Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlim metodları və onların təsnifatı



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə86/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

3. Təlim metodları və onların təsnifatı
Təlim prosesini səmərəli qurmaq üçün müəllim təlim metodlarını yaxşı bilməli,
yerinə görə onları düzgün seçib tətbiq etməlidir. Bu məsələdə müəllimin səhvi və ya
laqeydliyi təlimin və mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir göstərir. Yanlış,
qeyri-səmərəli   metodlarla   yüksək   təlim-tərbiyə   nəticələrinə   nail   olmaq   mümkün
deyildir.

Metod
” yunan sözü olub (
“methodos”
), nəyəsə nail olmaq yolu deməkdir. Pe-
daqoji ədəbiyyatda metodla yanaşı, ərəb sözü olan “üsul” termini də işlədilir. 
Təlim metodu
 dedikdə, təlim prosesində qarşıya qoyulmuş məqsədə nail olmaq
üçün öyrədən və öyrənənlərin birgə fəaliyyətinin yolları başa düşülür. Metod öz tə-
biətinə görə mürəkkəb və çoxcəhətli analyışdır. Hər metod özündə müxtəlif 
priyom-
ları (tərzləri)
 birləşdirir. 
60


Təlim metodları təlim prosesində çox böyük 
rol
 oynayır. O, təlimin qanunlarının,
prinsiplərinin, məqsəd və məzmununun reallaşmasına xidmət edir: 
qanun → prinsip → qayda
        metod → forma → nəticə 
məqsəd → məzmun → vasitə 
Sxemdən   göründüyü   kimi,   təlim   prosesinin   komponentləri   içərisində   metod
mərkəzi yer tutur; o, digər komponentləri reallışdırıb yüksək nəticənin alınmasında
həlledici əhəmiyyətə malikdir. 
Təlim metodları bir çox funksiyanı yerinə yetirir: təhsil, tərbiyə, inkişafetdirici,
stimullaşdırıcı, nəzarət-qiymətləndirmə və b. funksiyalar. 
Hər bir metod təlimdə özünəməxsus aparıcı, dominant funksiyanı yerinə yetirməklə
yanaşı, digər funksiyaların da həyata keçirilməsində müəyyən dərəcədə iştirak edir.
Təlim metodları yerinə yetirdikləri dominant funksiyalara görə müxtəlif qruplara
bölünür.  

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə