Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə142/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   138   139   140   141   142   143   144   145   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Əqli (zehni) tərbiyə. 
Əqli tərbiyə dedikdə, insanın elmi biliklərə, zehni qabiliy-
yətlərə   yiyələnməsinə,   yaradıcı   düşünmə   bacarıqlarının   inkişafına   yönələn   təlim-
tərbiyə prosesi başa düşülür. Əqli tərbiyə gənclərin dünyagörüşünün formalaşmasında
həlledici rol oynayır. 
Gənclik dövrü dünyanı dərk etmək, elmlərə daha intensiv yiyələnmək, 
intellek-
tual həyatda özünü təsdiq etmək
  dövrüdür. Tələbə gənclər əqli əməyin gözəlliyini
dərk etməli, təhsil onlar üçün sevinc mənbəyi, intellektual zənginlik mənbəyi olma-
lıdır. Bu isə müəllimdən, onun elmi hazırlığından, erudisiyasından, elmi maraqlarının
zənginliyindən, habelə tələbə qrupunun intellektual həyatının zənginliyindən, oradakı
intellektual fondan (qrupdakı tələbələrin böyük qisminin təlimə fəal münasibətindən,
elmi hazırlığından) çox asılıdır. Təcrübə göstərir ki, 
tələbə qrupunda intellektual fon
nə qədər yüksək, intellektual həyat nə qədər zəngindirsə, tələbələr bir o qədər zehni
cəhətdən fəal olurlar
; hər kəs zehni əməkdə özünü təsdiq etməyə çalışır, elmi bilikləri
əldə etməyə hərislik göstərir. Tək-tək zəif oxuyan tələbələr də belə zəngin intellektual
həyatın təsiri ilə təlimə səy göstərirlər. 
103


Tələbələrin fəal zehni işə cəlb edilməsi təlimin səmərəli təşkilindən, 
təlimdə ax-
tarıcılıq, tədqiqatçılıq situasiyasının yaradılmasından
 çox asılıdır. Müəllim tələbələri
zehni və əməli problemlərin həllinə, yaradıcı tapşırıqlara, elmi diskussiyalara geniş
cəlb etməklə tədqiqatçı vəziyyətinə sala bilər. Axtarıcılıq, tədqiqatçılıq işi tələbəyə öz
qüvvəsi ilə yeni elmi biliklər əldə etmək, elmi problemləri həll etmək sevinci – 
kəşf
sevinci 
bəxş edir. Bu isə onda özünə hörmət, özünütəsdiq və iftixar hissləri yaradır.
Təlimdə tədqiqatçılıq ünsürü – gənclərin zehni və mənəvi yüksəlişinin vacib şərtidir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə