Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Bacarıq və vərdişləri formalaşdıran metodlar



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə95/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

3. Bacarıq və vərdişləri formalaşdıran metodlar.
  Bu metodlar nəzəri biliyi
tətbiq etdirməklə bacarıq və vərdiş yaratmaq məqsədi güdür. Bu qrupa çalışmalar,
praktik və laborator işlər, didaktik oyunlar və s. daxildir.
Çalışmalar metodu
 bir çox fənlərdə geniş yayılmış metoddur. Çalışmalar müx-
təlif növdə olur: yazılı, şifahi, qrafik, musiqi, bədən tərbiyəsi çalışmaları. Tələbələrin
müstəqillik səviyyəsindən asılı olaraq çalışmaların üç tipi ayırd edilir: nümunə üzrə
çalışmalar (hazır nümunə əsasında icra edilir), variativ çalışmalar (biliklərin yeni şə-
raitdə   tətbiqinə   əsaslanır),   yaradıcı   çalışmalar   (biliklərin   müxtəlif   hallara   yaradıcı
tətbiqinə əsaslanır).
Praktik   işlər
  nəzəri   bilikləri   hər   hansı   əməli   işlərə   tətbiq   etmək   metodudur:
ölçmə, hesablama işləri, tədris-təcrübə sahəsində iş, bitki becərilməsi, təcrübəçilik və
konstruktorluq işləri və s. Praktik işlər müəllimin təlimatı ilə başlayır: müəllim nəyi
və necə görmək haqda izahat verir. Sonra tələbələr əməli işi müstəqil yerinə yetirirlər.
Müəllim bu zaman nəzarət edir, istiqamət verir. Axırda görülmüş işlər yekunlaşdırılıb
qiymətləndirilir.
Laborator məşğələlər
  tələbələrin müstəqil təcrübələr və müşahidələr aparması
65


metodudur. Məs., mikroskop altında canlıları öyrənmək, hava, bitki və heyvanlar üzə-
rində   uzunmüddətli   müşahidələr   aparmaq,   müxtəlif   təcrübələr   qoymaq   və   s.   belə
işlərdəndir.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar.
Frontal məşğələdə bütün tələbələr eyni işi, təcrübəni yerinə yetirir, praktikum
zamanı isə kiçik qruplarla (3-5 nəfərlik) müxtəlif işi, təcrübələri icra edirlər. 
Didaktik oyun metodları
  biliklərin möhkəmləndirilməsi, tətbiqi məqsədi güdən
idrak oyunlarıdır.
Son vaxtlar işgüzar rollu oyunlardan geniş istifadə olunur. Məs., xarici dil dərs-
lərində tələbələrə müxtəlif rollar (səyyah, müəllim, həkim, satıcı, alıcı, sürücü və s.)
tapşırılır, hərə öz rolunu ifa edir. Bu metodla keçilən eksperimental dərslər (Q.Kitay-
qorodskayanın intensiv metodu) göstərir ki, tələbələr xarici dili daha tez və həvəslə
öyrənirlər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə