Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə143/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   139   140   141   142   143   144   145   146   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

İdeya-mənəvi tərbiyə.  
İdeya-mənəvi tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət
tərbiyəsinin əsas istiqamətini təşkil edir. İdeya-mənəvi tərbiyənin 
nəzəri əsasını
 dia-
lektik materializm təlimi, mütərəqqi bəşəri və milli ideyalar, sosial-əxlaqi normalar
təşkil edir.
İdeya-mənəvi tərbiyənin 
psixoloji əsası
 kimi bilik, əqidə, hiss və əməli fəaliyyə-
tin vəhdəti prinsipi çıxış edir. Ağılla və ürəklə dərk olunmuş ideyalar insanın davranış
və fəaliyyət motivinə çevrilir, siyasi və ictimai fəallığını artırır. Gənc qəlbdə mənəvi
gözəlliyə, yüksək ideyaya heyranlıq, əxlaqi igidlik qarşısında təəccüb, iftixar hissləri
yarandıqda siyasi və əxlaqi ideyalar insanın inamına, əqidəsinə daha tez çevrilir, onda
həmin  ideyalarla yaşamaq  arzusu və həvəsi doğurur. K.D.Uşinskinin  dediyi kimi,
insanın xarakteri gənclik alovunda yaranır. Çalışmaq lazımdır ki, 
gənclərin qəlbində
əxlaqi nəciblikdən doğan alov həmişə yansın
, onları xeyirin təntənəsinə, şərə qarşı
mübarizəyə yönəltsin. 
İdeya-mənəvi tərbiyə qarşısında bir sıra 
vəzifələr
 durur:
- gənc nəsli yüksək ideyalılıq və siyasi şüurluluq, habelə xalqımızın inqilabi,
döyüş və əmək ənənələri ruhunda tərbiyə etmək; - gəncləri mütərəqqi bəşəri və milli
ideyalar, siyasi normalar və münasibətlər haqqında təsəvvürlərlə, biliklərlə silahlan-
dırmaq; - böyüyən nəslin ictimai-siyasi fəallığını artırmaq, bunun üçün zəruri bacarıq
və vərdişlər aşılamaq.
İdeya-mənəvi tərbiyə işi ilk növbədə 
təlim prosesində
 həyata keçirilir. Ayrı-ayrı
fənlərin  tədrisində  ictimai-siyasi   baxışlar,  ideya  inamı   formalaşdırmaq  üçün  geniş
imkanlar vardır. Müəllim bu imkanlardan istifadə edib gənclərdə  ideya-siyasi təsəv-
104


vür və anlayışlar, siyasi şüur və mövqe, ictimai və siyasi həyat hadisələrinə şəxsi
münasibət formalaşdırmağa çalışmalıdır.
İdeya-mənəvi tərbiyənin mühüm bir istiqaməti gənclərin  
ictimai-siyasi fəaliy-
yətini
 təşkil etməkdən ibarətdir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə