıq, alət və s. gah qıt olması, gah da ona əlavə
tələbat yaranması ilə xarakterizə olunur.
§3. İstehsal amilləri ilə məhsulun
həcmi arasında asılılıq
Real həyatda istifadə edilən texnologiya həddində sahibkar istehsal
amillərinin elə ən yaxşı əlaqələndirilməsinə çalışır ki, daha çox məhsul çıxımına
nail olunsun. İstehsal amillərinin istənilən dəsti və həmin amillər dəstilə istehsal
edilən maksimum məhsulun həcmi arasındakı nisbət istehsal funksiyasını xarakterizə
edir. İstehsal funksiyası resurs məsrəfləri və məhsul buraxılışı arasındakı texnoloji
asılılığı göstərir. O, həmişə müəyyən texnoloji struktur üçün qurulur. Amillərin
istənilən kombinasiyasında maksimum məhsul buraxılışı həcminə nail olunmasını
təmin edən texnologiyanın yaxşılaşdırılması həmişə yeni istehsal funksiyasında öz
ifadəsini tapır. İstehsal funksiyasından, istənilən məhsulun müəyyən həcmdə
istehsalına lazım olan məsrəflərin maksimum kəmiyyətini müəyyən etmək üçün
istifadə oluna bilər.
Əgər bütün istehsal amilləri və resursları dəstini əmək, material və kapital
məsrəfləri kimi göstərsək, istehsal funksiyasını aşağıdakı şəkildə təsəvvür etmək
olar:
M = f (L, K, V).
Burada M -
müəyyən texnologiyada əməyin, (L) - kapitalın və materialların,
(K) - müəyyən nisbətində istehsal edilən məhsulun maksimum həcmi, (V) -
kapitalın cari dəyəri, f isə istehsal funksiyasıdır.
İstehsal funksiyası istehsalın fiziki həcminin yalnız ayrıca firmada istehsal
amilləri nisbətinə görə istifadə olunmasını deyil, həm də cəmiyyətin miqyasında
həmin kəmiyyətlər arasındakı proporsiyanı xarakterizə edir.
İstehsal funksiyasının yeniləşməsi izokvantdır. İzokvant - istehsal
amillərinin bütün variantlarına uyğun gələn, onların istifadəsilə məhsul
buraxılışının eyni həcmdə tə’min olunmasını göstərən əyri, həndəsi nöqtə yeridir.
Həmin nöqtə yerində istehsal amilləri ilə onun nəticələri arasındakı asılılıq ifadə
olunur;
göstərilir ki, müəssisə fəaliyyətinin təhlil spesifikası istehsal funksiyasının
reallaşdığı vaxt dövründən asılıdır. Həmin vaxt dövrü isə qısa və uzunmüddətli
olur. Qısamüddətli dövrdə istehsal amilləri cəlb edilmiş halda olur və
uzunmüddətli dövr bütün istehsal amillərində dəyişiklik edilməsi vaxtıdır.
Amerika iqtisadçıları Duqlas və Solou əsrimizin 20-ci illərində yüz il ərzində
taxıl istehsalının statistika tədqiqi əsasında əmək və kapital kimi istehsal
amillərinin məhsul buraxılışının ümumi artımında payını müəyyən etmişlər.
Onlar aşkar etmişlər ki, əmək məsrəflərinin 1 faiz artırılması buraxılan məhsul
artımının 3/4
hissəsini təmin edir; kapital məsrəfinin 1 faiz artırılması isə məhsul
119