Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə136/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   132   133   134   135   136   137   138   139   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Şüuru formalaşdıran metodlar.
 Bu qrup metodların məqsədi insanın şüuruna tə-
sir etməklə onda düzgün təsəvvürlər, inam və əqidə yaratmaqdan ibarətdir. Onların kö-
məyi ilə gənclər ictimai davranış normaları ilə tanış olur, özlərini harada və necə apar-
maq lazım olduğunu, yaxşını və pisi başa düşür, əxlaqi tələblərin zəruriliyinə inanırlar. 
Buna görə də bəzi pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandır-
ma   metodları   da   deyilir.  Bu   metodlar   qrupuna   əxlaqi   söhbətlər,   əxlaqi   mövzuda
məruzə   və   mühazirələr,   disputlar,   bədii   əsərlərin   (filmlərin)   müzakirəsi,   nümunə
metodları daxildir. 
Əxlaqi   söhbətlər
  müəyyən   əxlaqi,   siyasi,   estetik   keyfiyyətlərin   mahiyyətini,
məzmununu, şərtlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır. Belə söh-
bətlər iki növdə olur: kollektiv və fərdi söhbətlər. 
Fərdi söhbətin bir forması təxirə salınmış söhbətdir. Bu halda tələbə ilə söhbət
qəbahət baş verən kimi aparılmır, müəyyən müddət ərzində təxirə salınır. Burada məq-
səd insanı öz qəbahəti üzərində düşündürmək və onda peşimançılıq hissi oyatmaqdır. 
95


Əxlaqi mövzuda məruzə və mühazirələr
 müəyyən əxlaqi ideyanı daha geniş şərh
etməklə insanda dolğun əxlaqi təsəvvürlər, inam və əqidə yaratmaq məqsədi güdür.
Disputlar
 tərbiyə məsələləri üzrə mübahisələrdir. Disput yanlış təsəvvürləri üzə
çıxarmağa və düzəltməyə imkan verir.
Bədii əsərlərin  (filmlərin) müzakirəsi
  əxlaqi təsəvvür və ideyaların formalaş-
masında daha böyük imkanlara malikdir. Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir:
burada   əxlaqi   ideya   mücərrəd   şəkildə   yox,   konkret   bədii  obrazların   nümunəsində
açılır. Bu obrazlar əxlaqi ideyaları əyaniləşdirir.
Nümunə   metodu
  şüuru   formalaşdıran   metodlar   içərisində   mühüm   yer   tutur.
Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük
təsir gücünə malik olur. 
Şəxsi   nümunə   ilə   yanaşı   tərbiyə   işində   müxtəlif   növ   müsbət   nümunələrdən
(tarixi   şəxsiyyətlərin,   görkəmli   elm   və   mədəniyyət   xadimlərinin,   bədii   əsər
qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə