Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə94/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Problem-axtarış metodları
  təlimdə tələbələrin zehni fəallığını, müstəqilliyini
64


təmin edən metodlardır. Bu halda tələbələr qarşısında müəyyən problemlər qoyulur
və onlar bu problemlərin həllinə cəlb edilir.
Tələbələrin zehni fəallığının səviyyəsindən asılı olaraq problem-axtarış metod-
ları müxtəlif 
növlərdə
 olur: problemli şərh (müəllim problemi özü həll edir), qismən
axtarış (problem qismən tələbələrin iştirakı ilə həll olunur), tədqiqatçılıq (problem
tələbələr tərəfindən müstəqil həll olunur) metodları.
Problemli təlimin
 
pillələrinə
 aşağıdakılar daxildir:
1) fakt və hadisələrin müşahidəsi və təhlili;
2) problemin (həlli tələb olunan məsələnin) qoyuluşu;
3) problemin həlli yollarının axtarışı (kollektiv müzakirəsi): fərziyyələrin irəli
sürülməsi və yoxlanması;
4) problemin həllinə dair nəticə çıxarılması.
Müəllim tələbələri problemli təlimin bütün mərhələlərinə cəlb etməli, elmi idrak
metodları ilə onları tanış etməli, tədricən problemin müstəqil həlli üçün tədqiqatçılığa
alışdırmalıdır. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə