MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

ləndirə bilmək və s. 
Müasir dövrdə sahibkar tərəfindən biznes fəaliyyətinin əsas məsələləri üzrə qərar 
qəbuletmə prosesinin iki forması bir-birindən fərqləndirilir. Birinci halda, qərarlar 
əvvəlcə sahibkar tərəfindən təkbaşına və yaxud onun partnyorları (həmkarları) 
tərəfindən birgə  qəbul edilir. Bundan sonra, inzibati şəkildə  qəbul edilmiş bu 
qərarlar yuxarıdan aşağıya doğru tabelik prinsipinə uyğun olaraq iqtisadi 
fəaliyyətin bütün struktur ünsürlərinə yönəldilir və onlar tərəfindən icra edilir. 
Əsasən 80-ci illərdən başlayaraq son dövrlərdə bir sıra ölkələrdə (məsələn, 
Yaponiyada, Cənubi Koreyada və s.) biznes fəaliyyətinin  əsas məsələləri üzrə 
qərar qəbul etmək prosesinin yeni forması geniş vüsət almağa başlamışdır. Bu 
formanın məzmunu aşağıdan yuxarıya doğru müəssisə işçilərinin qərar qəbuletmə 
prosesinə  fəal surətdə  cəlb edilməsindən və  nəticədə, razılaşdırılmış  qərarların 
qəbul edilməsindən ibarətdir. 
3. Sahibkar yenilikçidir, yəni o, yeni məhsulları, istehsal texnologiyasını, 
biznesin təşkilinin yeni formalarını yaradan, yeni ideyaları, layihələri həyata 
keçirəndir. 
Bu funksiyanın məzmunu ondan ibarətdir ki, sahibkar onu əhatə edən iqtisadi 
mühitdə biznes fəaliyyəti üçün əlverişli  şəraitin yaranacağı vaxtı gözləməyərək, 
özü belə bir şəraiti yaradır və beləliklə  də  işgüzar fəaliyyətinə yenilik gətirir. 
Bunun sayəsində innovasiya (yenilikçilik) fəaliyyətinin son nəticəsi kimi istehsal, 
kommersiya və s. ilə bağlı yeni ideyaların yaranması, yeni məhsulların 
(xidmətlərin) və  məhsulun yeni istehsal metodlarının kəşf edilməsi; yeni 
texnologiyanın və  səmərələşdirici təkliflərin tətbiqi; işgüzar müəssisələrin yeni 
təşkilati formalarının yaradılması, kapital qoyuluşlarının yeni maliyyələşdirmə 
mənbələrinin axtarılıb tapılması; əmtəələrin (xidmətlərin) reallaşdırılmasının yeni 
forma və metodlarından istifadə edilməsi və s. çıxış edir. 
Qeyd etmək lazımdır ki, iqtisadiyyatın ümumi dinamizminin və  tərəqqisinin 
təmin edilməsində sahibkarın innovasiya fəaliyyəti  əvəzedilməz  əhəmiyyətə 
malikdir. İş burasındadır ki, sahibkarlıq fəaliyyəti bir tərəfdən məhsul bolluğunu 
təmin edərək bazarda tələblə  təklif arasında zəruri tarazlığın yaranmasına səbəb 
olur. Digər tərəfdən sahibkar işgüzar fəaliyyəti ilə bağlı yeni ideyalarını real-
laşdıraraq istehsalın texnika və texnologiyasında, istehsal amillərinin 
kombinasiyasında mütərəqqi dəyişikliklərə  gətirib çıxarır. Nəticədə yeni növ 
məhsulların və xidmətlərin meydana çıxması ilə bazarda mövcud tarazlıq pozulur. 
Həmin dövrdə öz yenilikləri ilə bazarda tələb və  təklif arasında tarazlığın 
pozulmasına səbəb olan sahibkarlar, innovasiya fəaliyyəti nəticəsində əlavə mən-
fəət qazanmaq imkanı əldə edirlər. Lakin həm pozulmuş tarazlıq prosesi, həm də 
əlavə mənfəət qazanmaq imkanı özü müvəqqəti xarakter daşıyır, çünki rəqabətli 
bazar mexanizmi avtomatik olaraq həmin innovasiyaların digər sahibkarlar 
tərəfindən tətbiqinə  gətirib çıxarır. Nəticədə bütün təsərrüfat dövriyyəsi, yeni, 
lakin  əvvəlkindən daha yüksək səviyyəyə qalxır, beləliklə  də bazarda pozulmuş 
tarazlıq yenidən tə’min edilir. 
Göründüyü kimi, sahibkarın innovasiya fəaliyyəti cəmiyyətin ümumi iqtisadi 
inkişafında çox mühüm rola malikdir. Məhz buna görə də sahibkarın bu rolundan 
çıxış edərək Y.Şumpeter onu «İqtisadiyyatın inqilabçısı, sosial və siyasi inqilabların 
 
109


qeyri-iradi törədicisi» adlandırırdı. 
4. Sahibkarlıq fəaliyyətinin ayrılmaz funksiyalarından biri sahibkarlıq riski ilə 
əlaqədardır. Başqa sözlə desək, sahibkar yuxarıda göstərilən üç funksiyanın yerinə 
yetirilməsi ilə bağlı olaraq öz vəsaiti, əməyi, vaxtı, hətta işgüzar aləmdəki nüfuzu ilə 
risk edir. 
Bazar iqtisadiyyatı ölkələrində belə hesab edilir ki, heç vaxt risk etməyən 
sahibkar son nəticədə müvəffəqiyyətsizliyə  uğrayır. Lakin bu heç də o demək 
deyildir ki, öz işgüzar fəaliyyətində bilərəkdən, istədiyi vaxt risk etmək və ya 
etməmək sahibkarın arzu və istəyindən asılıdır. Başqa sözlə desək, sahibkarlıq 
fəaliyyəti hər bir zaman qeyri-müəyyənlik və risk şəraitində baş verir, çünki bazar 
mühitində daimi heç bir şey yoxdur. Belə bir vəziyyət bir sıra səbəblər üzündən 
baş verir ki, buna da bazara çıxarılan  əmtəələrə  və xidmətlərə olan tələbin 
dəyişməsi, istehsal resurslarının və hazır məhsulun qiymətinin qalxıb enməsi, elmi-
texniki tərəqqi nəticəsində  məhsulun səviyyəsində, məsrəflərin quruluşunda 
dəyişikliklərin baş verməsi, yeni investisiyaların həyata keçirilməsi üçün zəruri 
maliyyə imkanlarının artıb-azalması, eyniadlı məhsullar (xidmətlər) bazarında yeni 
rəqiblərin meydana çıxması, siyasi şəraitin dəyişilməsi və s. aiddir. Belə bir 
şəraitdə sahibkarın risk etmək bacarığı ona ən yaxşı halda kəskin rəqabət 
mühitində müvəffəqiyyət qazanıb mənfəət əldə etmək, ən pis halda isə vəziyyətdən 
itkisiz və ya az itkilərə çıxmaq üçün imkan yaradır.  
Riskli  əməliyyatlar nəticəsində sahibkara dəyən zərərin üç səviyyəsini 
fərqləndirmək lazımdır. Birinci halda aparılan işgüzar fəaliyyət heç bir mənfəət 
gətirmir.  İkinci halda nəinki mənfəət  əldə edilmir, hətta satışdan gələn gəlirin 
səviyyəsi xərcləri belə ödəmir və  dəyən zərəri sahibkarın öz hesabına ödəmək 
zərurəti yaranır. Üçüncü halda aparılan əməliyyat sahibkarlıq fəaliyyətinin tama-
milə dayanması, sahibkarın öz əmlakının büsbütün əlindən çıxması, onun 
müflisləşməsi ilə  nəticələnir. Belə bir vəziyyət, sahibkardan həyata keçirmək 
istədiyi layihəni elmi-texniki, iqtisadi kommersiya, sosial və s. cəhətdən  ətraflı 
təhlil etməyi tələb edir. Bu işin öhdəsindən gələ bilmək üçün sahibkar həyata 
keçirməli olan layihəni mövcud və gələcək dövr baxımından texniki-iqtisadi cəhət-
dən  əsaslandırmalı, onun ümumiləşdirici maliyyə-iqtisadi göstəricilərini  ətraflı 
öyrənməli, digər mümkün alternativ layihələri qiymətləndirə bilmək bacarığına 
və imkanına malik olmalı, potensial rəqiblərin tərəfmüqabillərin, investorların və 
istehlakçıların imkanları ilə hesablaşmalıdır. Yalnız bu halda sahibkarın həyata 
keçirmək istədiyi işin risk dərəcəsi də aşağı olur.  
Sahibkarlıq funksiyalarının həyata keçirilməsi konkret sahibkarlıq mühiti 
daxilində, onun ünsürlərinin tə’siri altında baş verir. Həm də bu amillər kompleksi 
sahibkar tərəfindən yerinə yetirilən funksiyalara müxtəlif səviyyədə təsir edirlər. 
Başqa sözlə desək, bu mühitin bəzi ünsürləri sahibkarlıq fəaliyyətinə bilavasitə 
(əsasən iqtisadi ünsürlər), digərləri isə dolayı yolla, bəziləri müsbət, digərləri isə 
mənfi cəhətdən tə’sir edirlər. 
Sahibkarlıq mühiti dedikdə, işgüzar fəaliyyətin həyata keçirilməsinə  tə’sir 
göstərən  şəraitin və amillərin məcmusu başa düşülür. Sahibkarlıq  mühitinin  
ünsürlərinə  iqtisadi  mühit,  texnoloji  mühit,  siyasi şərait, sosial-mədəni mühit, 
fiziki və coğrafi mühit, institutsional təşkilati-texniki mühit aid edilir. Bu axırıncı-
 
110


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə