Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə90/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

2. Nəzəri biliyin (anlayış və qanunların) mənimsədilməsi metodları.
 Bu me-
todlar tələbələrin şüurunda düzgün elmi anlayışların yaradılması və qanunların dərk
62


edilməsi məqsədi güdür. Bu qrup metodlara müəllimin şərhi, müsahibə, diskussiya,
məntiqi metodlar, kitab üzərində iş metodları, problem-axtarış metodları daxildir.
Müəllimin şərhi metodu
 müəyyən faktı, hadisəni, anlayış və qanunauyğunluğu
şifahi   şəkildə   tələbələrə   çatdırmaq   metodudur.   Bu   metod   az   vaxtda   daha   çox
informasiya verməyə imkan yaradır.
Müəllimin şərhi 
üç növdə
 olur: nəql, izah, mühazirə.
Müəllimin şərhi öz xarakterinə görə məlumatverici və problem şəklində olur.
Məlumatverici şərh hazır informasiya verməyi nəzərdə tutur. Problem şərh isə tələ-
bələri düşündürməyə xidmət edir: bu zaman müəllim mövzu üzrə müəyyən prob-
lemlər irəli sürür, ya özü, ya da tələbələrin iştirakı ilə onları həll edir. 
Şərhin səmərsi üçün müəyyən 
şərtləri
 gözləmək lazımdır:
şərhin məzmunu (müəllimin danışığı) elmi və sistemli olmalı, tələbələrin anlama
səviyyəsinə müvafiq gəlməlidir; fikirlər aydın və anlaşıqlı olmalı, sübut edilməlidir;
nəzəri   biliklər   həyatla   əlaqələndirilməlidir;   şərh   zamanı   tələbələrin   fəallığı   təmin
edilməlidir (qeydlər aparmaq, diskussiya elementləri və s.).

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə