Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə92/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Diskussiya   metodu
  elmi   mübahisə   deməkdir.   Diskussiya   zamanı   müəyyən
problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz mövqeyinə haqq
qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır.
Təlimin məntiqi metodları
 nəzəri biliyin – anlayış və qanunların dərk edilməsi,
ümumiləşdirmə   aparılması   məqsədi   güdən   təfəkkür   metodlarıdır.   Bu   metodlara
analitik-sintetik və induktiv-deduktiv metodlar daxildir.
Analitik metodlar
 müəyyən obyekti fikrən tərkib hissələrinə və ya əlamətlərinə
ayırmaq   məqsədi   güdür.   Bu   metodlara   müqayisə   (oxşarlıq   və   fərqi   müəyyən-
ləşdirmək), təsnifetmə (əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya
(bir obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir.
Sintetik metodlar
  obyektin ayrı-ayrı hissə və əlamətlərini fikrən bir tam halında
birləşdirmək məqsədi güdür. Bu yolla öyrənilən obyekt (cisim və hadisə) haqqında tam
təsəvvür yaranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən prinsip (əla-
mət) əsasında sistemə salınması), ümumiləşdirmə (ümumi xassəyə malik olan cisim və
hadisələrin fikrən birləşdirilməsi), konkretləşdirmə (ümumi müddəanın xüsusi hallara
tətbiq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) və b. metodlar daxildir.
İnduktiv   metod
  xüsusidən   ümumiyə,  
deduktiv   metod
  isə   ümumidən   xüsusiyə
keçməklə əqli nəticə çıxarmaq metodudur.
Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab üzərində iş metodları
ilə sıx bağlıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə