ya əsasən bazar iqtisadiyyatının infrastruktur elementləri–banklar,
birjalar,
reklam, lizinq, sığorta kampaniyaları və s. daxildir.
Hər hansı bir ölkədə sahibkarlıq fəaliyyəti üçün əlverişli və ya qeyri-əlverişli
iqtisadi mühitin formalaşması öz-özünə deyil, bir sıra amillərin tə’siri altında baş
verir. Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, sahibkarlıq üçün
əlverişli iqtisadi mühitin formalaşması amilləri kimi aşağıdakılar çıxış edir: sahib-
karlığın zəruri qanunvericilik bazasının yaradılması; sahibkarlığa dövlət tərəfindən
himayə edilməsi (yə’ni rəqabət mühitinin qorunub saxlanılması, sahibkar
statusunun, azad yaradıcılığın, fərdi və kollektiv, intellektual mülkiyyətin mühafizə
edilməsi, dövlət tərəfindən müəssisələrin qeydiyyatı ilə bağlı proseslərin son də-
rəcə sadələşdirilməsi və s.); yeni
müəssisələrin işə düşməsinə, fəaliyyətdə olanların
isə genişlənməsinə imkan verən vergi, gömrük, kredit dərəcələrinin müəyyən edil-
məsi; dövlət və xüsusi bölmə tərəfindən sahibkarlığın inkişafına yönəldilən
maliyyə vəsaitlərinin durmadan artması; firmaları geniş surətdə xarici iqtisadi əla-
qələrə cəlb edə bilən tədbirlərin həyata keçirilməsi; sahibkarlıq infrastrukturunun
(innovasiya mərkəzlərinin, müxtəlif növlü birjaların, sahibkarların hazırlanması və
ixtisasartırma məktəblərinin və s.) formalaşması və onların
səmərəli fəaliyyəti
üçün zəruri şəraitin təmin edilməsi və s.
§3. Sahibkarlıq fəaliyyətinin məqsədləri
və formaları
Müasir bazar iqtisadiyyatının təcrübəsi sahibkarlıq fəaliyyəti qarşısında bir
neçə məqsəd dayandığını göstərir. İqtisadiyyatın inkişaf mərhələsindən, səviyyə-
sindən və həcmindən asılı olmayaraq bu fəaliyyət qarşısında duran başlıca iqtisadi
vəzifə, strateji məqsəd, həmçinin onun əsas hərəkətverici amili mənfəət əldə edil-
məsidir. Bu da təbiidir, çünki hər bir iqtisadi subyekt öz
iqtisadi fəaliyyətində hər
şeydən əvvəl öz şəxsi mənafeyindən, marağından çıxış edir. İqtisadi fəaliyyət
nəticəsində mənfəət əldə edilməsinə göstərilən cəhd, hər şeydən əvvəl, sahibkarın
özünə müəyyən rifah halının tə’min edilməsi zərurətindən doğur, lakin iş bununla
bitmir. Sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət az və ya çox ola
bilər. Bununla belə onun həm aşağı, həm də yuxarı səviyyəsinin öz tə’yinatı, öz
rolu və əhəmiyyəti vardır. İqtisadi fəaliyyətin formasından və ya həcmindən asılı
olmayaraq mənfəətin aşağı səviyyəsi biznes üçün qoruyucu amil rolunu oynayır,
yə’ni sahibkara öz əldə edilmiş mövqeyini qoruyub saxlamağa,
öz fəaliyyətinin
mövcud səviyyəsini təmin etməyə, kapitalın təkrar istehsalını həyata keçirməyə
şərait yaradır. Mənfəətin yüksək səviyyəsi isə sahibkarlıq fəaliyyəti dairəsini daha
da genişləndirməyə, kapitalını itirmədən və müflisləşmədən qorxmayaraq risk
etməyə, mürəkkəb bazar konyukturası şəraitində rəqiblər ilə müvəffəqiyyətlə
rəqabət aparmağa, biznes sahəsində daha da möhkəmlənməyə, məhsulun istehsalı
və satışı üzrə malik olduğu payını daha da artırmağa, son nəticədə isə əvvəlkindən
daha artıq səviyyədə mənfəət götürməyə xidmət edir.
Bununla belə hər bir dövrdə
iqtisadi fəaliyyət qarşısında duran problemlərdən asılı olaraq ümumiyyətlə, mənfəət
əldə edib-edilməməsi və yaxud onun aşağı, yoxsa yuxarı səviyyəsinin əldə edilməsi
vəzifəsi arxa və ya ön plana çəkilə bilər. Dediklərimizi izah edək:
111
1. Məlumdur ki, sahibkarlıq fəaliyyəti qarşısında duran əsas problemlərdən
biri satışın və ya göstərilən xidmətin həcminin artırılmasıdır. Lakin bir sıra
hallarda bu vəzifənin yerinə yetirilməsi mənfəətin artırılması vəzifəsi ilə ziddiyyət
təşkil edə bilər. İş burasındadır ki, satışı artırmaq probleminin ən’ənəvi həlli yolla-
rından biri məhsulun qiymətinin aşağı salınmasıdır ki, bu da son nəticədə
mənfəətin həcmini azaldır.
2. Məhsulun
keyfiyyətinin yüksəldilməsi, qablaşdırılması, xarici görünüşünün
yaxşılaşdırılması, reklam edilməsi və s. məhsulla bağlı xərcləri və deməli, onun
qiymətini də yüksəldir. Bununla belə, sahibkar həmin məhsula olan tələbi
formalaşdırmaq üçün müəyyən müddət ərzində onu lazım olandan ucuz qiymətə
sata və beləliklə də bilərəkdən öz mənfəətinin həcmini aşağı sala bilər. Bundan
əlavə, qiymətin aşağı salınması hesabına mənfəətin bir hissəsindən müvəqqəti də
olsa imtina edilməsi sahibkarlıq fəaliyyətinin
rəqabət qabiliyyətinin
yüksəldilməsi, xarici bazarlarda möhkəmlənmək üçün dempinq siyasətinin
həyata
keçirilməsi və s. zərurətindən də doğa bilər. Digər bir halda, müəssisə üçün yüksək
mənfəət gətirən, lakin eyni zamanda məhdud satış bazarına malik olan məhsulla,
yüksək tələblə xarakterizə edilib müəssisə üçün az mənfəətli olan məhsuldan
hansının istehsalına üstünlük verilməsi zərurəti də sahibkarlıq fəaliyyəti qarşısında
dayanan cari və ya perspektiv məqsədlərlə müəyyən edilir. Göründüyü kimi,
mənfəət əldə etmək və tez bir zamanda şəxsi sərvətini artırmaq istəyi heç də bütün
hallarda sahibkarlıq fəaliyyətinin yeganə məqsədi kimi qəbul edilmir.
Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin bir sıra formaları vardır.
Bu formalar müxtəlif me’yarlar baxımından
fərqlənirlər ki, onlardan da ən əsasları
mülkiyyət və iqtisadi fəaliyyətin həcmi me’yarlarıdır. Belə ki, mülkiyyət meyarına
əsasən sahibkarlıq fəaliyyəti fərdi (xüsusi), kollektiv və dövlət sahibkarlığı, iqtisadi
fəaliyyətin həcminə görə isə - kiçik, orta və iri sahibkarlıq formalarında mövcud
olur. Fərqləndirmə me’yarından asılı olmayaraq sahibkarlığın bütün formalarının
təşkilati - iqtisadi forması kimi müəssisələr çıxış edirlər. Bu baxımdan, məsələn,
fərdi (xüsusi) sahibkarlığın təşkilati - iqtisadi forması xüsusi müəssisələr, iri sahib-
karlığınkı isə iri müəssisələrdir (bu barədə başqa bir fəsildə ətraflı mə’lumat
verilir).
Sahibkarlığın bütün formaları sıx qarşılıqlı əlaqədardırlar və bir-birilərini
tamamlayırlar. Məsələn, adətən fərdi (xüsusi) sahibkarlıq kiçik və orta sahiblik
formasında, iri sahibkarlıq isə kollektiv və ya dövlət mülkiyyəti bazasında həyata
keçirilir. Sahibkarlığın çoxsaylı formalarının qarşılıqlı fəaliyyəti son nəticədə
bazar sisteminin yüksək sosial - iqtisadi səmərəsini şərtləndirən əsas
səbəblərdəndir.
§4. Müasir dövrdə Azərbaycanda sahibkarlıq
fəaliyyətinin xüsusiyyətləri
Yeni iqtisadi sistemə, sosial yönümlü bazar iqtisadiyyatına keçidlə əlaqədar
olaraq Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən
biri də sahibkarlıq fəaliyyətinin formalaşması və inkişafı ilə bağlıdır. Bu sahədə
həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və s. tədbirlər nəticəsində bir sıra müs-
112