Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə75/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi.
  Bu prinsip təlimdə tələ-
bələrə əsaslı biliklər verməyi, onların hafizədə uzun müddət saxlanmasını təmin et-
məyi nəzərdə tutur. Onun əsasında belə bir didaktik 
qanun
 durur: təlimdə bilik və ba-
carıqlar vaxtında nə qədər möhkəmləndirilirsə, şüurlu şəkildə mənimsənilərək təkrar
tətbiq edilirsə, biliklər bir o qədər möhkəm yadda qalır.
Bu prinsipin həyata keçirilməsində müəyyən 
qaydalar
 gözlənilməlidir:
- bilik və bacarıqların ilkin mənimsənilməsində tələbələrin fəallıq və şüurluluğu-
nu təmin etmək (yeni material nə qədər şüurlu və fəal şəkildə mənimsənilərsə, biliklər
daha möhkəm yadda qalar);
- möhkəmləndirmə zamanı hafizə (yaddaş) və təfəkkürün işini əlaqələndirmək
(yeknəsək təkrar yorucu və mexaniki xarakter daşıyır, bu halda biliklər tez unudulur); 
- öyrənilən elmi bilikləri müntəzəm olaraq həyata və çalışmalara tətbiq etmək
(bilik nə qədər çox tətbiq edilirsə,  bir o qədər möhkəm yadda qalır);
- biliklərin möhkəmliyi üçün bütün vasitələri (ilkin mənimsəmədə şüurluluq, təkrar
və təfəkkürün vəhdəti, yaradıcı tətbiqetmə və s.) kompleks şəkildə tətbiq etmək.
53


Biz yuxarıda təlim prosesini tənzimləyən didaktik prinsipləri nəzərdən keçirdik.
Bu   prinsiplər   bütövlüklə   tədris   müəssisələrindəki   təlim   prosesi   üçün   səciyyəvidir.
Lakin ali məktəbdə tədris prosesinin özünəməxsus xüsusiyyətləri vardır ki, onlar da
digər prinsiplərə tənzimlənir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə