Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


Mövzu 5: Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatlarının yaradılması və standartlaşdırma üzrə Skandinaviya ölkələri arası Təşkilatı



Yüklə 473,55 Kb.
səhifə2/6
tarix06.02.2018
ölçüsü473,55 Kb.
#26415
növüMühazirə
1   2   3   4   5   6
Mövzu 5: Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatlarının yaradılması və standartlaşdırma üzrə Skandinaviya ölkələri arası Təşkilatı

Plan:

  1. Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatlarının yaradılması

  2. Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatlarının funksiyası

  3. Standartlaşdırma və keyfiyyətin idarə edilməsi üzrə texniki komitədə öyrənilən məsələlər

ƏDƏBİYYAT

  1. M.M.Əliyev, Y.H.Xankişiyev.

“Standartlaşdırma və sertifikatlaşdırma” Gəncə- 2011

  1. N.R.Məmmədov

“Standartlaşdırmanın əsasları” Bakı- 1999

  1. P.A.Səfərov, S.İ.Həsənov.

“Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi” Gəncə - 2003

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatı (KNAT) 1975-ci ildə yaradılmışdır. Bu təşkilatın əsas vəzifəsi məhsulların və xidmətlərin keyfiyyətinin idarə edilməsinin əsas prinsiplərini və metodlarını işləyib hazırlamaqdan və geniş tətbiq etməkdən ibarətdir. Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatı – buraxılan məhsulların yüksək keyfiyyətinin təmin olunması məsələləri üzrə qazanılmış təcrübənin, tədqiqatların nəticələrinin və keyfiyyət üzrə milli sənədlərin mübadiləsini həyata keçirən beynəlxalq təşkilatdır.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatına 25 Avropa ölkəsi daxildir. Bundan başqa, Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatının fəaliyyətində bir sıra qeyri Avropa ölkələrinin, ABŞ, Yaponiya, Çin, Kolumbiya, Yeni Zelandiya, Çili, Argentina və Braziliyanın regional təşkilatları nümayəndələri də iştirak edirlər. Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatı standartlaşdırma və metrologiya üzrə beynəlxalq təşkilatlarla, o cümlədən, Beynəlxalq Standartlaşdırma Təşkilatı, Beynəlxalq Elektrotexnika Komissiyası, Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatla sıx əlaqə saxlayır.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatın əsas fəaliyyəti konfransların, simpoziumların, seminarların təşkil edilməsi və aparılmasından, kursların təşkilindən, özünün tərkibində yaradılmış texniki komitələrdə, sahələr üzrə bölmələrdə və işçi qruplarında məhsulun keyfiyyətinin idarə edilməsi məsələlərinə baxılmasından ibarətdir.

Beynəlxalq Standartlaşdırma Təşkilatı, Beynəlxalq Elektrotexnika Komissiyası təşkilatları kimi qeyri-dövlət, beynəlxalq təşkilatdır. O, regional təşkilat olsa da faktiki olaraq ümumdünya təşkilatı kimi tanınır. Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatında üzvlük 4 növdür:tam salahiyyətli, fəxri, kolektiv və fərdi. Ümumiyyətlə üzvlüyün bütün növləri üzrə Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatında Avropa, Asiya, Amerika və Afrikanın 52 ölkəsi təmsil edilmişdir.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatın tam salahiyyətli üzvü Avropa ölkələrinin standartlaşdırma və keyfiyyət üzrə milli təşkilatları ola bilər. Kollektiv üzv kimi Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatına 17 Avropa ölkəsi daxildir.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatın ali rəhbər orqanı Şuradır. Şuraya onun bütün üzvləri daxildir. Şuranın iclasında təşkilatın yüksək vəzifəli şəxsləri seçilir, büdcə üzrə qərarlar qəbul edilir, texniki komitələrin, sahələr üzrə bölmələrin və digər orqanların fəaliyyətinin nəticələri müzakirə olunur. Şuranın iclasında səsvermə hüququna ancaq tam səlahiyyətli üzvlər malikdirlər. Bütün qərarlar iclasda iştirak edən üzvlərin səs çoxluğu ilə qəbul edilir.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatın prezidenti 3 il müddətinə seçilir.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatın Icraiyyə Komitəsinə 6 nəfər – vitse prezident və keçmiş prezidentlər daxildirlər. Icraiyyə Komitəsi Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatının fəaliyyətində ortaya çıxan bütün cari məsələləri həll edir.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatının konfransları hər il növbə ilə onun üzvü olan ölkələrdə keçirilir. Həmin konfranslarda Şuranın, texniki komitələrin, sahələr üzrə bölmələrin və işçi qrupların tərkibi seçilir və iclasları keçirilir. Konfransın materialları ümumiləşdirilir, nəşr edilir və bütün iştirakçılara göndərilir.

Keyfiyyətə Nəzarət üzrə Avropa Təşkilatın daxili orqanları texniki komitələr və sahələr üzrə bölmələrdir. Hazırda orada iki texniki komitə və altı bölmə fəaliyyət göstərir. Texniki komitələr terminologiya, kadr hazırlığı, standartlaşdırma, keyfiyyət və digər problemlər üzrə yaradılmışdır. Sahə bölmələri keyfiyyət üzrə, yeyinti, avtomobil, aviakosmik sənaye və digər sahələr üzrə yaradılmışdır.

Standartlaşdırma və keyfiyyətin idarə edilməsi üzrə texniki komitə 1971-ci ildə yaradılmışdır. Hazırda bu komitə Rusiyada standartlaşdırma və keyfiyyətin idarə edilməsinin daha səmərəli inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədə təcrübə mübadiləsi ilə məşğuldur.

Стандартлашдырма вя кейфиййятин идаря едилмяси цзря texniki komitədə aşağıdakı məsələlər öyrənilir:

1. Məhsulun keyfiyyətinin idarə edilməsi sistemləri və bu sahədə əsaslı standartlar;

2. Məhsulun keyfiyyətinin qiymətləndirilməsinin standart metodları. Burada məhsulun keyfiyyətinə nəzarətin statistik metodlarının tətbiqi, sınaq metodlarının dəqiqliyi, sınağın nəticələri arasında qarşılıqlı əlaqə və digər məsələlərə baxılır;

3. Məhsulun sertifikatlaşdırılması və keyfiyyətin idarə edilməsi sistemləri.

Burada, əsasən, milli sertifikatlaşdırma sisteminin təşkili üzrə ölkələrin təcrübələri, müəssisənin sabit keyfiyyətə malik məhsul buraxılışına hazırlığının qiymətləndirilməsi, məhsulun sertifikatlaşdırılması və onun sınağının nəticələrinin qarşılıqlı tanınması məsələləri öyrənilir.

Mövzu 6: Beynəlxalq Standartlaşdirmanın əhəmiyyəti, Beynəlxalq Standartlaşdırma Təşkilatı

Plan:


  1. Beynəlxalq Standartlaşdırma Təşkilatları

  2. Standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığın, beynəlxalq ticarətin inkişafında rolu

  3. Elm və texnikanın inkişafında standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyəti

  4. Beynəlxalq Standartlaşdırma Təşkilatlarının yaradılması

  5. Beynəlxalq Standartlaşdırma Təşkilatlarının texniki komitələrinin fəaliyyəti

  6. Beynəlxalq Standartlaşdırma Təşkilatlarının başqa standartlaşdırma təşkilatları ilə əlaqəsi

ƏDƏBİYYAT

  1. M.M.Əliyev, Y.H.Xankişiyev.

“Standartlaşdırma və sertifikatlaşdırma” Gəncə- 2011

  1. N.R.Məmmədov

“Standartlaşdırmanın əsasları” Bakı- 1999

  1. P.A.Səfərov, S.İ.Həsənov.

“Standartlaşdırma, keyfiyyətin idarə olunması və məhsulların qiymətləndirilməsi” Gəncə - 2003

Beynəlxalq standartlaşdırma sahəsində Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (BEK) və Beynəlxalq Elektrik Rabitəsi Ittifaqı (BERI) fəaliyyət göstərir.

Beynəlxalq əlaqələrin durmadan genişlənməsi standartlaşdırmanın ayrı-ayrı ölkələrin və regionların çərçivəsində qalmasına imkan vermir. Müxtəlif ölkələrin elmi-texniki əməkdaşlığında, iqtisadi və ticarət əlaqələrinin möhkəmləndirilməsində beynəlxalq standartlaşdırma mühüm rol oynayır. Eyni çeşidli məhsullara milli standartların tələblərinin müxtəlifliyi dünya bazarında beynəlxalq ticarətin inkişafına önəmli əngəllər törədir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq ticarətin artım tempi 3-4 dəfə milli iqtisadiyyatların artım tempindən yüksəkdir.

Məsələn, 60-cı illərdə televizorlara ABŞ ilə bir çox başqa ölkələrin standartlarında yaranan müxtəliflik, ABŞ-da istehsal edilən televizorların başqa ölkələrə ixracatına imkan vermirdi. Hollandiya şirkəti “Filips” həmin dövrdə istehsal etdiyi radioqəbulediciləri gərginliyə, tezliyə və cərəyanın gücünə görə ixrac etdiyi ölkələrin tələbi əsasında 12 müxtəlif variantda hazırlayırdı. Bunun nəticəsində şirkət konstruktiv sxemləri dəyişməyə və çoxlu miqdarda əlavə detallardan, avadanlıqlardan, nəzarət-ölçü cihazlarından istifadə etməyə məcbur olurdu. Göstərilən səbəblər üzərində məhsulun maya dəyəri artır, rəqabət qabiliyyəti isə aşağı düşürdü.

Başqa bir misal. Avropa ölkələrinin vahid ölçü sistemi olan metrik sistemə keçməmişdən əvvəl, Ingiltərədə istifadə edilən düym ölçü sistemi, SSRI-dən oraya meşə-ağac məhsullarının ixracına çox ciddi əngəllər törədirdi. Sonradan Ingiltərənin metrik ölçü sisteminə keçməsi bu çətinlikləri aradan qaldırıldı.

Beynəlxalq ticarətin problemlərinin həllində standartlaşdırmanın kommunikasiya funksiyaları əhəmiyyətli rol oynayır. O, ölkələr arasında məhsulların, enerjidaşıyıcılarının hərəkətinə, informasiya mübadiləsinə çox əlverişli şərait yaradır. Standartlaşdırma sahəsində beynəlxalq elmi-texniki əməkdaşlığın əsas vəzifəsi, müxtəlif ölkələrin milli standartlaşdırma sistemini beynəlxalq, regional və inkişaf etmiş aparıcı ölkələrin milli standartlaşdırma sistemlərinə uyğunlaşdırmaqdan və bu sahədə dünyanın qabaqcıl təcrübəsindən, elm və texnikanın son nailiyyətlərindən istifadə etməkdən ibarətdir. Həmin vəzifələri yerinə yetirmək üçün standartlaşdırmanın beynəlxalq və regional təşkilatları geniş və hərtərəfli fəaliyyət göstərir, bütün sahələrdə beynəlxalq və regional standartlar işləyib təsdiq edir, normativ-texniki sənədlər hazırlayıb geniş yayır.

Buna görə də müasir milli standartları işləyib hazırlayan zaman standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatların normativ sənədləri və təklifləri nəzərə alınır. Bunun nəticəsində müxtəlif ölkələrdə hazırlanan maşın qovşaqlarının və hissələrinin qarşılıqlı əvəz olunmasını, məhsulların keyfiyyət göstəricilərinin yüksəlməsini, onların rəqabət qabiliyyətlərinin artmasını təmin etmək mümkün olur, ölkələr arasında elmi-texniki və ticarət əlaqələrinin denişlənməsinə şərait yaranır.

Beynəlxalq Standartlaşdırma Təşkilatı – standartlaşdırma məsələləri ilə məşğul olan ən iri beynəlxalq təşkilatdır. Bu təşkilat standartlaşdırma sahəsində əsas terminləri işləyib qəbul etmişdir. Beynəlxalq Standartlaşdırma Təşkilatı 1926-cı ildə Praqa şəhərində yaradılmışdır. O vaxt həmin təşkilata 20 dövlət daxil idi və o, Standartlaşdırmaq üzrə Beynəlxalq Assosiasiya (ISA) adlanдırылырды. Ikinci Dünya Müharibəsi dövründə Standartlaşdırmaq üzrə Beynəlxalq Assosiasiya öz fəaliyyətini dayandırdı. Müharibədən sonra 14 oktyabr 1946-cı ildə Londonda Standartlaşdırmaq üzrə Beynəlxalq Təşkilat yarandıлды və 1947-ci ildən fəaliyyətyə başladı.

Beynəlxalq Standartlaşdırma Təşkilatı, elektritexnika və elektronika sahələrindən başqa bütün sahələrdə standartlaşdırma üzrə güniş fəaliyyət göstərir. 1999-cu ilin yanvarından ISO təşkilatında 178 ölkə fəaliyyət göstərir. Keçmiş SSRI həmin təşkilatın yaradıcılarından biri idi. ISO təşkilatının vəsait fondu onun üzvü olan ölkələrin üzvlük haqlarından, nəşr olunmuş standartların və digər sənədlərin satışından əldə edilmiş vəsaitlərdən formalaşır.

Beynəlxalq Standartlaşdırma Təşkilatının Nizamnaməsində onun məqsədi aşağıdakı kimi müəyyən edilmişdir: «Təşkilatın məqsədi beynəlxalq əmtəə-mal mübadiləsini asanlaşdırmaq və həmçinin elmi, texniki və iqtisadi fəaliyyət sahəsində qarşılıqlı əlaqələri genişləndirmək üçün dünya miqyasında standartlaşdırmanın inkişafına kömək etməkdir».

Beləliklə, Beynəlxalq Standartlaşdırma təşkilatı dünya səviyyəsində əldə edilmiş elmi-texniki nailiyyətlərə cavab verən beynəlxalq standartlar yaradıb tətbiq etmək yolu ilə elmin, texnikanın və iqtisadiyyatın bütün sahələrində geniş beynəlxalq əməkdaşlığa kömək edir.

Beynəlxalq Standartlaşdırma təşkilatı rəhbər və işçi oqanlardan ibarətdir. Rəhbər orqanlara ali orqan sayılan Baş Məclis, Şura, Şura komitələri və Beynəlxalq Katiblik aiddir. Onun rəsmi şəxsləri prezident, vitse-prezident, xəzinədar və baş katib hesab edilir.

Baş məclisin sessiyaları arasındakı üç il müddətində Beynəlxalq Standartlaşdırma Təşkilatının işinə onun üzvü olan dövlətlərin standartlaşdırma üzrə milli təşkilatlarının nümayəndələrindən ibarət Şura rəhbərlik edir. Həmin Şuranın ən azı ildə bir dəfə keçirilən iclaslarında texniki icra orqanlarının strukturu, təsdiq edilmiş beynəlxalq standartların və digər normativ sənədlərin çap olunması məsələlərinə baxılır, icra orqanlarının üzvləri, texniki komitələrin sədrləri təyin edilir. Şuranın nəzdində yaradılmış Icra Bürosu Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki komitələrinin fəaliyyətinə rəhbərlik edir.

Beynəlxalq standartların layihələri texniki komitələrin işçi qrupları tərəfindən işlənir. Texniki komitələr (TK) texnikanın konkret sahələri üzrə işləyən komitələrə və ümumi komitələrə bölünürlər. Beynəlxalq Standartlaşdırma Təşkilatınındakı 26 ümumi texniki komitə sahələrarası məsələlərin həlli üzrə fəaliyyət göstərir. Onlara misal olaraq TK10- «Texniki çertyojlar», TK12- «Ölçü vahidləri», TK19- «Üstün tutulan ədədlər», TK37- «Terminologiya» və s. göstərmək olar.

Qalan 140 texniki komitə texnikanın konkret sahələrində fəaliyyət göstərir. Məsələn, TK22- «Avtomobillər», TK39- «Dəzgahlar» və s. Böyük sahələri əhatə edən komitələrin (kimya, aviakosmik texnika və b.) nəzdində yarımkomitələr (YK) və işçi qruplar (IQ) yaradılmışdır.

Beynəlxalq Standartlaşdırma Təşkilatının hər bir üzvü texniki komitəлярин işində maraq dairəsindən asılı olaraq özünün iştirak statusunu müəyyən edir. Üzvlük aktiv və yaxud müşahidəçi formasında ola bilər. Beynəlxalq standartın layihəsi Texniki komitələrin aktiv üzvlərinin 75 faizinn səs çoxluğu ilə qəbul edilmiş hesab edilir. 2000-ci ildə 12000 Beynəlxalq standart qüvvədə idi. Onların 75 faizi məhsulların sınaq metodlarına aid olaraq əsaslı standartlar hesab edilir.

Beynəlxalq standartlaşdırma təcrübəsində məhsullara standartların işlənməsi zamanı məhsulların sınaqlarının vahid metodlarının qəbul olunmasına, markalanma və terminologiya tələblərinə xüsusi diqqət yetirilir. Bunsuz məhsulun hansı ölkədə hazırlanmasından asılı olmayaraq istehsalçı ilə istehlakçının bir-birini anlamaları və ticarət əlaqələri mümkün deyil. Beynəlxalq standartda bunlardan əlavə məhsulun insanların sağlamlığına və həyatına, ətraf mühitin təhlükəsizliyinə, qarşılıqlı əvəz olunmasına və texniki uyğunluğuna da tələblər qoyulur. Konkret məhsulun keyfiyətinə dair başqa tələblərin beynəlxalq standartda göstərilməsi məqsədəuyğun hesab edilmir. Konkret məhsula konkret keyfiyyət normaları istehlakçı ilə bağlanan kontraktlarda göstərilən qiymətlərlə tənzimlənir.

Beynəlxalq Standartlaşdırma Təşkilatının ümumi və sahələrarası texniki komitələrin fəaliyyətlərinin ən əhəmiyyətli nəticələrindən ölçü vahidlərinin beynəlxalq sistemini, yivlərin metrik sistemini, bütün növ nəqliyyаt vasitələri ilə daşınan yüklər üçün konteynerlərin konstruksiyalarıны və standart ölçüləri sistemini göstərmək olar. Indiки dövürdə 1979-cu ildə yaradılmış TK176 “Keyfiyyətin təminat sistemi” adlanan işi xüsusən diqqətəlayiqdir. Onun məqsədi keyfiyyətin təmin edilməsi sisteminin əsaslı prinsiplərinin standartlaşdırılmasından ibarətdir. 1987-ci ildə ISO standartlarının 9000 seriyasından dörd standartın ilk nümunələri dərc edilmişdir.

Hazırki dövürdə Beynəlxalq Standartlaşdırma Təşkilatının işçi orqanları kimi 175 texniki komitələr, 576 yarımkomitələr, 2075 işçi qrupu fəaliyyət göstərir. Beynəlxalq Standartlaşdırma Təşkilatı Şurasının digər orqanları: Plan Komitəsi (PLAKO), Məhsulun Standartlara Uyğunluğunun Qiymətləndirilməsi üzrə Komitə (KASKO), Istehlak Məsələləri üzrə Komitə (KOPOLKO), Inkişaf Etməkdə Olan Ölkələrə yardım Komitəsi (DEVKO), Informasiya üzrə Komitə (INFKO), Standart Nümunələr üzrə Komitə (REMKO), Standartlaşdırmanın Elmi Prinsiplərini Öyrənmək üzrə Komitə (STAKO) фяалиййят эюстярир.

Plan Komitəsi ISO-nun texniki fəaliyyətinn təşkili, koordinasiyası və planlaşdırılması məsələləri üzrə Şuraya təkliflər hazırlayır. Komitə yeni texniki komitələrin yaradılması və mövcud komitələrin bуraxılması üzrə təkliflərə baxır, texniki işlərin direktivlərinin dəyişdirilməsinə dair təkliflər verir. Şuranın göstərişi əsasında texniki komitələrin adlarını tısdiq edir və onların fəaliyyət sahələrini müəyyənləşdirir.

Müxtəlif sahələrin standartlaşdırma işlərinin koordinasiyası üçün Plan Komitəsinin nəzdində marağı olan ölkələrin aparıcı mutəxəssislərindən ibarət məsləhət qrupları yaradılmışdır. Bu qruplar öyrənilən problemlərin həlli üçün təkliflər hazırlayırлар. Məsələn, kimyəvi və fiziki-kimyəvi sınaq metodları üzrə, metallar üzrə, enerji mənbələri və onun konservasiyası üzrə, metrologiya üzrə, tibb avadanlıqları üzrə, tikinti üzrə və s.



Məhsulun Standartlara Uyğunluğunun Qiymətləndirilməsi üzrə Komitə. 70-ci illərin əvvəllərində nkişaf etmiş ölkələrdə sertifikatlaşdırma sistemləri və müstəqil sınaq laboratoriyaları (mərkəzləri) şəbəkəsi yaradılmağa başlamışdı. Məhsulun Standartlara Uyğunluğunun Qiymətləndirilməsi üzrə Komitəsi sertifikatlaşdırma işlərinin bütün ölkələrdə eyni qaydada aparılmasını təmin etmək üçün vahid qaydada beynəlxalq tövsiyyələr hazırladı. Həmin tövsiyyələr ölkələr arasında ticarər əlaqələrinin genişləndirilməsinə və maneələrin aradan qaldırılmasına təkan verdi. Beynəlxalq tövsiyyələrdə ölkələrdə sınaq mərkəzlərinin təşkili, onlara qoyulan tələblər, sertifikatlaşdırılmış məhsulların nişanlanması qaydaları, sertifikatlaşdırıma sisteminə rəhbərliyi həyata keçirən orqanların salahiyyətləri və vəzifələri göstərilir. Sertifikatlaşdırma üzrə tövsiyyələri komitənin nəzdində xüsusi işçi qrupları hazırlayır (terminologiya üzrə işçi qrup, sınaq protokolları üzrə işçi qrup, məhsulun standart tələblərinə uyğunluğunun müəyyənləşdirməsi üzrə işçi qrupu)

Məhsulun Standartlara Uyğunluğunun Qiymətləndirilməsi üzrə Komitə milli sertifikatlaşdırma sistemlərinin təhlilini aparır. Məsələn, 1970-ci ildə “Milli uyğunluğun nişanları toplusu”, 1980-ci ldə “Sertifikatlaşdırma prinsipləri və praktika” adları altında bukletlər nəşr etdirmişdir. Bukletlərdə müxtəlif ölkələrdə tətbiq edilən sertifikatlaşdırma növlərinin təhlili, iqtisadi səmərəliliyi, konkret şəraitdən asılı olaraq onun növünün seçilməsinin məqsədəuyğunluqu araşdırılır. Məhsulun Standartlara Uyğunluğunun Qiymətləndirilməsi üzrə Komitənin fəaliyyətinin nəticələri, milli sertifikatlaşdırma sistemlərini təzə yaradan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır.



Istehlak Məsələləri üzrə Komitənin vəzifələrinə aşağıdakılar daxildir:

- standartlaşdırma sahəsində istehlakçılara tövsiyyələrin işlənib hazırlanması və öyrədilməsi;

- istehlakçılara məhsulun standartlaşdırılmasından iqtisadi səmərə almaları və onların beynəlxalq standartlaşdırmada iştirak etmələrini təmin edən tədbirlərin hazırlanması;

- istehlak mallarının standartlaşdırılması və həmin işlərdə istehlakçının iştirakı, onların milli və beynəlxalq standartlaşdırmada iştiraketmə təcrübələrinin təhlili;

- istehlakçıların marağına toxunan məsələlər üzrə Beynəlxalq Standartlaşdırma Təşkilatının digər orqanları ilə daimi əlaqələrin saxlanması.

Komitə tərəfindən istehlak mallarının müqayisəli sınaqlarının aparılması üzrə rəhbər sənədlər və informasiya materialları, malların istismar xarakteristikalarının ölçülməsinin standart metodları işlənib nəşr edilmişdir.

Beynəlxalq standartlaşdırma sahəsində koordinasiya fəaliyyətini Beynəlxalq Standartlaşdırma Təşkilatı sistemində yaradılmış Informasiya üzrə komitə yerinə yetirir. Onun vəzifələrinə daxildir:

- kompüterlərdən istifadə etməklə Beynəlxalq Standartlaşdırma Təşkilatının informasiya mərkəzinin normal və fasiləsiz işini təmin etmək;

- Beynəlxalq Standartlaşdırma Təşkilatının üzvü olan ölkələrin informasiya mərkəzlərinin standartlaşdırma sahəsində informasiya təminatı və işlərinin koordinasiyası;

- standartların və digər normativ-texniki sənədlərin avtomatlaşdırılmış işlənməsi üçün onların sinifləşdirilməsi və indeksləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi və tövsiyyələrin işlənib hazırlanması;

- beynəlxalq standartların və digər normativ-texniki sənədlərin informasiya sistemləri üzrə geniş yayılması və tətbiq edilməsinə hər cür şərait yaradılması.

Beynəlxalq Standartlaşdırma Təşkilatında qəbul edilmiş sazışə əsasən, onun üzvü olan hər bir ölkə özünün milli standartlarının nüsxələrini digər üzv dövlətlərə göndərirlər. Lazımi standartlar haqqında informasiya axtarışını səmərəli təşkil etmək üçün, Informasiya üzrə komitənin nəzdində Standart Sorğu Məlumatları üzrə Informasiya Şəbəkəsi adlanan informasiya şəbəkəsi yaradılmışdır. Rəsmi dilləri-ingilis, fransız və rus dilləridir. Beynəlxalq standartların ümumi massivinin 70 faizi rus dilinə tərcümə edilmişdir.



Inkişaf Etməkdə Olan Ölkələrə Yardım Komitəsi aşağıdakı vəzifələri yerinə yetirir:

- inkişaf etməkdə olan ölkələrin standartlaşdırma və onunla əlaqəli keyfiyyətə nəzarət, metrologiya, sertifikatlaşdırma sahələri üzrə tələbatını müəyyənləşdirmək, həmin işlərin yerinə yetirilməsində onlara yardım göstərmək;

- standartlaşdırma və onunla qarşılıqlı əlaqəli sahələrin xü-susiyyətlərini inkişaf etməkdə olan ölkələrdə geniş müzakirə etmək, onlara sənaye baxımından inkişaf etmiş aparıcı ölkələrin həmin sahədə qabaqcıl təcrübələrindən istifadə edə bilmək üçün hər cür şərait yaratmaq.

Bu işlər Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi agentliyi və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq şəraitində həyata keçirilir.

Standartlaşdırma və məhsulun keyfiyyətinin idarə olunması məsələlərinin həllində inkişaf etməkdə olan ölkələrə yardım məqsəd ilə BMT-nin büdcəsi hesabına, hər regionda onun regional nümayəndələri təyin edilmişdir. Bu cür nümayəndəликляр Latın Amerikasında, Afrikada (Kipr də daxil olmaqla), Cənub-Şərqi Asiyada, Ərəb ölkələri regionunda (Türkiyə də daxil olmaqla) və Cənubi Asiyada (Iran da daxil olmaqla) fəaliyyət göstərir.

Standart Nümunələr Üzrə Komitə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki komitələri üçün rəhbər sənədlər hazırlamaqla məşğuldur. Bu komitə tərəfindən aşağıdakı rəhbər sənədlər işlənib nəşr edilmişdir:


  • «beynəlxalq standartlarda standart nümunələrə istinadlar»;

  • «Standart nümunələrə aid terminlər və təyinlər»;

  • «Standart nümunələrin şəhadətnamələrinin məzmunu»;

  • «Standart nümunələrin attestasiyası. Ümumi və statistik prinsiplər».

Standart Nümunələr üzrə Komitə bunlardan əlavə standart nümunələr üzrə sorğu kitabı hazırlamış və nəşr eтdiриlmişdir.

Standartlaşdırmanın Elmi Prinsiplərinin Öyrənilməsi üzrə Komitə. Бу комитя həmin sahədə tövsiyyələr və digər sənədlər hazırlayır. Komitə beynəlxalq standartların ölkələrdə tətbiqi üzrə bir sıra rəhbər sənədlər işləyərək nəşr eтdiрilmişdir. Həmin sənədlərdən hazırda dünyanın bir çox ölkələrində geniş istifadə edilir. Bundan əlavə komitə «Standartlaşdırma, sertifikatlaşdırma və sınaq laboratoriyalarının akkreditasiyası sahəsində terminologiya üzrə rəhbərlik» adlı normativ sənəd hazırlamışdır.

Standartlaşdırmanın Elmi Prinsiplərinin Öyrənilməsi üzrə Komitə beynəlxalq standartlaşdırmanın perspektiv inkişaf məsələləri üzrə seminarlar təşkil edir, ölkələr arasında ticarətin inkişafı üçün beynəlxalq standartların tətbiqi sahəsində bir çox işlər görür.

Qeyd edildiyi kimi Beynəlxalq Standartlaşdırma Təşkilatının əsas fəaliyyət sahəsi beynəlxalq standartlar işləyib hazırlamaqdır. Ona görə də bu təşkilatın əsas işçi struktur bölmələri texnikanın müxtəlif sahələri üzrə (elektrotexnika və elektronikadan başqa) texniki komitələr, yarımkomitələr və işçi qruplardır. Bu bölmələrdə 2500-dən çox mütəxəssis fəaliyyət göstərir.

Beynəlxalq standartlarыn tətbiqi bütün ölkələr üçün məcburi deyil. Hər bir ölkə özündə beynəlxalq standartları öz istəyi ilə tam, yaxud ayrı-ayrı hissələrlə tətbiq edə bilər. Lakin dünya bazarlarında kəskin rəqabət şəraitində istehsalçılar çalışırlar ki, onların istehsal etdikləri məhsullar yüksək keyfiyyətə və rəqabət qabliyyətinə malik olsun, onların beynəlxalq standartlara uyğunluğu geniş reklam edilsin. Odur ki, bu ölkələr məcburiyyət qarşısında qalaraq ISO və digər beynəlxalq təşkilatların standartlarını tətbiq edirlər. Buna görə də, beynəlxalq standartları işləyən zaman inkişaf etmiş ölkələrin iri şirkətləri arasında, onlar üçün sərfəli olan şəkildə, standartlara tələblərin və qaydaların daxil edilməsi uğrunda kəskin mübarizə gedir.

Onu da qeyd etmək lazımdır ki, hər bir məhsul növü üçün beynəlxalq standart yalnız o vaxt yaradılır ki, bu cür standartlar ölkələr arasında ticarətin genişlənməsi üçün vacibdir, yaxud onlar adamların təhlükəsizliyinin və sağlamlığının təmin olunmasına, ətraf mühitin qorunmasına yönəldilmişdir.

ISO standartlarının yalnız 20 faizində konkret məhsullara dair tələblər qoyulur. Normativ sənədlərin əsas kütləsində təhlükəsizlik, qarşılıqlı əvəzolunma, texniki uyğunluq, məhsulun sınaq metodlarına tələblər öz əksini tapır.

Beynəlxalq standartların məzmununa da müəyyən tələblər qoyulur. Məlumdur ki, konkret məhsul üçün standart həmin məhsula olan texniki tələbləri, bu tələblərin ölçulməsi və sınaq metodlarını nəzərdə tutmalıdır. Odur ki, məhsula beynəlxalq standart hazırlayan zaman, məhsulun sınağı üçün vahid sınaq metodları müəyyən edilməlidir. Həmin beynəlxalq standart məhsulun harada və kim tərəfindən istehsal olunmasından asılı olmayaraq, onun keyfiyyət göstəricilərinin obyektiv müəyyən edilməsinə, qablaşdırılmasına, nişanlanmasına, saxlanmasına konkret tələblərin qoyulmasını təmin edir. Bundan əlavə standartda vahid terminologiyadan istifadə olunur ki, istehsalçı ilə istehlakçı arasında anlaşma yaransın.

Beynəlxalq Standartlaşdırma Təşkilatının fəaliyyətinin ilk iki on illiyi ərzində beynəlxalq standartların istiqaməti, əsasən, ümumtexniki, sahələrarası və xammal üçün standartların yaradılmasına yönəldilmişdir. Buna misal olaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən yivlərin metrik sisteminin yaradılmasını, bütün növ nəqliyyat vasitələri ilə yüklərin daşınması üçün konteynerlərin standart konstruksiyaları və ölçüləri sisteminin yaradılmasını, yaxud ISO-1000 standartına daxil edilmiş ölçü vahidləri (BS) sisteminin yaradılmasını göstərmək olar.

Son zamanlar bir çox ölkələrdə maşınqayırma sənayesinin inkişafı ilə əlaqədar olaraq onun ayrı-ayrı sahələrinin məhsullarının standartlaşdırılmasına daha çox fikir verilir. Çünki bu məhsulların beynəlxalq ticarətdə xüsusi çəkisi ildən-ilə artır. Digər sahələrin də inkişafında elmi-texniki tərəqqinin rolunun artması, ölkələr arasında yeni əməkdaşlıq formalarının yaranmasına gətirib çıxarır və bununla əlaqədar ISO-nun fəaliyyəti daim genişlənir və inkişaf edir. Son illər məhsulun keyfiyyətinin təmin olunmasına daha çox diqqət yetirilir.

Qeyd edildiyi kimi ISO standartlarının ölkələrdə tətbiqi məcburi deyil. Xarici mütəxəssislərin fikrincə, dünyanın sənaye baxımından inkişaf etmiş ölkələri ISO standartları massivinin (10 mindən çox) 70-80 faizini tam tətbiq edirlər. Lakin qeyd etmək lazımdır ki, beynəlxalq standartların tətbiq edilmə dərəcəsi ayrı-ayrı ölkələrdə müxtəlifdir. Xarici ticarətdən çox. Asılı olan ölkələr ISO və digər beynəlxalq təşkilatların standartlarını daha geniş tətbiq edirlər. Həmin ölkələr arasında Hollandiya, Belçika, Avstriya, Danimarka, Türkiyə və digər ölkələri göstərmək olar. Bu ölkələrdə ümumi istehsal həcminin 40-50 faizi xarici ticarətin payına düşür. Ona görə də onlar beynəlxalq standartların qüvvədə olduğu sahələrdə özlərinin milli standartlarını yaratmırlar.

Hazırda bütün dünyada istifadə edilən Beynəlxalq ISO standartlarının ümumi sayı 10 mindən artıqdır. Hər il 500-600 beynəlxalq ISO standartlarına yenidən baxılıb qəbul edilir.


Yüklə 473,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə