MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

yaranan müəssisələrə diqqət yetirək. Belə müəssisələrə şərikli (tam ortaqlı), payçı 
və  şərikli (birgə ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, kooperativlər, 
səhmdar cəmiyyətləri və s. aid edilir. 
Şərikli (tam ortaqlı) müəssisə iki və daha artıq fiziki və hüquqi şəxs tərəfindən 
müqavilə əsasında təsis edilir. Şəriklər müəssisənin öhdəliklərinin yerinə yetirilmə-
sinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.  
Şərikli (tam ortaqlı) müəssisədə olan bəzi çatışmazlıqlar onun daha 
təkmilləşmiş forması olan payçı və şərikli (birgə ortaqlıqlar) müəssisə formasında 
aradan qaldırılır. Belə müəssisələr həm  şərikin (şəriklərin), həm də payçının 
(payçıların) vəsaiti  əsasında formalaşır. Bir qayda olaraq, şərik müəssisənin öh-
dəliklərinə və borclarına görə özünün bütün əmlakı ilə, payçı isə yalnız müəssisəyə 
verdiyi pay həcmində məsuliyyət daşıyır.  
Kollektiv mülkiyyətə  əsaslanan  əsas müəssisə formalarından biri səhmdar 
cəmiyyətləridir. Səhmdar cəmiyyəti öz nizamnamə fondunu tədavülə  səhm və 
istiqraz kimi qiymətli kağızlar buraxmaq yolu ilə formalaşdıran və bunun nəticə-
sində toplanmış  vəsait  əsasında işgüzarlıq fəaliyyətini həyata keçirən kollektiv 
müəssisə formasıdır. Belə  cəmiyyətin səhmlərini alanlar onun səhmdarlarına 
çevrilirlər və aldıqları səhmin həcminə uyğun olaraq onun mənfəətindən divident 
almaq hüququ qazanırlar. Səhmdar cəmiyyətinin fəaliyyətini səhmdarların ümumi 
yığıncağı tərəfindən seçilmiş ali idarəetmə orqanı həyata keçirir. 
Səhmdar cəmiyyətlərinin yaranması  və  məhsuldar qüvvələrin inkişafı, 
istehsalın miqyasının genişlənməsi və  fərdi kapitalın məhdudluğu ilə bağlıdır. 
Məhz səhmdar cəmiyyətlərinin yaranması  nəhəng kapital tələb edən işlərin gö-
rülməsinə (iri tikintilərin aparılmasına, kanalların və  dəmir yollarının çəkilişinə) 
imkan verdi. 
Səhmdar cəmiyyətlərinin buraxılan səhmlərin növündən və onların bazarda 
dövriyyəsinin təşkilindən asılı olaraq iki tipi fərqləndirilir: açıq və qapalı. Açıq 
tipli cəmiyyətlərin səhmləri heç bir məhdudiyyət qoyulmadan bazarlarda alınıb-
satılır. Cəmiyyət və onun səhmdarları öz öhdəliklərinə görə  cəmiyyətin bütün 
əmlakı ilə məsuliyyət daşıyırlar. Qapalı tipli səhmdar cəmiyyətinin səhmləri isə tə-
sisçi səhmdarların öz aralarında bölüşdürülür və bazara çıxarılmır. Bu cür cəmiy-
yətlər nizamnamə kapitalının formalaşması üçün təsisçilərin öz kapitalı kifayət 
edən zaman yaradılır. Səhmdar cəmiyyəti və səhmdarlar öz öhdəliklərinə görə yal-
nız qoyulmuş kapital həcmində  məsuliyyət daşıyırlar. Məhz buna görə belə 
cəmiyyətlər bir sıra ölkələrin iqtisadiyyatında məhdud məsuliyyətli müəssisələr adı 
ilə müstəqil forma kimi geniş  fəaliyyət göstərirlər. Burada, belə bir məsələni də 
qeyd etmək lazımdır ki, bəzi ölkələrdə səhmdar cəmiyyəti korporasiya adlanır. 
Dövlət müəssisələri dövlət mülkiyyətinə  əsaslanır və iki əsas  əlamətlə 
səciyyələnir. Birincisi, dövlət müəssisələrinin  əmlakı və idarə olunması tamamilə 
və ya qismən dövlətin və onun orqanlarının (nazirlik, birlik) əlində  cəmlənir. 
İkincisi, dövlət müəssisələrinin fəaliyyətinin məqsədilə bağlıdır. Onların öz 
fəaliyyətlərində yüksək mənfəət  əldə etmələri yeganə  məqsəd deyildir. Onların 
əsas məqsədi hansı yolla olursa-olsun (iqtisadi səmərəliliyin azalması  və  hətta 
ziyana düşməklə olsa belə) ictimai tələbatı ödəməkdir. 
Hazırda dünya iqtisadiyyatında xarici investisiyanın cəlb olunması forması 
 
100


kimi müştərək müəssisələr geniş yayılmışdır. Bu formanın xüsusiyyəti ondan 
ibarətdir ki, hər hansı bir ölkə daxilində  işgüzar fəaliyyəti həyata keçirmək üçün 
həmin ölkənin və xarici ölkələrin sahibkarlıq subyektləri birgə, şəriklilik qaydasın-
da çıxış edirlər. Belə müəssisələr bəzi dövlətlərdə inzibati metodlarla, bəzilərində 
isə müəyyən güzəştlər hesabına inkişaf etdirilir.  
Bazar iqtisadiyyatı ölkələrində  fəaliyyətinin miqyasına, təmərküzləşmənin 
səviyyəsinə görə müəssisələrin kiçik, orta və iri formaları  fərqləndirilir. Bu 
təsnifləşdirmədə  əsas göstərici kimi işçilərin sayı  qəbul edilmişdir. Bu göstərici 
ölkənin iqtisadi, sosial və siyasi xüsusiyyətindən və s. asılı olaraq müxtəlif ölkə-
lərdə bir-birindən fərqlənir. Adətən 50-yə qədər (ABŞ-da 100-ə qədər) işçisi olan 
müəssisə kiçik müəssisəyə, 500-dən çox (ABŞ-da 1000-dən çox) işçisi olan isə iri 
müəssisə hesab olunur. Azərbaycanda sənayedə 50-yə, tikintidə 25-ə, nəqliyyatda 
15-ə, ticarət və xidmət sahələrində isə 10-a qədər işçisi olan müəssisə - kiçik, buna 
uyğun olaraq 300, 150, 75 və 50-dən çox işçisi olan isə iri müəssisə hesab olunur. 
Hər bir ölkənin iqtisadi inkişafında müxtəlif formalı  və ölçülü müəssisələrin 
özünəməxsus yeri və rolu vardır. 
 
§4. Menecment və onun əsas prinsipləri 
 
Əvvəllərdə qeyd etmişdik ki, tarixən idarəetmə funksiyası biznes - fəaliyyətin 
təşkilatçıları - mülkiyyətçi-sahibkarlar tərəfindən yerinə yetirilirdi. Lakin XIX 
əsrin sonu XX əsrin  əvvəllərində istehsalın inkişafı idarəetmə  məsələsini yeni 
şəkildə qoymuşdur. Texnikanın və yeni texnologiyanın inkişafı, istehsalın miqya-
sının artımı idarəetməni kəskin surətdə mürəkkəbləşdirmiş, onu xüsusi bilik tələb 
edən fəaliyyət dairəsi kimi ayırmışdır. 
İdarəetmə funksiyasının sahibkarlardan ayrılmasında məhsuldar qüvvələrin 
inkişafının, onun əsasını təşkil edən elmi-texniki inqilabın təsiri böyük olmuşdur. 
Elmi- texniki inqilab istehsalda, eləcə  də istehsalın idarə edilməsində yeni əmək 
intizamı, yeni təşkilatçılıq və yeni münasibətlər tələb etdi. Elmi-texniki inqilab 
dövründə idarəetmə amilinin, bununla əlaqədar olaraq idarəetmə funksiyasını 
yerinə yetirən insanların rolu və sosial vəziyyətinin yüksəlməsi «menecerlik 
inqilabı» konsepsiyasının meydana gəlməsi üçün əsas olmuşdur. Buna müvafiq 
olaraq tədricən mülkiyyətçilərin adından istehsalın idarəetmə funksiyasını yerinə 
yetirən peşəkar təşkilatçılar - menecerlər formalaşır. Firmaların (müəssisələrin) 
səmərəli idarə edilməsi vəzifəsinin bu işi yaxşı bilən və bacaran muzdlu peşəkar 
mütəxəssislərə  – menecerlərə  həvalə edilməsilə bazar iqtisadiyyatı ölkələrində, 
yeni müstəqil bir fəaliyyət növünün - menecmentin meydana gəlməsinin  əsası 
qoyuldu. 
Firmanın malik olduğu iqtisadi resurslardan istifadə etməklə qarşıda duran 
məqsədlərə çatmaq üçün onun səmərəli idarə edilməsi menecmentin mahiyyətini 
təşkil edir. 
Menecment (ingilis sözü, manaqement - idarəetmə mənasını verir) istehsalın 
səmərəliliyini yüksəltmək və  mənfəəti artırmaq məqsədilə istehsalın idarə 
olunmasının prinsip, metod və formaları haqqında nəzəri və praktiki biliklər 
sistemidir.  
 
101


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə