MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

Bu istiqamətlər nəticə e’tibarı ilə istehsal xərclərinin aşağı salınmasına yönəldilir və mənfəətin artmasına 
səbəb olur. 
Sadaladığımız metodlar əsasən müxtəlif formalarda canlı  əməyə  qənaət etmək hesabına, keçmiş  əməkdən 
daha yaxşı istifadə etmək, yəni son məhsula düşən istehsal xərclərini azaltmaq yolu ilə səmərəliliyi artırmağa imkan 
verir. Bu, mənfəəti artırmağın çox mühüm yolu olsa da, bazar iqtisadiyyatına keçdiyimiz indiki dövrdə, daha çox 
istehlakçıların fərdi tələbatına uyğun, bazar tələb-təklifini nəzərə alaraq, kiçik partiyalarla məhsul buraxan çevik 
istehsalın təşkili yolu ilə səmərəliliyi artırmaq metodlarının öyrənilməsi də böyük əhəmiyyət kəsb edir. 
Aydın olur ki, bazar iqtisadiyyatı şəraitində yüksək mənfəət əldə edib, bazar rəqabətinə tab gətirmək üçün 
həm istehsal xərclərinin dinamikasına nəzarət etmək, həm də müasir marketinqdən hərtərəfli istifadə etmək 
zəruridir. 
Bütün yuxarıda deyilənləri nəzərə alaraq aşağıdakı ümumiləşdirmə və nəticələrə gələ bilərik: 
- istehsal xərcləri məhsul buraxılışı ilə  əlaqədar firmanın, müəssisənin çəkdiyi bütün xərclərin cəmindən 
ibarətdir; 
- müəssisənin kənardan aldığı iqtisadi ehtiyatlara verdiyi pulla (xarici xərclər) yanaşı, məhsul istehsalında 
istifadə olunan müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatları onların, başqa şəkildə istifadə olunaraq, gətirə 
biləcəyi gəlir həcmində (daxili xərclər) istehsal xərclərinə daxil edilir; 
- istehsal xərclərinin daxili və xarici xərclərə bölünməsi ilə  əlaqədar firmanın mənfəəti üç səviyyədə 
fərqləndirilir. Mühasibat mənfəəti–satışdan  əldə edilən pulla müəssisənin xərclədiyi nağd pul (xarici xərclər) 
arasında fərq. 
İqtisadi mənfəət
satışdan əldə edilən pulla bütün istehsal xərcləri (xarici və daxili xərclərin cəmi) arasında fərq. 
İqtisadi mənfəət müəssisənin xalis mənfəətidir. Mühasibat mənfəətinin xalis mənfəətdən artıq olan hissəsi isə daxili 
xərclər kimi istehsal xərclərinə aiddir. Bu kəmiyyətə, sahibkar sahibkarlıq fəaliyyəti ilə  məşğul olduğu üçün «öz 
əməyinə görə haqq» kimi normal mənfəəti də daxil edir; 
- məhsul buraxılışının həcmi ilə istehsal xərclərinin qarşılıqlı asılılığının təhlili üçün, istehsal xərclərinin 
məhsul buraxılışının həcmindən asılı olmayan - sabit xərclər və məhsul buraxılışının həcmindən asılı olan - dəyişən 
xərclərə bölünməsi zəruridir
- məhsulun satış qiyməti ilə son hədd xərclərinin (əlavə  məhsul istehsalı ilə  əlaqədar ümumi xərclərin 
artımı) müqayisəsi məhsul buraxılışının optimal həcmini müəyyən etməyə imkan verir; 
- müəssisənin mövcud iqtisadi ehtiyatlardan istifadəsinin səmərəliliyini müəyyənləşdirərkən alternativ 
istehsal xərcləri də nəzərə alınmalıdır; 
- mənfəət hər hansı sahibkarlıq fəaliyyətinin nəticəsinin göstəricisi olub, istehsalın son məqsədi kimi çıxış 
edir. Mənfəətin kəmiyyəti satışdan əldə edilən pulla ümumi istehsal xərcləri arasındakı fərqlə müəyyən edilir. Bu 
kəmiyyətin artırılması istehsal şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən 
asılıdır. 
 
 
 
    
   
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 14. FİRMA (MÜƏSSİSƏ) VƏ ONUN  
FƏALİYYƏT MEXANİZMİ. MENECMENTİN  
NƏZƏRİ ƏSASLARI 
 
§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu 
§2. Firma haqqında konsepsiyalar 
§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi 
formaları 
§4. Menecment və onun əsas prinsipləri 
§5. Azərbaycanda firmanın (müəssisənin) fəaliyyət xüsusiyyətləri 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
 
 
94


1.  «İqtisadi nəzəriyyə», dərslik, T. S.Vəliyev, 
Ə.P.Babayev, 
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001. 
2.  Экономическая теория (Политэкономия): Учебник / Под общей ред. 
В.И.  Видяпина,  Г.П.  Журалвевой. –М.:  Изд-во:  экономической 
академии, 2000, –592 с. 
3.  Экономическая  теория.  Учебник  для  вузов.  Под  ред.  Г.П. 
Журавлевой,  В.М.  Юрьева. –Тамбов:  Изд-во:  Тамбовского 
университета, 2000,–757с. 
4.  Международная  экономика.  Учебное  пособие / Н.А.  Волчина. –М.: 
Эксмо, 2006, –736 с. 
5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с. 
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер  М.  Международная  конкуренция. –М.:  Международные 
отношения, 1993. 
11.
 
Экономика  переходного  периода / Под  ред.  В.В.          Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12.
 
Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
§1. Firmanın (müəssisənin) iqtisadi məzmunu 
 
Hər bir ölkənin mövcud təsərrüfatı ictimailəşmə  dərəcəsinə görə bir neçə 
səviyyəyə ayrılır ki, onun da aşağı və ilk səviyyəsi mikroiqtisadiyyatdır. (Mikroiq-
tisadiyyat-yunan sözüdür, mikros - kiçik mənasını verir). Mikroiqtisadiyyat maddi 
nemətlərin və xidmətlərin yaradılmasında mühüm rol oynayır. O, istehsal amilləri 
üzərində  əsasən xüsusi mülkiyyət bazasında fəaliyyət göstərən təsərrüfat sub-
yektləri kimi çıxış edir. 
Buna uyğun olaraq, mikroiqtisadi təhlil bir tərəfdən sahə, firma və ev 
təsərrüfatı kimi müstəqil iqtisadi vahidlərin fəaliyyətini, digər tərəfdən ayrı-ayrı 
bazarların, əmtəə və xidmətlərin konkret qiymətlərini özündə ehtiva edir. 
Qeyd etmək lazımdır ki, bəşər cəmiyyətinin müxtəlif inkişaf pillələrində 
müəssisələrin rolu və  səviyyəsi eyni olmamışdır. Hər bir inkişaf mərhələsində 
istehsal vasitələri üzərində mülkiyyət formasına və iqtisadi inkişaf səviyyəsinə 
uyğun olan müəssisələr yaranmış və fəaliyyət göstərmişlər. 
Bazar münasibətlərinin uzunmüddətli inkişafı dövründə firma təsərrüfat 
strukturu kimi əhəmiyyətli dərəcə almış  və  təkmilləşmişdir. Firma (italyanca-
»firma» sözündən götürülüb, hərfi mənası imza deməkdir) anlayışı ilkin dövrlərdə 
 
95


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə