MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

mübadiləyə, eyni tələbatın ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların 
(istehsalçıların) məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı 
rəqabətə keçir.  
Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik 
bazardır (yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə 
nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan 
ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti - bazarda hakim satıcıların 
(istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir. 
Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə 
xüsusiyyətlərinə görə  fərqləndirirlər. Mükəmməl rəqabət  şəraitində qiymətlər 
daimi olaraq tələb və  təklifin tərəddüdündən asılı olaraq dəyişir. Oliqapoliya 
zamanı isə qiymətlər tez-tez deyil, bir qayda olaraq, böyük vaxt intervalında 
əhəmiyyətli dərəcədə dəyişilir.  
Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı 
(istehsalçı) - firmaların sayının ikiyədək ixtisar edilməsidir. Bazarın daha yüksək 
dərəcədə inhisarlaşdırılması mükəmməl, azad rəqabətin tam əksi olan xalis inhisar 
şəraitində baş verir («inhisar» sözü yunan dilində monopolin-yeganə satıcı demək-
dir). Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur: 
a) bazarda əmtəəni yalnız bir satıcı satır, başqa sözlə, bütün sahə bir firma 
tərəfindən təmsil olunur; 
b)  əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur. Alıcı ya bu 
əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir; 
v) satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır; 
q) satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti diktə edir. 
Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın 
yerini əvvəldən müəyyən edir. 
d) sahəyə daxil olmaq imkanı yoxdur. 
 
§3. İqtisadiyyatda inhisarçılıq. 
İnhisar formaları 
 
İnhisarçılıq təsərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə 
etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə
onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir.  
İnhisar nəzəriyyəsinə görə inhisarçı müəssisənin davranışı  aşağıdakı amillərin 
təsiri altında formalaşır: 
1. Bazarın bir hissəsini itirmək təhlükəsi; bu təhlükə olmadıqda o qiymətin 
yüksəldilməsi qərarını  qəbul etdikdə belə  məhsul buraxılışının həcminə tam 
nəzarət edir. 
2. Qiyməti fasiləsiz yüksəltmək imkanının məhdudluğu; bütün digər istehsalçılar 
kimi inhisar da istehsal qərarını qəbul edərkən bazar tələbini, öz istehsal xərclərini 
nəzərə almaq məcburiyyətindədir. 
İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən 
məhsul buraxılışının həcmi rəqabət  şəraitində mövcud olan prinsipə, son hədd 
gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə  əsaslanır.  İqtisadiyyatda 
 
87


inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar: 
1.  İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının  əsas hissəsinin 
məhdud miqdarda istehsalçının  əlində  cəmlənməsinə istehsal inhisarçılığı deyilir. 
İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da 
müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz-özünə artması yolu ilə 
yaranır.  
2. Təbii inhisarçılıq: - İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə 
səbəb olduğu hallarda mümkündür. Təbii inhisarçılıq təsərrüfat subyektləri 
arasında rəqabətin mümkün olmadığı sahələrdə  də yaranır. Təbii inhisarçılığın 
meydana gəlməsi kapitalın öz-özünə artması, rəqibləri sıxışdırmaq və  mənfəəti 
maksimumlaşdırmaq cəhdləri ilə az əlaqədardır. Təbii inhisarçılığın bazar üzərində 
hökmranlığı xüsusi xarakterə malikdir. O ancaq texnologiyanın spesifikliyi ilə 
şərtlənir. 
3. Texnoloji inhisarçılıq:  -  İnhisarın obyekti bu və ya digər məhsulun 
hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq, texnoloji inhisarçılıqdır. 
Texnoloji inhisarçı kimi ETT-nin müəyyən istiqamətində liderliyi ələ keçirmiş 
müəssisələr çıxış edirlər. Texnologiyada liderlik edənlər son nəticədə öz 
məhsullarının rəqabətliyini təmin edirlər. Buna görə də müəyyən texnoloji yeniliyə 
sahib olan müəssisələr ondan maksimum faydalanmaq üçün inhisarçılıq 
davranışlarına yol verirlər. İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır. 
4.  İstehlakçı inhisarçılığı  və ya monopsoniya: - Bu halda bazarda bir alıcı, 
çoxlu sayda satıcı olur. İstehlakçı inhisarçılığı da digər inhisarçılıq növləri kimi 
mənfi nəticələrə səbəb olur. Belə ki, bu halda iri istehlakçı tərəfindən satın alınan 
məhsulların qiymətlərinin süni surətdə aşağı salınması nəticəsində yüksək mənfəət 
götürmək, müqabil tərəfə  əlverişsiz müqavilə  şərtlərini qəbul etdirmək üçün 
əlverişli  şərait yaranır. Bununla əlaqədar olaraq iqtisadiyyatda monopsoniyaya 
qarşı da mübarizə tədbirləri işlənib hazırlanır. 
5. Təşkilati inhisarçılıq: -  İnhisarçılığın bu forması istehlakçı birliklərinin 
formalaşdırılması yolu ilə meydana gəlir. İstehsalçıların müxtəlif sahə, sahələrarası 
və yaxud da regional təşkilat strukturlarını yaratmaqla inhisarçı meyllərinin 
miqyaslarını  əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur. Bu isə bü-
tövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki-texnoloji 
tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur. 
6. İdarəetmə inhisarçılığı: - İnhisarçılığın bu forması inzibati-amirlik sistemi-
nin xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı  şəklində dövlət çıxış 
edir. Dövlət bütövlükdə sosialist təsərrüfatı mexanizmi vasitəsi ilə iqtisadiyyatı 
idarə etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini 
olduqca azaldır, həm də müəssisələrin təsərrüfat  əlaqələrini məhdudlaşdırmaqla 
onların son nəticələrə olan maddi maraqlarını azaldır, sərbəst təsərrüfat  əlaqələri 
yaratmağa imkan vermir. Beləliklə, iqtisadiyyat qeyri-səmərəli fəaliyyət göstərir. 
Həddindən artıq mərkəzləşdirilmiş planlaşdırma bürokratik təsərrüfat mexanizmi-
nin və  səmərəsiz iqtisadi əlaqələrin hökm sürməsinə  səbəb olur. Eyni zamanda 
iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı 
əlaqəni, mülkiyyət hüququnu pozur. 
 
 
88


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə