Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə89/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

4. Təlim metodlarının səciyyəsi və əlaqəli tətbiqi
Təsnifatdakı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetiril-
məsinə xidmət edir.
1.  Təsəvvürlərin   formalaşdırılması   (qavrama)   metodları.  
Hissi   qavramanı
təmin etmək, ətraf aləm haqqında dolğun təsəvvürlər yaratmaq məqsədi güdür. Bu
qrup metodlara müşahidə, illüstrasiya, demonstrasiya və təsvir metodları daxildir.
Müşahidə   metodu
  müəyyən   məqsədlə,   planlı  və   sistemli   şəkildə   qavrama   pro-
sesinin təşkili metodudur.
İllüstrasiya metodu
 əyani vasitələrin köməyi ilə təlim materialının qavranmasını
nəzərdə tutur. Əyani vasitələr müxtəlif növdə olur: a) təbii əşyalar; b) şəkil və pla-
katlar; c) sxematik materiallar (sxem, cədvəl, diaqramlar); ç) simvolik əyani vəsaitlər
(xəritələr,  qlobus).   Məqsəd   və   məzmundan   asılı   olaraq   əyani   vasitələrin   müxtəlif
növləri seçilib tətbiq edilir.
Demonstrasiya metodu
  əşya və hadisəni dinamikada, yəni dəyişmə və inkişaf
halında nümayiş etdirmək metodudur. Buraya təcrübələr, kino, diafilmlər və televi-
ziya verilişlərindən, kompüterdən istifadə daxildir.
Təsvir metodu 
müəyyən fakt və hadisəni söz vasitəsilə tələbələrin təsəvvüründə
canlandırmaq metodudur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə