Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Fəaliyyəti və davranışı stimullaşdıran metodlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə138/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   134   135   136   137   138   139   140   141   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Fəaliyyəti və davranışı stimullaşdıran metodlar.  
Bu metodlar qrupu insanın
hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmlətməyə, pis hərəkət-
lərdən çəkindirməyə xidmət edir. Buna görə də bəzi pedaqoji mənbələrdə bu metodlar
qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da
daxildir.
Yarış   metodu
  insanın   fəallığını,   təşəbbüskarlığını   stimullaşdıran,   qabaqcıllar
sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun
sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan, o cümlədən, yeniyetmə və gənc
sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu
meyli təmin etməyə xidmət göstərir.
Rəğbətləndirmə metodu
 insanın davranış və fəaliyyətinə verilən müsbət qiymət
olub, onu daha yaxşı hərəkətlərə həvəsləndirən metoddur.
Tərbiyə   təcrübəsində   rəğbətləndirmənin   müxtəlif   növlərindən   istifadə   olunur:
bəyənmək, tərifləmək, şifahi və ya yazılı təşəkkür vermək, mükafatlandırmaq, şərəf
lövhəsinə və ya kitabına tələbənin şəklini vurmaq, fəxri fərmanla təltif etmək, vali-
deynlərə razılıq məktubu göndərmək və s.
Cəzalandırma   metodu
  insanın   davranış   və   fəaliyyətinə   verilən   mənfi   qiymət
olub, onu pis hərəkətlərdən çəkindirmək məqsədi güdür. 
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və
yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya,
gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək və s. 
Cəzalandırma və rəğbətləndirmə çox incə tərbiyə metodlarıdır. Ondan düzgün
istifadə etmədikdə tərbiyə işinə ziyan vura bilər. Buna görə də rəğbətləndirmə və cəza
zamanı bəzi  
şərtləri
  gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli (gəncin
97


hərəkətinə uyğun) olmalı; ədalətsiz, yaxşı ölçülüb-biçilməmiş, tələsik verilən cəza
tərbiyə işinə böyük ziyan vura bilər; b) cəza zamanı müəyyən hədd gözlənməli (çox
tətbiq edildikdə təsirini itirə bilər); c) gənclərin yaş və fərdi xüsusiyyətləri nəzərə
alınmalı  (məsələn,  yeniyetmə  və gənci dərsdə ayaq üstə saxlamaqla  cəza vermək
olmaz); ç) kollektivin rəyi ilə hesablaşmalı (bu, müəllimi səhvlərdən çəkindirə bilər);
d) rəğbətləndirmə və cəza mütləq xarakter daşımamalıdır (gənc bilməlidir ki, bu gün
yaxşı hərəkətinə görə tərifləndiyi kimi, sabah pis hərəkətinə görə cəza ala bilər).

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə