Bu istiqamətlər nəticə e’tibarı ilə istehsal xərclərinin aşağı salınmasına yönəldilir və mənfəətin artmasına
səbəb olur.
Sadaladığımız metodlar əsasən müxtəlif formalarda canlı əməyə qənaət etmək hesabına, keçmiş əməkdən
daha yaxşı istifadə etmək, yəni son məhsula düşən istehsal xərclərini azaltmaq yolu ilə səmərəliliyi artırmağa imkan
verir. Bu, mənfəəti artırmağın çox mühüm yolu olsa da, bazar iqtisadiyyatına
keçdiyimiz indiki dövrdə, daha çox
istehlakçıların fərdi tələbatına uyğun, bazar tələb-təklifini nəzərə alaraq, kiçik partiyalarla məhsul buraxan çevik
istehsalın təşkili yolu ilə səmərəliliyi artırmaq metodlarının öyrənilməsi də böyük əhəmiyyət kəsb edir.
Aydın olur ki, bazar iqtisadiyyatı şəraitində yüksək mənfəət əldə edib, bazar rəqabətinə tab gətirmək üçün
həm istehsal xərclərinin dinamikasına nəzarət etmək, həm də müasir marketinqdən
hərtərəfli istifadə etmək
zəruridir.
Bütün yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı ümumiləşdirmə və nəticələrə gələ bilərik:
- istehsal xərcləri məhsul buraxılışı ilə əlaqədar firmanın, müəssisənin çəkdiyi bütün xərclərin cəmindən
ibarətdir;
- müəssisənin kənardan aldığı iqtisadi ehtiyatlara verdiyi pulla (xarici xərclər) yanaşı, məhsul istehsalında
istifadə olunan müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatları onların, başqa şəkildə istifadə olunaraq, gətirə
biləcəyi gəlir həcmində (daxili xərclər) istehsal xərclərinə daxil edilir;
- istehsal xərclərinin daxili və xarici xərclərə bölünməsi ilə əlaqədar firmanın mənfəəti üç səviyyədə
fərqləndirilir.
Mühasibat mənfəəti–satışdan əldə edilən pulla müəssisənin xərclədiyi nağd pul (xarici xərclər)
arasında fərq.
İqtisadi mənfəət–
satışdan əldə edilən pulla bütün istehsal xərcləri (xarici və daxili xərclərin cəmi) arasında fərq.
İqtisadi mənfəət müəssisənin xalis mənfəətidir. Mühasibat mənfəətinin xalis mənfəətdən artıq olan hissəsi isə daxili
xərclər kimi istehsal xərclərinə aiddir.
Bu kəmiyyətə, sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün «öz
əməyinə görə haqq» kimi
normal mənfəəti də daxil edir;
- məhsul buraxılışının həcmi ilə istehsal xərclərinin qarşılıqlı asılılığının təhlili üçün, istehsal xərclərinin
məhsul buraxılışının həcmindən asılı olmayan - sabit xərclər və məhsul buraxılışının həcmindən asılı olan - dəyişən
xərclərə bölünməsi
zəruridir;
- məhsulun satış qiyməti ilə son hədd xərclərinin (əlavə məhsul istehsalı ilə əlaqədar ümumi xərclərin
artımı) müqayisəsi məhsul buraxılışının optimal həcmini müəyyən etməyə imkan verir;
- müəssisənin mövcud iqtisadi ehtiyatlardan istifadəsinin səmərəliliyini müəyyənləşdirərkən alternativ
istehsal xərcləri də nəzərə alınmalıdır;
- mənfəət hər hansı sahibkarlıq fəaliyyətinin nəticəsinin
göstəricisi olub, istehsalın son məqsədi kimi çıxış
edir. Mənfəətin kəmiyyəti satışdan əldə edilən pulla ümumi istehsal xərcləri arasındakı fərqlə müəyyən edilir. Bu
kəmiyyətin artırılması istehsal şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən
asılıdır.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 14. FİRMA (MÜƏSSİSƏ) VƏ ONUN
FƏALİYYƏT MEXANİZMİ. MENECMENTİN
NƏZƏRİ ƏSASLARI
§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu
§2. Firma haqqında konsepsiyalar
§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi
formaları
§4. Menecment və onun əsas prinsipləri
§5. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiyyətləri
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
94
1. «İqtisadi nəzəriyyə», dərslik, T. S.Vəliyev,
Ə.P.Babayev,
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической
академии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные
отношения, 1993.
11.
Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12.
Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.
§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu
Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə dərəcəsinə görə bir neçə
səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. (Mikroiq-
tisadiyyat-yunan sözüdür,
mikros - kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi
nemətlərin və xidmətlərin yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri
üzərində əsasən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat sub-
yektləri kimi çıxış edir.
Buna
uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə, firma və ev
təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı-ayrı
bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir.
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif
inkişaf pillələrində
müəssisələrin rolu və səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsində
istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə
uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişlər.
Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat
strukturu kimi əhəmiyyətli dərəcə almış və təkmilləşmişdir. Firma (italyanca-
»
firma»
sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə
95