MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

istehsal amillərindən səmərəli istifadə forması kimi xarakterizə edir; sahibkarlıq 
mənfəətinin təmin edilməsi üçün istehsal amillərinin az gəlirli sahələrdən yüksək 
gəlirli sahələrə azad surətdə axa bilməsinə xidmət edən iqtisadi mühiti - bazar 
mühitini təhlil edir; sahibkarların bütövlükdə əldə etdikləri gəlirləri və bu gəlirlərin 
sahibkarın bilikləri və  təcrübəsilə bağlı  əldə edilən hissəsini açıb göstərir. 
Bununla yanaşı, J.B.Sey sahibkarın yerinə yetirdiyi funksiyaların yaradıcı xarakter 
daşıdığını göstərir və beləliklə  də  həmin funksiyaların istehsalın idarə edilməsi ilə 
bağlı olan digər funksiyalardan fərqləndiyini bildirir.  
Sahibkarlıq fəaliyyəti haqqında tə’limin məzmunca zənginləşməsində alman 
iqtisadçısı V.Zombartın (1863-1941) da özünə  məxsus rolu olmuşdur. O, 
sahibkarlıq qarşısında duran məqsədi iki yerə: əsas və asılı məqsədlərə bölmüşdür. 
Onun fikrincə, mənfəət  əldə edilməsi sahibkarlıq fəaliyyətinin  əsas deyil, ikinci 
dərəcəli məqsədidir.  
Bu fəaliyyətin  əsas məqsədi isə daim inkişaf etmək, çiçəklənmək, 
genişlənməkdir. V.Zombart qeyd edirdi ki, bu məqsədlərə çatmaq üçün sahibkarlar 
risk etməyə hazır olmalı, inadkarlıq və inam göstərməli, ümumi mənafe naminə 
bir çox insanları  işə  cəlb etməyi bacarmalı, yə’ni təşkilatçı olmalıdır. Bundan 
əlavə V.Zombart sərfəli surətdə ticarət etmək, yəni alıcıları maraqlandırmaq, onla-
rın inamını və etibarını qazanmaq qabiliyyətini sahibkarın zəruri keyfiyyətləri kimi 
səciyyələndirir.  
Sahibkarlıq fəaliyyəti haqqında müasir iqtisadi təlimin formalaşmasında 
Avstriya iqtisadçısı Y.Şumpeterin (1882-1950) də xidmətləri diqqətəlayiqdir. Hər 
şeydən  əvvəl sahibkarı yenilikçi (novator) adlandıran Y.Şumpeter onun başlıca 
vəzifəsi kimi istehsal amillərinin yeni kombinasiyasına və beləliklə  də iqtisadi 
tərəqqiyə nail olmağı irəli sürür. O yazırdı ki, sahibkar olmaq digərlərinin edə 
bilmədiyini etmək, əvvəldən görə bilmək, köhnəliyə zidd çıxmaq, yenilik tapmaq və 
onu tətbiq etmək, qorxmadan risk etmək, qabaqcadan, verilmiş proseslər əsasında 
deyil, həmin prosesləri özü müəyyən edərək fəaliyyət göstərmək qabiliyyətidir. 
Y.Şumpeterin fikrincə, sahibkarlıq fəaliyyətinin subyekti kimi həm istehsalın 
sahibi, fərdi kapitalist və ya mülkiyyətçi, həm də istehsal müəssisələrinin, bankın, 
səhmdar cəmiyyətinin idarəedicisi çıxış edə bilər.  
Sahibkarlıqla bağlı bir sıra məsələlərin təhlilinə A.Marşalın (1842-1924) 
iqtisadi tədqiqatında da rast gəlinir. Həm də bu zaman A.Marşalın tədqiqatı üçün 
səciyyəvi cəhət azad sahibkarlığı istehsal azadlığı  və iqtisadi azadlıqla 
eyniləşdirməkdən ibarətdir. 
Yuxarıda qeyd edilmiş klassik baxışların müasir dövrdə təkamülü nəticəsində 
bu gün sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat subyektlərinin mənfəət və ya 
şəxsi gəlir əldə etmək məqsədi ilə özlərinin cavabdehliyi və əmlak məs’uliyyəti 
əsasında qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri 
üzrə  həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti başa düşülür. Müasir bazar 
iqtisadiyyatı ölkələrinin təcrübəsi sahibkarlıq fəaliyyətinin mürəkkəb bir iqtisadi 
məzmuna malik olduğunu sübut edir. Bu təcrübəyə görə sahibkarlıq hər  şeydən 
əvvəl, iqtisadi kateqoriyadır. Belə ki, iqtisadi fəaliyyətin müxtəlif növləri üzrə bir-
biriləri ilə iqtisadi əlaqələrə girən bazar subyektləri arasında çoxsahəli qarşılıqlı 
münasibətləri əks etdirir. İkincisi, sahibkarlıq səmərəli təsərrüfatçılıq tipidir, çünki 
 
105


ən az məsrəflərlə,  əməyin və istehsalın təşkilinin  ən səmərəli metodlarını  tətbiq 
etməklə iqtisadi fəaliyyəti həyata keçirməyə yönəlmişdir. Üçüncüsü, sahibkarlıq 
mütərəqqi iqtisadi təfəkkürdür, çünki o, öz obyektlərində  əsasən tələbata uyğun 
məhsullar istehsal etmək və satmaq, istehlakçılara yüksək keyfiyyətli xidmət 
göstərmək kimi hissləri tərbiyə edir. 
Sahibkarlıq fəaliyyəti istehsal vasitələri üzərində mülkiyyət forması ilə: hər 
şeydən  əvvəl isə xüsusi mülkiyyətlə  sıx  əlaqəli halda baş verir. Bu baxımdan 
tarixən xüsusi mülkiyyət azad sahibkarlıq fəaliyyətinin iqtisadi əsası, sahibkarlıq 
fəaliyyəti ilə müəyyən mənada xüsusi mülkiyyətin reallaşdırma forması kimi 
çıxış etmişdir. Qeyd etmək lazımdır ki, sahibkarlıq fəaliyyəti ilə xüsusi 
mülkiyyətin bu qarşılıqlı  əlaqəsi müasir dövrdə  də öz əhəmiyyətini itirməmişdir. 
Həm də xüsusi mülkiyyətin yeni - yeni təzahür formaları  əmələ  gəldikcə  və 
cəmiyyətdə mülkiyyətin çoxnövlüyü formalaşdıqca, sahibkarlıq fəaliyyətinin 
formaları daha da çoxalmış, o, yeni keyfiyyət halı  kəsb etmişdir. Bununla belə 
xüsusi mülkiyyətin bütün hallarda labüd olaraq sahibkarlıq fəaliyyətinə  səbəb 
olduğunu düşünmək səhv olardı. Belə ki, tarixən istehsal vasitələri üzərində 
xüsusi mülkiyyətə  əsaslanan quldar və feodal təsərrüfatları üçün sahibkarlıq 
fəaliyyəti iqtisadi fəaliyyətin başlıca istiqamətini təşkil etməmişdir. Bunun da bir 
neçə səbəbi vardır: 
1. Sahibkarlıq fəaliyyəti bazarla əlaqəli halda mövcud olur, yəni o, əmtəə 
təsərrüfatı şəraitində real məzmuna malik olur. Mə’lum olduğu kimi, həm quldar, 
həm də feodal təsərrüfatları xüsusi mülkiyyətə  əsaslansalar da, əsasən natural 
təsərrüfat formasında çıxış etmiş və qapalı xarakter daşımışlar. 
2. Sahibkarlıq fəaliyyəti, hər şeydən əvvəl mənfəət naminə həyata keçirilir. Hər 
bir quldar və yaxud feodal öz təsərrüfatlarının səmərəli, məhsuldar fəaliyyətində 
maraqlı olsalar da, hər halda bu təsərrüfatların bilavasitə  məqsədi mənfəət 
qazanmaq olmamışdır. 
3. Sahibkarlıq fəaliyyəti  əsasən iqtisadi cəhətdən azad olan insanların 
əməyinə  əsaslanır. Mə’lum olduğu kimi, quldar və feodal təsərrüfatlarında 
bilavasitə çalışanlar tam və yaxud yarımasılı  vəziyyətində olmuşlar. Bu 
cəmiyyətlər daxilində yalnız sadə formada da olsa həyata keçirilən əmtəə istehsalı 
şəxsən və iqtisadi cəhətdən azad olan insanların əməyinə əsaslanmışdır. 
Özündən  əvvəlki iqtisadi quruluşlar kimi kapitalizm sistemi də xüsusi 
mülkiyyətə  əsaslanır. Lakin onlardan fərqli olaraq bu sistem cəmiyyətin hər bir 
üzvü üçün iqtisadi azadlığı tə’min etdiyinə görə sahibkarlıq fəaliyyəti də özünün 
ən yüksək tərəqqi səviyyəsinə çatmışdır.  Ən ümumi mə’nada iqtisadi azadlıq 
insanın malik olduğu iqtisadi resurslar (kapital, iş qüvvəsi), habelə hazır 
məhsullar üzərində  sərbəst surətdə  sərəncam vermək deməkdir. Bununla belə 
bazar iqtisadiyyatı  şəraitində iqtisadi azadlığın iki tərəfini bir-birindən 
fərqləndirmək lazımdır. Bu, bir tərəfdən, fəaliyyətdə olan hər bir insana sahibkarlıq 
hüquqlarının verilməsidir ki, bunun da nəticəsində o, öz şəxsi işini həyata keçirir, 
öz arzu, bacarıq və təşəbbüskarlığını hər hansı bir sahədə reallaşdırır. Digər tərəf-
dən, sahibkarlıq subyektlərinin iqtisadi azadlığı onların cəmiyyət, münasibətdə 
olduqları digər sahibkarlar, öz işçiləri, məhsulun istehlakçıları  və s. qarşısında 
mə’suliyyətini də özünə daxil edir. Deməli, iqtisadi azadlığın həddi sonsuz de-
 
106


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə