MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

üçün zəruri olan iqtisadi ehtiyatların kəmiyyətini, müəssisənin bu ehtiyatların  əldə edilməsinə  sərf etdiyi pulun 
miqdarını istehsal xərcləri kateqoriyası əks etdirir. 
İstehsal xərclərinin təhlilinə hər şeydən əvvəl bu xərclərin müəssisə üçün daxili və ya xarici xərclər olması 
baxımından yanaşmaq lazımdır. Belə ki, istehsal xərclərinin bir hissəsi əmək ehtiyatlarına, xammal, yanacaq, enerji, 
nəqliyyat və s. çəkilən xərclər olub, müəssisənin bu ehtiyatlara görə  təchizatçılara verdiyi puldan ibarətdir. Bu 
xərclər müəssisənin kənara verdiyi xərclərdən ibarət olduğundan  xarici xərclər adlanır. Bundan başqa, istehsal 
prosesində müəssisənin özünə məxsus olan iqtisadi ehtiyatlardan (məsələn, istehsal binasından) və sahibkarın öz 
əməyindən istifadə edilir. İstehsalda istifadə edilmiş bu iqtisadi ehtiyatlar da istehsal xərci kimi çıxış edir. Belə ki, 
bu ehtiyatlar məhsul istehsalına sərf edilməkdənsə başqa  şəkildə istifadə edilərdi və bu, sahibkarlara pul gəliri 
gətirə bilərdi. Müəssisə binasını icarəyə verib icarə haqqı və ya sahibkarın əməyini başqa müəssisədə tətbiq edərək 
əmək haqqı almaq olar. Bu səbəbdən sahibkar məhsul istehsalında istifadə edilən, özünə  məxsus olan iqtisadi 
ehtiyatları onların hər hansı başqa  şəkildə istifadə edərək ala biləcəyi pulun (icarə haqqı,  əmək haqqı  və s.) 
miqdarında istehsal xərclərinə aid edir. Bu iqtisadi ehtiyatlar üçün kənara pul xərclənmədiyindən onlar daxili 
xərclər
 kimi çıxış edir. 
Sahibkarın  əməyinin daxili xərclərə aid edilməsinin xüsusiyyəti ayrıca qeyd edilməlidir. Bu cəhətdən 
sahibkarın öz əməyinin başqa şəkildə tətbiqi nəticəsində (məsələn, digər firmada menecer işləmək müqabilində) ala 
biləcəyi  əmək haqqını müəssisənin məhsul buraxılışından  əldə etdiyi mənfəətlə müqayisə etmək lazımdır.  Əgər 
əmək haqqı mənfəətdən çox olarsa, menecer işləyərək sahibkarlıq fəaliyyətindən imtina etmək daha əlverişli olardı. 
Buna görə də sahibkar menecer işləyərkən ala biləcəyi əmək haqqından imtina etməyə görə haqq kimi, müəssisədən 
aldığı mənfəətin bu əmək haqqına bərabər kəmiyyətini istehsal xərclərinə aid edir. Müəssisənin əldə etdiyi gəlirin bu 
kəmiyyətə bərabər hissəsi normal mənfəət adlanır və sahibkar onu öz əmək haqqı kimi daxili xərclər sırasında he-
sablayır. İstehsal xərclərini daxili və xarici xərclərə ayırmaqla biz müəssisələrin mühasibat mənfəəti ilə iqtisadi (xa-
lis) mənfəətini fərqləndirməliyik.  Mühasibat mənfəəti  məhsul satışından  əldə edilən pulun miqdarından xarici 
xərclər çıxmaqla hesablanır.  
İqtisadi (xalis) mənfəət
 satışından  əldə edilən puldan bütün istehsal xərclərini çıxmaqla müəyyən edilir. 
İqtisadi mənfəət, istehsal xərclərinə aid olan, normal mənfəətdən  əlavə alınmış xalis gəlirdir. Xalis mənfəət 
sahibkarların müəssisədə fəaliyyətini davam etdirməsi üçün əsas stimul, maraq rolunu oynayır. 
 
§2. İstehsal xərclərinin təsnifatı və dinamikası    
 
İstehsal xərcləri müəssisənin (firmanın) məhsul istehsalı üçün zəruri olan bütün xərclərinin cəmindən 
ibarətdir. İstehsal xərclərinin quruluşuna baxaq. 
İstehsal xərclərini iki hissəyə bölmək olar: həcmi istehsal olunmuş məhsulun sayından asılı olmayan sabit 
xərclər
 və həcmi istehsal olunmuş məhsulun sayından asılı olan dəyişən xərclər. Qeyd etmək lazımdır ki, dəyişən 
xərclərin həcmi buraxılan məhsulun sayı ilə qarşılıqlı əlaqədə olsa da bu iki kəmiyyət arasındakı asılılıq mütənasib 
xarakter daşımır.  İstehsala cəlb olunmuş  əlavə  dəyişən xərclər müəyyən həddə çatana qədər məhsul buraxılışının 
həcmi daha yüksək templə artır. Müəyyən həddən sonra məhsul buraxılışının artım tempi əlavə dəyişən xərclərə 
nisbətən aşağı düşür. 
İstehsal xərclərinin sabit və  dəyişən xərclərə bölünməsinin sahibkar üçün əhəmiyyəti vardır. Belə ki, 
qısamüddətli dövrdə sahibkar bazar konyukturasına uyğun olaraq istehsal xərclərinin optimal həcmdə saxlan-
masına nəzarət etmək üçün yalnız dəyişən xərclərin həcmini tənzimləməlidir, çünki sabit xərclər bazar 
konyukturasından asılı olmayaraq dəyişməz qalır. Dəzgahlar artıq alınıb, quraşdırılıb, onların haqqı ödənilib, icarə 
haqqı ödənilir və s. 
Haqqında danışdığımız sabit və dəyişən xərclər müəssisənin bütünlükdə istehsal prosesinə çəkdiyi xərclərə 
aid olduğundan onları ümumi sabit və ümumi dəyişən istehsal xərcləri adlandırmaq olar. Belə olduqda 
müəssisənin (firmanın)  ümumi istehsal xərcləri ümumi sabit və ümumi dəyişən xərclərin cəmi kimi hesablanır. 
Ümumi istehsal xərclərinin quruluşu, dinamikası, onların tənzimlənməsi nə qədər vacib olsa da, sahibkarı 
məhsul vahidinə  çəkilən xərclər, başqa sözlə, orta istehsal xərcləri daha çox maraqlandırır. Məhz bu göstərici 
istehsal xərclərinin müqayisəli təhlilində mühüm rol oynayır. Adi hesablama vasitəsi ilə orta sabit və orta dəyişən 
xərclərin kəmiyyətini müəyyən etmək olar. Belə ki, ümumi sabit və ümumi dəyişən xərcləri istehsal olunmuş 
məhsulların sayına bölməklə müvafiq olaraq sabit və dəyişən orta xərcləri tapmaq olar. Aydındır ki, orta ümumi 
xərclər də orta sabit və orta dəyişən xərclərin cəmindən ibarətdir. 
İqtisadi ehtiyatların quruluşundan asılı olaraq, onların bə’zilərinin miqdarının dəyişdirilməsi az, 
digərlərininki isə çox vaxt tələb edir. Bu baxımdan qısamüddətli və uzunmüddətli dövrləri fərqləndirmək lazımdır. 
Qısamüddətli dövr əmək, xammal, yanacaq, enerji və s. kimi iqtisadi ehtiyatların miqdarının dəyişdirilməsi 
üçün zəruri olan, lakin müəssisənin  əsas istehsal güclərinin yeniləşdirilməsi üçün kifayət etməyən vaxtdır. Bu 
dövrdə istehsal güclərini sabit saxlayaraq, onların daha intensiv istifadə edilməsini təmin etməklə, istehsalın 
həcmini artırmaq olar, yə’ni istehsala əlavə canlı  əmək, xammal və s. cəlb etməklə  məhsul buraxılışının miqdarını 
artırmaq olar. 
Uzunmüddətli dövr, istifadə olunan bütün iqtisadi ehtiyatların, o cümlədən  əsas istehsal güclərinin 
dəyişdirilməsi üçün zəruri olan vaxtdır. 
Məhsul istehsalının artırılması üçün həmişə müəyyən miqdarda əlavə istehsal xərcləri tələb olunur. 
İstehsalın həcmini genişləndirdikdə  əvvəlki miqdarda məhsul istehsalına çəkilən xərclərə müəyyən kəmiyyətdə 
 
91


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə