MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

yeni xərclər əlavə olunmalıdır. Mə’lum məsələdir ki, qısamüddətli dövr üçün bu əlavə xərclər yalnız dəyişən xərc-
lərdən ibarətdir. Bu əlavə  xərclərin kəmiyyəti məhsul həcminin genişləndirilməsi ilə  əlaqədar ümumi istehsal 
xərclərinin artımının miqdarını göstərir. Bu baxımdan,  əlavə  xərclərin kəmiyyətinə  nəzarət edilməsi və 
dinamikasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. 
Əlavə xərclərin kəmiyyətinin dəyişilməsinə nəzarət etmək üçün adətən, sonuncu bir məhsulun istehsalı ilə 
əlaqədar ümumi xərclərdə baş verən dəyişikliklər təhlil edilir. İstehsal olunmuş sonuncu məhsul ilə  əlaqədar 
xərcləri, n miqdar məhsul istehsal edərkən çəkilən ümumi xərclərlə, n-1 miqdarda məhsul istehsalına çəkilən 
xərclərin arasındakı fərq kimi hesablamaq olar. Bu kəmiyyət məhsul buraxılışının əvvəlki həcminə çəkilən xərc-
lərin son həddinə  əlavə  olunduğundan, göstərici kimi onu son hədd xərcləri adlandırırlar. 
Beləliklə, son hədd xərcləri növbəti məhsul istehsalı ilə əlaqədar ümumi xərclərin artan kəmiyyətini göstərir. 
Məhsul istehsalı bir-bir artdıqda, yuxarıda göstərdiyimiz kimi, son hədd xərclərinin miqdarını ümumi istehsal 
xərclərinin qonşu kəmiyyətlərinin fərqi kimi müəyyən etmək olar. Məhsul istehsalını çox miqdarda artırdıqda isə 
son hədd xərcləri, ümumi xərclərin artım miqdarının məhsul buraxılışının sayının artımına olan nisbəti kimi 
müəyyən edilir. 
Я
С
Я
С
М
М
Х
Х
=
С„ЩХ


 
Burada: SHX - son hədd xərcləri 
X
S
 - son miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri; 
X
Ə 
- əvvəlki miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri; 
M

- məhsul buraxılışının sonuncu həcmi; 
M
Ə
 - məhsul buraxılışının əvvəlki miqdarı. 
Son hədd xərclərinin öyrənilməsinə firmaların, müəssisələrin təsərrüfat fəaliyyəti təhlilində xüsusi 
əhəmiyyət verilir. Bu birinci növbədə, onun kəmiyyətinin daha asan müəyyənləşdirilməsi, ikinci, onun 
kəmiyyətinin firma tərəfindən bilavasitə  tənzim və  nəzarət etmək imkanı ilə, üçüncüsü, onun kəmiyyətinin 
istehsalın həcminin optimal miqdarının müəyyənləşdirilməsindəki əhəmiyyəti ilə əlaqədardır. Doğrudan da hər bir 
istehsalçı adətən  əlavə  məhsul istehsalına başlamazdan  əvvəl istehsal xərclərinin necə  dəyişəcəyini hesablayır. 
Bunu əlavə məhsul üçün istifadə olunacaq xammal, material, işçi qüvvəsi və başqa bu kimi dəyişən xərclərin qiy-
mətlərini cəmləmək kimi asan əməliyyat nəticəsində hesablamaq olar. 
Bu cür hesablanan xərclərin hesabını aparmaq, tənzimləmək və onların dinamikasına nəzarət etmək böyük 
çətinlik təşkil etmir. Ən başlıcası isə  məhsul buraxılışın həcminin dəyişdirilməsi ilə  əlaqədar, dəqiq mə’lumat 
verildiyi üçün son hədd xərclərinin dinamikasının öyrənilməsi zəruridir. Qeyd edək ki, orta istehsal xərcləri belə 
mə’lumat almaq üçün kifayət etmir. Məsələn, deyək ki, firma 200 ədəddən çox məhsul istehsal edib-etməməsində 
tərəddüd edir. Aşağıda göstərdiyimiz cədvəldən görünür ki, 200 məhsul istehsal edəndə orta istehsal xərci 65-ə 
bərabərdir (Bax: Cədvəl 6). Lakin bu o demək deyil ki, əlavə  məhsul istehsal etdikdə, onun hər bir vahidinin 
istehsalı ilə əlaqədar istehsal xərcləri 65 miqdar artır. Cədvəldən göründüyü kimi 200-dən artıq istehsal olunmuş 
hər bir məhsul vahidi ilə əlaqədar istehsal xərcləri, son hədd xərcləri miqdarında, 30 vahid artacaq. 
 
Məhsul buraxılışı 400 olduqda orta xərclər 40-a, son hədd xərcləri 10-a bərabərdir. Bu o deməkdir ki, hər bir 
növbəti məhsul buraxılışı ilə əlaqədar firmanın ümumi xərcləri 10 miqdarda artır. Dəyişən xərclərdən ibarət olan 
bu xərclərin belə artması orta xərclərin kəmiyyətini artırmır. Deməli, məhsul buraxılışını artırmaq olar. Həm də 
mənfəətin artırılması üçün bu addımı atmaq  zəruridir.  Lakin  nəzərə almaq lazımdır ki, yuxarıda göstərdiyimiz 
kimi 400 ədəddən artıq məhsul buraxılışı, dəyişən xərclərin məhsuldarlığının aşağı düşməsi anına təsadüf edir. 
Bundan əlavə, məhsulun bazara çıxarılması ilə əlaqədar nəqliyyat, reklam, marketinq və s. xərcləri də artır. Real 
təcrübədə həmişə elə bir vaxt olur ki, məhsul buraxılışının müəyyən həcmindən sonra əlavə məhsul buraxılışı ilə 
əlaqədar olaraq xərclər sür’ətlə artır. Bu səbəbdən 401-ci məhsul istehsalı ilə əlaqədar cəlb olunmuş yeni dəyişən 
xərclər, son hədd xərcləri (40), 400-cü məhsulun istehsalı ilə  əlaqədar çəkilən  əlavə  xərclərdən (10) daha çox 
olacaq. Bununla belə istehsalı daha 100 ədəd artıraraq məhsul buraxılışını 500-ə çatdıraq. Bu məqsəd üçün 
firmaya 4000 miqdarında dəyişən xərclər tələb olunur. Başqa sözlə, 400-dən artıq istehsal olunmuş hər məhsulla 
əlaqədar firmanın ümumi xərcləri 40 miqdar artır. Son hədd xərcləri 
20000 16000
500 400
40


=
 
olur. Hər bir əlavə 
məhsula 40 miqdarında yeni xərclər tələb olunması, cədvəldən göründüyü kimi, orta xərcləri artırmır, onlar bazar 
qiymətlərinə bərabər olaraq qalır. Diqqətlə baxsaq görərik ki, 500 məhsul istehsal etdikdə son hədd xərcləri də 
(40) bazar qiyməti ilə eyniləşib. Bu istehsalın böhran nöqtəsidir. Bu andan məhsul istehsalının həcmini, yalnız 
əlavə  məhsulun buraxılışı ilə  əlaqədar yeni xərclərin sabit qalması  şərti ilə artırmaq olar. Əgər müəssisə növbəti 
məhsul istehsalı ilə  əlaqədar  əlavə  xərcləri sabit saxlamaq imkanına malikdirsə, məhsul buraxılışını çoxaltmaq 
lazımdır, çünki orta xərclər bazar qiymətinə bərabərdir, satılan məhsul mənfəət verir. Cədvəl 6-da son hədd xərcləri 40 
qalmaq şərtilə, 600 məhsul istehsalı bu halı göstərir.  
Son hədd xərclərini sabit saxlamaq mümkün deyilsə istehsalı saxlamaq  və  bazardan  çıxmaq lazımdır. Əks 
halda cədvəldən göründüyü kimi 700 məhsul istehsalı ilə əlaqədar mənfi dəyişikliklər baş verir. Son hədd xərcləri 
54 olmuşdur, orta xərclər 42-yə  bərabərdir, bu isə bazar qiymətindən çoxdur. Məhsul buraxılışının artırılması 
firmanın ziyanlı işləməsinə səbəb olar. Əlavə hər məhsul satışından əldə edilmiş pulun miqdarı satış qiyməti qədər 
olub, 40-a bərabər olduğu halda, əlavə  hər məhsul istehsalı ilə  əlaqədar  əlavə istehsal xərcləri 54-ə  bərabərdir. 
 
92


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə