Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə80/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

VI mühazirə 
Ali məktəbdə təhsilin məzmunu. Təlim metodları
Plan:
1.
Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr.
2.
Ali təhsilin məzmunu, onu əks etdirən sənədlər. 
3.
Təlim metodları və onların təsnifatı.
4.
Təlim metodlarının səciyyəsi və tətbiqi.
5.
Təlim texnologiyaları.
1. Təhsilin məzmunu anlayışı, bu haqda nəzəriyyələr
Ali təhsilin məzmunu
 dedikdə, yüksək ixtisaslı mütəxəssis və Vətəndaş-şəxsiyyət
hazırlanması məqsədi ilə təhsil müəssisəsində verilən bilik, bacarıq və vərdişlər sis-
temi  başa   düşülür. Mütəxəssis  hazırlığının  keyfiyyəti bu  problemin   həllindən çox
asılıdır.
Təhsilin məzmunu müəyyən 
amillərlə
 bağlıdır. Bu amillər sırasına cəmiyyətin
tələbi, elmi-texniki tərəqqi, elmin müasir səviyyəsi, peşə-ixtisas profili, dövlət təhsil
standartları və s. daxildir. 
Dövlət təhsil standartları
  müəyyən dövr üçün (5 ildən az olmayaraq)   təhsilin
məzmununa, maddi bazasına, müəllim və tələbələrin keyfiyyət göstəricilərinə verilən
vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. Təhsil müəssisə-
sinin fəaliyyətinin qiymətləndirilməsində, akkreditasiya və attestasiyasında müfafiq
dövlət təhsil standartları əsas götürülür.
Təhsilin məzmunu mürəkkəb sistem olub, öz quruluşuna görə bir neçə kompo-
nentdən (ünsürdən)  ibarətdir. 
Təhsilin məzmunun əsas komponentlərinə 
aşağıdakılar
daxildir:
1) təbiət, cəmiyyət, təfəkkür, texnika və fəaliyyət qaydaları haqqında 
biliklər

2) intellektual və praktik 
bacarıq və vərdişlər sistemi
.
3) 
yaradıcılıq təcrübəsi

4) 
münasibətlər sistemi (tərbiyəlilik)
: təhsilin məzmununun bu komponenti insa-
nın ətraf aləmə, başqalarına, özünə qiymətləndirmə-emosional münasibətinin formalaş-
57


masında ifadə olunur və onun inamının, ideallarının əsasını təşkil edir. 
Təhsilin məzmununun göstərilən komponentləri bir-birilə sıx bağlı olub, birlikdə
ümumi didaktik məqsədin həyata küçirilməsini təmin edir. Bəs, təlimin (məktəbin)
başlıca   məqsədi   nədir?   Bu   sualla   bağlı   pedaqogika   tarixində   (XVIII-XIX   əsrlər)

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə