|
Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə BəxtiyarovaTəlim üçün zəruri şəraitin yaradılması prinsipiali-mekteb-pedaqogokasi-muhazire-1docTəlim üçün zəruri şəraitin yaradılması prinsipi.
Bu prinsip təlim üçün lazımi
şərait yaratmaqla onun səmərəsini yüksəltməyi nəzərdə tutur.
Təlim üçün zəruri şərait dedikdə
dörd qrup şərait
nəzərdə tutulur: a) tədris –
maddi şərait (təlimin dərslik, dərs vəsaitləri, əyani və texniki vasitələrlə təmin edil-
məsi); b) gigiyenik şərait (auditoriyanın sahəsi, hava tutumu, temperaturu, işıqlığı və
s.); c) mənəvi-psixoloji şərait (demokratik ünsiyyət, humanist münasibət, sağlam mə-
nəvi-psixoloji iqlim, pedaqoji etika və s.); ç) təlimdə estetik şərait (məktəbin estetik
tərtibi, münasibətdə, nitq və davranışda gözəllik, geyim estetikası).
Bu prinsip müəyyən
qaydalarla
həyata keçirilir:
- təlim üçün normal gigiyenik şərait yaratmaq;
- sağlam mənəvi-psixoloji iqlim yaratmaq;
- müəllim-tələbə münasibətlərini humanistləşdirmək;
- tələbələrdə müsbət emosional vəziyyət yaratmaq.
Dostları ilə paylaş: |
|
|