MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

Deməli, son hədd xərclərinin cüzi artması müəssisənin ziyanlı işləməsinə səbəb olur.  
Beləliklə, istehsalın verilmiş  həcmi məhsul buraxılışının böhran nöqtəsinə (600 ədəd) çatdığını  və bu 
zaman son hədd xərcləri (40) isə istehsal xərclərinin son mümkün həddini göstərir. Aydın olur ki, firma son hədd 
xərclərinin dəqiq hesabını aparmaqla istehsalın həcmini tənzimləyə bilər. Əgər bazar qiyməti mə’lumdursa, son hədd 
xərclərini bazar qiymətilə müqayisə etməklə istehsalın həcmini dəyişmək lazım olub-olmamasını müəyyən etmək 
olar. Son hədd xərcləri bazar qiymətindən aşağı olduqda istehsalın həcmini artırmaq, yuxarı olduqda isə istehsalı 
dayandırmaq lazımdır. 
 
§3. Alternativ və ümumi iqtisadi xərclər 
 
Yuxarıda dediklərimizdən aydın olur ki, hər bir istehsalçı  məhsul buraxılışının həcmini 
müəyyənləşdirərkən, müəssisənin gəlirliyini tə’min etmək üçün istehsala çəkilən faktiki xərclərin hamısını nəzərə 
almalıdır. Lakin daha dərin iqtisadi təhlil və  əməli təcrübə göstərir ki, təsərrüfat fəaliyyətinin səmərəliliyini 
müəyyən etmək üçün ümumi iqtisadi xərclər, yəni faktiki xərclərlə yanaşı alternativ xərclərlə  də hesablaşmaq 
lazımdır. Alternativ xərclərin hesablanması bu və ya digər təsərrüfat fəaliyyətini həyata keçirmək üçün mövcud 
xərclərin sərf olunmasının iqtisadi cəhətdən nə  dərəcədə  əlverişli olub-olmamasının müəyyənləşdirilməsi 
zəruriliyindən doğur. Başqa sözlə, mövcud iqtisadi ehtiyatları mümkün təsərrüfat fəaliyyətlərindən hansına 
yönəltmək məsələsi meydana çıxdıqda alternativ xərcləri hesablamaq lazım gəlir. Məsələn, sahibkar öz pul 
ehtiyatlarını müxtəlif cür, həm mövcud istehsalın genişləndirilməsinə, həm də yeni növ istehsalın təşkili üçün 
istifadə edə bilər. Seçmək üçün bu kəmiyyətlərin hər biri alternativ kimi müqayisə edilməlidir. Hər hansı təsərrüfat 
fəaliyyətindən birdəfəlik yüksək gəlir götürmək üçün alternativ xərclərin hesablanması daha çox zəruriyyət kəsb 
edir. Bunu izah etmək üçün P.Samuelsonun göstərdiyi misal daha çox aydınlıq yaradır. Hər hansı ölkədə ordunun daha 
da çoxaldılması nəzərdə tutulub. Bu qərar baxımından alternativ xərclər nədən ibarətdir? Bu aktın həyata keçirilməsinin 
cəmiyyətə nəyə başa gəldiyini hesablamaq üçün, ölkənin hərbi büdcəsinin nə qədər artdığını bilmək kifayət etmir. 
Nəzərə alınmalıdır ki, hərbçilərin  əmək haqqına, onlara edilən hər cür xidmətlərə, silahlandırmaya, ordunun 
artmasına çəkilən xərclərlə  əlaqədar olaraq cəmiyyət nə  qədər maddi və  əmək ehtiyatlarını istehsala cəlb edə 
bilməmişdir, xalq nə qədər mülki məhsullardan məhrum olmuşdu. Buna bənzər hesablamanı ölkəmiz üçün də səciyyəvi 
olan misalda da göstərmək olar. Azərbaycanda Xəzər dənizinin dərinliklərindən çıxarılan, yüksək mənfəət verən neft 
hasilatına çəkilən xərclərə iqtisadi qiymət verməyə çalışaq. Ümumi iqtisadi xərclərə bilavasitə neft istehsalı ilə 
əlaqədar çəkilən xərclərlə yanaşı, eyni miqdarda iqtisadi ehtiyatların alternativ şəkildə istifadəsindən  əldə edilə 
biləcək, «itirilmiş» maddi ne’mətlərin dəyər kəmiyyəti daxil edilməlidir. Başqa sözlə, həmin xərclər Abşeron 
yarımadasında kənd təsərrüfatının inkişafına, balıqçılığa, gəmiçiliyə və s. sərf edilə bilərdi. Bu, aydın məsələdir ki
külli miqdarda maddi ne’mətlər istehsalı və yüksək mənfəət əldə etməyə imkan verərdi. Buna görə  də itirilmiş bu 
mənfəətə neft hasilatı xərclərinin bir hissəsi kimi baxmalı və neftin satış qiyməti həmin mənfəətin dəyər kəmiyyəti 
miqdarında artırılmalıdır. 
Beləliklə, hər hansı  təsərrüfat fəaliyyətinin  ümumi iqtisadi xərclərinə bilavasitə istehsala çəkilən 
xərclərlə yanaşı, mövcud ehtiyatların (əmək, pul, material və s.) ən əlverişli istifadə olunmasının dəyər kəmiyyətini 
əks etdirən alternativ xərclər də daxil edilməlidir. 
 
§4. Mənfəət və onun artırılması yolları 
 
Bazar iqtisadiyyatı  şəraitində  hər bir istehsalçının fəaliyyətinin nəticəsi mənfəətin kəmiyyəti ilə müəyyən 
edilir və mənfəətin artırılması istehsalın əsas məqsədi kimi çıxış edir. Mə’lum olduğu kimi mənfəətin kəmiyyəti 
satışdan  əldə olunmuş pulla ümumi istehsal xərcləri arasındakı  fərqlə müəyyən edilir. Hansı iqtisadi sistemdə 
fəaliyyət göstərməsindən asılı olmayaraq bütün müəssisələr mənfəətin kəmiyyətini məhz belə hesablayır. 
Bununla belə  mənfəətin mahiyyətinin izahında, indiyə  qədər müxtəlif iqtisadi məktəblərin arasında ciddi fikir 
ayrılığı mövcuddur. 
Marksist nəzəriyyəyə görə mənfəət, fəhlənin əməyinin istismarı nəticəsində yaranmış, izafi dəyərin çevrilmiş 
forması kimi istismarı  pərdələyən kateqoriyadır. Beləliklə, mənfəət xüsusi mülkiyyətin törəməsi olan istismarın 
nəticəsi kimi kapitalizmə xas olan istehsal münasibəti hesab edilir. Marksizmin tənqidçiləri istismarın xüsusi mülkiy-
yətlə bilavasitə əlaqəsi olmadığını qeyd edirlər. 
Müasir iqtisadi ədəbiyyatda mənfəət, istehsal amillərinin - əmək, torpaq və kapitalın istifadə olunması 
şərtlərilə izah edilir. Bu cəhətdən mənfəətin mahiyyətinə dair baxışlardan bə’zilərini qeyd etmək olar. Mənfəət 
sahibkarlıq fəaliyyətinin nəticəsi - gəlirdir. Mənfəət istehsalın idarə olunmasında göstərilən istedad və yenilikçiliyin 
nəticəsidir. Mənfəət sahibkarlıq fəaliyyəti ilə əlaqədar mə’suliyyət və riskə görə haqdır. Mənfəət istehsalçının, isteh-
sal şəraiti və ya bazarda olan inhisarının nəticəsidir. 
Gerçəklik göstərir ki, mahiyyətinin necə izah olunmasından asılı olmayaraq mənfəət, istehsalda məşğul olmaq 
məqsədini qarşısına qoymuş hər bir şəxsin əldə etdiyi nəticəni göstərir. Onun kəmiyyətinin artırılması isə istehsal 
şərtlərinin səmərəli istifadəsi və bazar şəraitinin düzgün qiymətləndirilməsindən asılıdır.  İstehsal  şərtlərinin 
istifadə olunması baxımından mənfəətin yüksəldilməsinin aşağıdakı istiqamətlərini qeyd etmək olar.  
Birinci - elmi-texniki tərəqqinin nailiyyətlərinin istifadə olunması; 
İkinci - istehsalın və əməyin təşkilinin təkmilləşdirilməsi
Üçüncü - iqtisadiyyatın bacarıqla idarə edilməsi. 
 
93


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə