MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə55/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

kommersantın «ticarət adı» mənasını verirdi. İndi bu termin resurslardan məhsul 
istehsal edən mikroiqtisadi özəyi ifadə edir. 
İqtisadi  ədəbiyyatda firmaya istehsal fəaliyyətilə  məşğul olan, nə, necə, kim 
üçün istehsal etmək və harada, kimə  və hansı qiymətə satmaq məsələlərinin 
həllində təsərrüfat müstəqilliyinə malik olan iqtisadi və hüquqi subyekt, müəyyən 
təşkilat kimi baxılır. 
Tarixən firmanın (müəssisənin) yaranmasının ilk əsasını sadə  əmək 
kooperasiyası  və  əmək bölgüsü təşkil edir. Məhsuldar qüvvələrin və istehsalın 
ictimai xarakterinin tədricən artması  nəticəsində onların yeni formaları meydana 
gəlmiş, rolu və miqyası genişlənmişdir. Firmaların (müəssisələrin) rolunun daha da 
genişlənməsi özünü birinci növbədə maddi nemətlərin həcminin çoxalmasında 
göstərir. Bazar iqtisadiyyatı  şəraitində firma (müəssisə) sahibkarlıq və biznes 
fəaliyyətinin subyekti, əsas struktur vahididir. 
Ümumiyyətlə, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəaliyyəti «sahibkarlıq» 
və «biznes» kimi anlayışlarla xarakterizə olunur.  
Biznes fəaliyyəti bazar təsərrüfat sistemində meydana çıxır və onun əsas 
halqasını  təşkil edir. Biznes və bazar vəhdətdədir, ayrılmazdır, onlar birlikdə 
mövcud olur və inkişaf edirlər. Aydındır ki, inzibati-amirlik təsərrüfat sistemi 
şəraitində mövcud olan müəssisələr biznes fəaliyyəti ilə deyil, təsərrüfat fəaliyyəti 
ilə məşğul olmuşlar. 
Bazar iqtisadiyyatının təkmilləşməsi, inkişafı ilə  əlaqədar olaraq biznes 
fəaliyyətinin iqtisadi təşkilində dəyişikliklər baş verir.  
Bu gün biznes fəaliyyəti dedikdə, həmin fəaliyyətin daxili və xarici mühitini 
təşkil edən  şəxslər, təşkilatlar və bilavasitə istehsalın təşkilatçıları arasındakı 
münasibətlər sistemi başa düşülməlidir. 
Biznes fəaliyyətinin daxili mühiti kapital sahibləri, menecerlər və muzdlu 
işçilər arasındakı münasibətlərlə, xarici mühiti isə biznes fəaliyyətin təşkilatçısı ilə 
dövlət və  cəmiyyət, mal göndərənlər, kreditorlar və istehlakçılar arasındakı 
qarşılıqlı əlaqə ilə xarakterizə olunur. 
Bazar iqtisadiyyatı  şəraitində firmalar kommersiya təşkilatları  və ya 
sahibkarlıq bölməsi kimi nəzərdən keçirilirlər. 
Beləliklə, deyilənləri ümumiləşdirsək bu halda firma (müəssisə), ictimai 
tələbatın ödənilməsi və  mənfəət alması  məqsədilə, istehsal amillərini 
birləşdirməklə  məhsul istehsal edib-satan, işlər görüb xidmətlər göstərən hüquqi 
şəxs olan təsərrüfat subyekti kimi qəbul edilməlidir. 
Bəs firma ilə müəssisə arasında fərq varmı? İqtisadi ədəbiyyatda firma termini 
ümumiləşdirici anlayış kimi istifadə olunur: firma bir və ya bir neçə müəssisədən 
ibarət ola bilər. Müəssisə dedikdə isə, adətən, birprofilli, birməhsullu istehsal başa 
düşülür. Firma - işgüzar müəssisənin təsərrüfat-hüquqi vahididir. Sənaye və ya 
ticarət müəssisəsinin  şərti adıdır, onun hüquqi cəhətdən ixtiyarı var ki, təsərrüfat 
fəaliyyətini öz mülkiyyət məsuliyyəti ilə həyata keçirsin. Firma sifəti ilə müəssisə, 
təşkilat, idarə və ya ayrı-ayrı şəxslər çıxış edə bilər. Təsərrüfat vahidinin ölçüləri-
nin bu zaman heç bir əhəmiyyəti yoxdur. Firma hər şeydən əvvəl ədliyyə orqanları 
tərəfindən qeydə alınır, hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. Firma fəa-
liyyətindən asılı olaraq adlı ola bilər. 
 
96


Müasir firmalar əsasən çoxprofilli istehsal özəkləridir. Belə istehsal yönümlü 
firmalar iqtisadi durğunluq dövründə daha dözümlü olurlar. İstehsal olunan 
məhsulun biri ilə  əlaqədar  əlverişsiz konyuktura həmin məhsuldan alınan gəlirin 
azalmasına səbəb olduğu halda, digər məhsullardan gələn gəlirin səviyyəsinə təsir 
etməz. Belə halda firma ziyanı digər məhsul və xidmətlərdən gələn gəlir hesabına 
ödəyə bilər. 
Firmanın  əsas funksiyası istehlakçıların tələbatını ödəmək üçün istehsal 
amillərini birləşdirməklə əmtəə və xidmətlər istehsalını təşkil etməkdən ibarətdir. 
Firmanın fəaliyyətində son məqsəd isə yüksək mənfəət götürməkdir. Maksimum 
mənfəət  əldə olunması  məqsədi firma tərəfindən bir sıra taktiki və strateji 
məqsədlərin müəyyən edilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Bunlara əsasən 
aşağıdakılar aid edilir: 
- satışın həcminin artırılması; 
- daha yüksək artım sürətinə nail olmaq; 
- bazarda payın artırılması; 
- qoyulmuş kapitala nisbətən mənfəətin artırılması; 
- kampaniyanın səhmlərinə görə gəlirlərinin artırılması; 
- kapitalın quruluşunun dəyişdirilməsi. 
Firmanın məqsədlərinin xarakteri bütövlükdə iqtisadiyyatın vəziyyətilə, həmin 
müəssisənin fəaliyyət göstərdiyi sahənin inkişaf meylilə, eləcə  də onun həyat 
tsiklinin mərhələsilə müəyyən olunur. 
Həyat tsiklləri nəzəriyyəsinə görə firmaların həyatı üç mərhələdən ibarətdir. 
Birinci mərhələ aktiv fəaliyyət və artım sürətinin genişləndirilməsilə xarakterizə 
olunur. Yığılmış  vəsait istehsal güclərinin yaradılmasına, yeni bazarların 
tutulmasına yönəldilir. İkinci mərhələ üçün səhm və mənfəətin artımı, kapital sa-
hiblərinin gəlirlərinin çoxalması səciyyəvidir. Firma bazardakı mövqeyini qoruyub 
saxlamaq uğrunda mübarizə aparır, istehsal güclərinin genişləndirilməsinə nisbətən 
xərclərin azaldılması ön plana keçir. Üçüncü mərhələdə satış həcminin və bununla 
birlikdə  mənfəətin azalması baş verir, bu isə kapitalın müəyyən hissəsinin həmin 
sahədən geri götürülməsinə  səbəb olur. Bu mərhələdə yeganə  məqsəd - həyat 
qabiliyyətini - mövcudluğunu qoruyub saxlamaqdır. Həmin dövrdə firmanın fəaliy-
yətinin  əsas istiqaməti mənfəəti artırmağa deyil, ziyanı minimuma endirməyə 
yönəldilir. Belə ki, perspektivdə yüksək nəticələr əldə etməyə yönəldilmiş fəaliyyət 
müəyyən dövrdə, qısa müddətdə uğursuzluğa da aparıb çıxara bilər. 
Firma qarşısında duran məqsədlər onun cari (qısa) və perspektiv (uzun) 
fəaliyyət dövrü üçün müəyyən edilmiş strategiyasından doğur. Bu strategiya 
firmanın fəaliyyət dövrünü (qısa və ya uzunmüddətli dövr) və  rəqabət  şəraitini 
nəzərə almaqla müəyyən edilir.  
Strategiya, hər  şeydən  əvvəl, firmanın uzunmüddətli dövr üçün əsas məqsəd 
və  vəzifələrinin seçilməsindən, bunlara çatmaq üçün resursların toplanması  və 
bölgüsündən, ümumiyyətlə  fəaliyyət kursunun müəyyən edilməsindən ibarətdir. 
Strategiyanın müdafiə  və hücum xarakterli növləri fərqləndirilir. Müdafiə 
xarakterli strategiyada elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqilə bağlı 
riskin azaldılmasına xüsusi diqqət verilir. Firma yeni texnika tətbiq edən rəqibinin 
fəaliyyətini izləyir və onun bazara çıxardığı yeni məhsuldan istehsal etməyə, bir 
 
97


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə