qaydalarına uyğun aparılır. Konkret olaraq buraya sövdələşmələrin aparılması
üsulları, əqdlərin növləri, onların qeydə alınması və uçotu qaydaları, əmtəələrə
məzənnə qoyulması qaydası, birja ticarəti qaydalarını pozmağa
görə sanksiyalar və
s. öz əksini tapır.
Birja öz fəaliyyətini birja ticarəti iştirakçılarının (brokerlərin, dilerlərin və s.)
hüquq bərabərliyinin təmin edilməsi, sərbəst (bazar) qiymətlərinin tətbiqi, birja
ticarətinin aşkarlığı prinsipləri əsasında həyata keçirir. Əmtəə birjasının bütün
üzvləri onun nizamnaməsinin tələblərinə, birja ticarəti qaydalarına, onun ali ida-
rəetmə orqanı olan ümumi yığıncağın, habelə birja komitəsinin qərarlarına əməl
etməli, birjanın nəzarət orqanlarına vaxtında və zəruri mə’lumatları verməlidirlər.
Birjanın üzvləri həmçinin onun fəaliyyəti haqqında məxfi mə’lumatları və
kommersiya sirrini yaymağa görə mə’suliyyət daşıyırlar.
Fond birjası dedikdə, qiymətli kağızların (səhmlərin, istiqrazların və s.) alqı-
satqısının həyata keçirildiyi bazar başa düşülür. Fond birjalarının başlıca vəzifəsi
qiymətli kağızların normal tədavülünün təmin olunmasından, onların
məzənnəsinin müəyyənləşdirilməsindən və aşkarlandırılmasından,
beləliklə də
qiymətli kağız bazarının iştirakçılarına lazımi şərait yaratmaqdan və onların
fəaliyyətini tənzimləməkdən ibarətdir. Lakin müasir bazar iqtisadiyyatının
quruluşunda fond birjası daha yüksək - xalq təsərrüfatı əhəmiyyətinə də malikdir.
Belə ki, sənayenin, kənd təsərrüfatının, ticarətin və xalq təsərrüfatının bir sıra
digər sahələrinin inkişafına kapital qoyuluşları üçün zəruri olan pul vəsaiti fond
birjaları vasitəsilə səfərbərliyə alınır.
Fond birjalarında qiymətli kağızların alveri onlara olan tələb və təklifin təsiri
altında tez-tez dəyişən birja kursu əsasında həyata keçirilir. Öz növbəsində həmin
kursun səviyyəsinə qiymətli kağızlardan götürülən gəlirin (dividentin) və borc
faizinin həcmi təsir göstərir.
Fond birjaları bazar iqtisadiyyatının ən əsas barometri rolunu oynayır.
İqtisadiyyatın inkişafı dövründə qiymətli kağızların
kursu əsasən yüksəlir,
tənəzzül, durğunluq və iqtisadi böhran zamanı isə aşağı düşür. Bundan əlavə, birja
kursunun qalxıb-enməsi təkcə iqtisadi şərait üzündən yox, siyasi səbəblərdən də
(müharibə, hakimiyyət böhranı və s.) baş verə bilər.
Hazırda dünyada təqribən 200 fond birjası fəaliyyət göstərir ki, bunlardan da
aparılan əməliyyatların miqyasına görə ən iriləri və məşhurları Nyu-York,
London, Tokio, Frankfurt birjalarıdır.
Bazar iqtisadiyyatı əsasən açıq iqtisadiyyat və azad sahibkarlıq
prinsiplərinə
əsaslandığına görə mövcud olan bütün fond birjaları bir-birilə qarşılıqlı əlaqə və
qarşılıqlı təsir halında fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatı şəraitində ölkələrarası valyuta ticarətinin əsas hissəsi
banklar arasında, ölkə daxilində isə banklarla qeyri-bank müəssisələri arasında
aparılır. Bununla belə bu ölkələrdə valyuta ticarətinin bir hissəsi valyuta
birjalarının payına düşür və bu birjalarda uyğun tələb və təklifin müəyyən bir
hissəsi ifadə olunur. Lakin qeyd etmək lazımdır ki, bir çox ölkələrdə valyuta bir-
jası vasitəsilə aparılan ticarətin payı heç də çox deyildir. Məsələn, Qərbi
Almaniyada (birləşməmişdən əvvəl) 4 valyuta birjasının olmasına baxmayaraq,
burada valyuta ticarətinin cəmisi 10 faizi mərkəzləşmişdir. Valyuta birjasında
79
aparılan ticarət valyuta kursu əsasında, yəni iki
bir-birindən fərqli pul
vahidlərinin mübadilə nisbəti əsasında həyata keçirilir.
Valyuta kursunun formalaşmasına ölkənin tə’diyə balansının vəziyyəti və
inkişafı böyük tə’sir edir. Mə’lumdur ki, tə’diyə balansı əsasən idxalla-ixracın
nisbəti ilə müəyyən edilir, lakin kapitalın hərəkəti və xidmətlərin mübadiləsi
ticarət balansının qeyri-sabitliyini müəyyən qədər pozur. Bundan əlavə, valyuta
kursunun formalaşmasına dövlətin iqtisadi siyasəti də xeyli tə’sir edir.
Valyuta birjalarının mövcud olduğu ölkələrdə (heç
də bütün ölkələrdə belə
birjalar yoxdur) valyuta bazarında həm azad, həm də rəsmi valyuta kursu fəaliyyət
göstərir. Rəsmi kurs əsasında dövlətin bütün valyuta əməliyyatları həyata keçirilir.
Bu kurs həm də valyuta birjalarının iş saatından kənar vaxt ərzində də həyata
keçirilən bütün valyuta əməliyyatları üçün əsas me’yar sayılır.
Valyutanın azad kursu banklararası valyuta ticarəti sahəsində tələb və
təklifin təsiri altında yaranır. Bu kurs bankın tədiyə qabiliyyətindən, onun
vəsaitinin
dövretmə xüsusiyyətindən, banklararası işgüzar münasibətlərin
xarakterindən asılı olur. Lakin bununla belə burada da həmin kursun əsas bazasını
birjada formalaşan rəsmi kurs təşkil edir. Başqa ölkələrin pul vahidləri ilə mü-
qayisədə götürülən valyuta kursu birjalarda tam ədədin mində bir hissəsinə qədər
dəqiqliklə müəyyən edilir.
Bazar iqtisadiyyatı ölkələrində iş qüvvəsi bazarı bir qayda olaraq dövlətə
məxsus olan əmək birjaları vasitəsi ilə ifadə olunur. Hələ XIX əsrin əvvəllərində
yaranan bu birjalardan məqsəd öz iş qüvvəsini satmaq
istəyən şəxslə sahibkar
arasında alqı-satqı prosesində vasitəçilik etməkdən ibarətdir. Hazırkı dövrdə əmək
birjaları işsizlərin siyahıya alınması və onların işlə təmin olunması, iş yerlərini
dəyişmək istəyənlərə uyğun köməkliyin edilməsi üzrə xidmətlər göstərirlər.
Bundan əlavə əmək birjaları iş qüvvəsinin tələb və təklifi üzrə bazarda olan
vəziyyəti öyrənir, tələb olunan ixtisaslar haqqında zəruri mə’lumat verir, gənclərin
peşəyönümündə onlara kömək edir. Bir sıra ölkələrdə məsələn, Böyük
Britaniyada, İtaliyada, Fransada əmək birjaları işsizləri uçota alır, onlara müa-
vinət verir. Məsələn, ABŞ-da belə bir müavinət 26-34 həftə ərzində (bəzi hallarda
47 həftə), əmək haqqının 50
faizi həcmində, Yaponiyada 3 aydan 1 ilə qədər,
işçinin yaşından, ixtisasından və s. amillərdən asılı olaraq əmək haqqının 60-80
faizi həcmində verilir. Bununla yanaşı, birjalar həm də işsiz adamı müəyyən iş yer-
lərinə göndərməklə məşğul olurlar. Əgər işsiz şəxs əmək birjası tərəfindən təklif
olunan iş yerinə getməzsə o, işsizliyə görə verilən haqdan məhrum edilir. Lakin
qeyd etmək lazımdır ki, bir sıra hallarda əmək birjasının göndərdiyi işçini
sahibkarlar müəyyən səbəblərə görə (müasir dövrdə əsasən ixtisası uyğun gəlmə-
diyinə görə) işə götürmürlər. Bu sahibkarlar işçini öz müəssisələrində hazırlamağı,
təhsil yerlərindən müstəqil axtarıb tapmağı, başqa ölkələrdən yüksək ixtisaslı
mütəxəssisləri müxtəlif şərtlərlə cəlb etməyi daha üstün tuturlar. Deməli, əmək
birjalarının göndərişi heç də sahibkarlar üçün yerinə yetirilməli
olan mütləq qanun
deyildir.
§3. Yarmarkalar, auksionlar, lizinq
və sığorta kampaniyaları
80