MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

5.  Экономическая  теория.  Учебник  для  вузов / Под  ред.  А.И. 
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480 
с.  
6.  Курс  экономической  теории. /Под  ред.  А.В.Сидоровича;  МГУ  им. 
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.: 
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н. 
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993. 
11. Экономика  переходного  периода / Под  ред.  В.В.     Радаева,  А.В. 
Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
§1. Rəqabətin mahiyyəti və bazar  
iqtisadiyyatının inkişafında onun rolu  
 
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə 
fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub 
(concurere) «toqquşma» mənasını verir. Rəqabətin meydana gəlməsi tarixən 
mülkiyyət ayrı-seçkiliyinin və  əmək bölgüsünün şərtləndirdiyi  əmtəə istehsalının 
meydana gəlməsi dövrünə  təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi 
inkişafın  ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri üzərində xüsusi mülkiyyət 
rəqabətin mövcudluğunu  şərtləndirir. Rəqabət bəhsləşmədir. Rəqabət nəticəsində 
istehsalçı  və istehlakçılar bərabər imkanlara malik olmalarına baxmayaraq, bu 
imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları 
istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.  
Rəqabətin tarixən sadə  əmtəə istehsalı  şəraitində meydana gəlməsinə 
baxmayaraq o, iri maşınlı istehsal şəraitində  də iqtisadi inkişafın həlledici 
amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitində o, təkcə  fərdi 
istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası 
rəqabət kimi də  çıxış edir. Sahədaxili rəqabət eynitipli fəaliyyət növü ilə  məşğul 
olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil 
olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi 
təzahür edir. 
 
§2. Rəqabətin tipləri və modelləri 
 
Bazar rəqabətdən asılı olaraq 2 əsas tipə ayrılır: azad rəqabətli bazar (mükəmməl 
rəqabət) və qeyri-mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və inhisarçı 
 
85


rəqabət bazarlarına ayrılır. 
Məhsulların reallaşması  şərtlərinə,  əsasən onların qiymətlərinə bazarın 
iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür 
bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Azad rəqabətli bazar aşağıdakı 
əlamətlərlə səciyyələnir: 
a) satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və heç bir qrupu bazar 
proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər; 
b) bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi 
əmtəə nişanları  və markalarını  əks etdirməyən, eyni əmtəə  və xidmətlər - özünə-
məxsus, identik - standartlaşmış əmtəələr təklif olunur; 
v) bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya (qiymət, əmtəə, 
tələb, təklif və s.) malikdirlər; 
q) satıcılar və alıcılar hər hansı qanunvericilik, maliyyə, texnoloji maneələrin 
olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər
d) bütün maddi, maliyyə  və digər resurslar tam çevikdir, bazarın iştirakçıları 
azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad 
rəqabətli bazarda əsas  şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı-ayrı 
subyektlərin arzu və  hərəkətlərindən asılı deyildir, o elə bil öz-özünə «gözəgö-
rünməz əl» ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar - müəyyən 
dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud 
olmayıb. 
İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə 
bazarın bir neçə əsas modellərini fərqləndirirlər. Bu modellər aşağıdakılardır: 
- Mükəmməl rəqabətli bazar
- İnhisarçı rəqabətli bazar; 
- Oliqapolik bazar; 
- Xalis inhisarçı bazarı. 
Bazarın rəqabətli olması - istehsalçıların və istehlakçıların hərəkətlərinə  təsir 
göstərən  əsas amillərdir. Bazarın rəqabətli olması - onun iştirakçılarının realizə 
olunan  əmtəələrin qiymətlərinə hansı  dərəcədə  təsir göstərə bilməsi ilə müəyyən 
edilir. Bu təsir nə qədər az olarsa, bazar bir o qədər rəqabətli sayılır.  
Qeyri-mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək 
lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparıl-
mışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı 
(bir alıcının inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu 
sayda satıcı olur (bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir). 
Oliqopsoniya (alıcının inhisarı) - bu zaman bazarın  şərtlərini diktə etməyə malik 
olan bir neçə iri alıcı və çoxlu sayda satıcı olan rəqabətli bazar olur.  
Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri-mükəmməl rəqabətli bazarda 
ayrı-ayrı istehsalçılar və ya onların birlikləri satış  şərtlərinə, xüsusən də onların 
qiymətlərinə təsir göstərmək vəziyyətindədir. Buna görə də bütün qeyri-mükəmməl 
rəqabətli bazarların hamısını «qiyməti yaradan bazar» adlandırırlar. Onların  əsas 
fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir. 
İnhisarçı  rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri  əmtəələrin 
müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir.  Əgər bu əmtəələr qarşılıqlı 
 
86


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə