Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Təlimdə   kollektiv   və   fərdi   iş   formalarının   əlaqələndirilməsi   prinsipi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə78/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Təlimdə   kollektiv   və   fərdi   iş   formalarının   əlaqələndirilməsi   prinsipi
.   Bu
prinsip təlimin təşkilinin kollektiv və fərdi formalarını düzgün əlaqələndirməyi  nə-
54


zərdə   tutur.   Ali   məktəbdə   təlimin   kollektiv   forması   üstünlük   təşkil   etsə   də  
elmi
biliklərin mənimsənilməsi prosesi fərdi səciyyə daşıyır
. Hər tələbənin zehni yükünü
düzgün müəyyənləşdirmək  və buna müvafiq  olaraq onunla fərdi iş aparmaq  lazım
gəlir. 
Fərdi  iş forması   müxtəlif məzmunda  ola  bilər
: icmal   tərtibi;  mühazirə  mətn-
lərinin   tərtibi;   laborator   və   praktik   işlərin   icrası;   proqramın   nisbətən   çətin   möv-
zularının   öyrənilməsi;   yeni   mövzu   ilə   bağlı   əvvəllər   keçilən   materialların   təkrarı;
müəyyən problem üzrə ədəbiyyatla tanışlıq; ilk mənbələr üzərində iş, elmi iş və s. 
Tələbə  fərdi  iş formasında  semestr   ərzində  hər fənn   üzrə on  tapşırığı yerinə
yetirməlidir. Müəllim fərdi iş üçün tapşırıqları vaxtaşırı semestrdə üç dəfə (müəyyən
qrafik üzrə) yoxlayıb qiymətləndirməlidir (on bala qədər). 
Bu prinsipin tətbiqi bəzi 
qaydalara
 əməl olunması ilə bağlıdır:
- tələbələrin fərdi xüsusiyyətlərini, zehni və psixi inkişaf səviyyələrini, imkan və
qabiliyyətlərini yaxşı öyrənmək və bu əsasda fərdi işi müəyyənləşdirmək;
- fərdi işlə kollektiv işi düzgün əlaqələndirmək;
- fərdi işləri tələbənin gücünə, hazırlıq səviyyəsinə uyğun olaraq optimal şəkildə
aparmaq;
-   fərdi   işləri   vaxtaşırı   (qrafik   üzrə)   yoxlayıb   müvafiq   balla   düzgün   qiymət-
ləndirmək və tələbəni həvəsləndirmək.
Nəzərdən   keçirilən   prinsiplər   real   təlim   prosesində   qarşılıqlı   vəhdətdə   tətbiq
olunur və bir-birini şərtləndirir. Hər hansı prinsipə etinasızlıq göstərmək digər prin-
siplərin də təsir gücünü zəiflədə bilər. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə