MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

növ rəqibini təqlid etməyə başlayır. Bununla yanaşı, müdafiə xarakterli stra-
tegiyaya firmanın rəqibinin fəaliyyətindən asılı olaraq (məs: rəqib bazara tam nəza-
rət edərsə) bazardan tamamilə çıxmaq və ya istehsalı yenidən qurmaq planları daxil 
edilə bilər. 
 
§2. Firma haqqında konsepsiyalar 
 
İqtisadi  ədəbiyyatda firmanın fəaliyyəti ilə  əlaqədar olaraq müxtəlif 
nəzəriyyələr vardır. 
Firma haqqında  ənənəvi nəzəriyyə - mənfəətin maksimumlaşdırılması 
nəzəriyyəsidir. Bu nəzəriyyədə firmanın fəaliyyətinin qarşısında duran əsas 
məqsəd ön plana çəkilir və göstərilir ki, firmanın fəaliyyətində, davranışında əsas 
məqsəd mənfəəti maksimumlaşdırmaqdan ibarətdir. 
Firmanın təsərrüfat fəaliyyətinin əsas daxili məqsədi (təbii məqsədi) mənfəət 
əldə etmək və onu mümkün qədər çoxaltmaqdan ibarətdir. Hər bir firma xarici 
formadan - satışın, iqtisadi artımın və ya faydalılığın səviyyəsindən asılı olmayaraq 
maksimum mənfəət əldə edilməsini nəzərdə tutur. Bu, təsadüfi deyil, çünki rəqabət 
şəraitində daha çox mənfəət almaq firmaya imkan verir ki, təsərrüfat vəziyyətini 
möhkəmləndirsin, əks halda o bazardan sıxışdırılıb çıxarıla bilər. 
Ənənəvi nəzəriyyə firmanın fəaliyyətini, davranışını tam izah etməyə imkan 
vermir. Məhz buna görə də digər iqtisadçılar alternativ nəzəriyyələr irəli sürmüşlər. 
Firma haqqında menecer nəzəriyyəsi, yəni satışdan alınan gəlirin 
maksimumlaşdırılması nəzəriyyəsi. 
Müasir şəraitdə mülkiyyətin səhmdar forması həlledici rol oynayır. İdarəetmə 
funksiyalarını peşəkarlara həvalə etməklə  əsil mülkiyyətçilər səhm sahibi olur və 
formal mülkiyyətçiyə çevrilirlər. Doğrudur, az sayda mülkiyyətçi nəzarət səhm 
paketinə sahib olmaqla firmanın strateji fəaliyyətinə  nəzarət edir. Amma söhbət 
korporasiyaların fəaliyyətindən bixəbər olan milyonlarla kiçik, orta və iri mül-
kiyyətçilərdən gedir. Beləliklə, firmaların fəaliyyətində, idarə olunmasında 
menecerlərin rolu getdikcə artır. İqtisadi həyatda baş verən belə dəyişikliklər firma 
haqqında menecer nəzəriyyəsinin yaranmasına gətirib çıxartmışdır. 
Firmanın miqyasının maksimumlaşdırılması nəzəriyyəsi. Bu nəzəriyyənin 
yaradıcılarının fikirlərinə görə sahibkarların və menecerlərin ümumi bir məqsədi 
vardır: firmanın miqyasını maksimumlaşdırmaq. Menecerlər  şəxsi status və 
qazanclarını artırmaq üçün buna çalışırlar. Müəssisə sahibləri isə varlanmaq 
məqsədilə onun aktivlərinin çoxalmasına can atırlar. Bu nəzəriyyəçilər arasında 
xüsusi yer tutan Marris qeyd edir ki, menecer tərəqqi edən firmanın adi iri firmaya 
çevrilməsinə çalışır. 
Ümumiyyətlə, firma öz həcminin, miqyasının artırılmasına, mak-
simumlaşdırılmasına hansı yollarla, necə nail ola bilər? Firmanın miqyasının 
maksimumlaşdırılması nəzəriyyəsinin tərəfdarları əsas iki yol göstərirlər. 
Birinci yol, əsasən kapitalın və istehsalın təmərküzləşməsilə, firmanın daxili 
artımı ilə xarakterizə olunur.  
İkinci yol isə udulma və qovuşma nəticəsində kapitalın və istehsalın 
mərkəzləşməsilə əlaqədardır. 
 
98


Qovuşma iki kampaniyanın rəhbərlərinin birləşmə haqqında bağladıqları 
qarşılıqlı müqavilədə ifadə olunur.  
Udulma bir firma tərəfindən başqasının alınması yolu ilə baş verir.  
Qovuşmanın (udulmanın) müxtəlif növləri vardır.  Əsas növləri bunlardır: 
üfüqi inteqrasiya, şaquli inteqrasiya və konqlomerasiya. 
Son onilliklərdə  mərkəzləşmənin və  təmərküzləşmənin  əksinə olan inkişaf 
meyli güclənməkdədir. 
Firmanın davranışı haqqında nəzəriyyələr. Bu nəzəriyyənin tərəfdarları, 
əvvəlkilərdən fərqli olaraq göstərirlər ki, firmada çoxlu məqsədlər mövcuddur. 
Belə ki, firmanın idarəetmə obyekt və subyektlərinin ierarxiyasına məqsəd və 
mənafelər ierarxiyası uyğun gəlir. Bu məqsəd və  mənafelərin məcmusuna 
aşağıdakılar daxildir: 
1. Yüksək əmək haqqı almağa, yaxşı əmək şəraitinə, texniki təhlükəsizliyə can 
atan fəhlələrin mənafeyi. 
2. Hakimiyyətə, öz sosial statusunu, rütbəsini yüksəltməyə can atan menecerin 
mənafeyi. 
3. Yüksək divident almağı arzulayan səhmdarın mənafeyi. 
4. Firmanın fəaliyyətinin iqtisadi göstəricilərini yaxşılaşdırmağa çalışan ali 
rəhbərlərin mənafeyi və s. 
Firmanın vahid orqanizm kimi fəaliyyət göstərməsi üçün ali rəhbərlik xüsusi 
mənafeləri firmanın ümumi strateji mənafeyilə uzlaşdırmağı bacarmalıdır. 
 
§3. Firmanın (müəssisənin) fəaliyyət mexanizmi və təşkilati-hüquqi 
formaları 
 
Məlumdur ki, istənilən iqtisadi sistemdə çoxlu sayda firmalar (müəssisələr) 
fəaliyyət göstərir.  İqtisadi  ədəbiyyatda bunlar müxtəlif meyarlar baxımından 
təsnifləşdirilir. Belə ki, firmalar (müəssisələr) mülkiyyət mənsubiyyətinə
fəaliyyətinin həcminə, sahəsinə, xarakterinə, əhatə etdiyi ərazi meyarına görə və s. 
fərqləndirilir. 
Mülkiyyət mənsubiyyətinə uyğun olaraq firmanın (müəssisənin) xüsusi, 
kollektiv, dövlət və qarışıq formaları vardır. 
Firmalar (müəssisələr) fərdi (ailə),  şərikli (tam ortaqlı), payçı  və  şərikli 
(ortaqlıqlar), məhdud məsuliyyətli müəssisələr, səhmdar cəmiyyəti və dövlət 
müəssisəsi kimi təşkilati-hüquqi formalarda fəaliyyət göstərirlər. 
Fərdi (xüsusi) firma - biznes fəaliyyətinin  ən klassik formalarından biridir. 
Belə firmalar adətən fərdin və ya onun ailə üzvlərinin ümumi mülkiyyəti əsasında 
təşkil olunur. Bununla yanaşı firmalar başqa mülkiyyətçilərə  məxsus olan 
müəssisələrin satın alınması yolu ilə  də yaradıla bilər. Belə müəssisələrin idarə 
olunması adətən, sahibkarın özü tərəfindən həyata keçirilir. Bir sıra hallarda 
sahibkar müəssisənin idarə olunmasını menecerə həvalə edə bilər, lakin belə halda 
da müəssisənin fəaliyyəti üzərində ümumi nəzarət sahibkarın ixtiyarında qalır. 
Bazar iqtisadiyyatı ölkələrinin təcrübəsi göstərir ki, xüsusi mülkiyyət artıq 
təkcə özünün klassik forması olan fərdi mülkiyyət formasında deyil, həm də 
kollektiv, kooperativ, qrup və s. formalarda çıxış edir. Bu formalar əsasında 
 
99


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə