Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə146/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   142   143   144   145   146   147   148   149   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

3. Tələbələrin estetik, fiziki, ekoloji, hüquq və iqtisadi tərbiyəsi
Tələbələrin   şəxsiyyət   –   Vətəndaş   kimi   formalaşmasında   elmi   dünyagörüşü,
ideya-mənəvi və əmək tərbiyəsi ilə yanaşı tərbiyənin digər sahələrinin də böyük rolu
vardır. Yüksək hazırlıqlı mütəxəssisi, dolğun şəxsiyyəti estetik, fiziki, ekoloji, hüquq
və iqtisadi tərbiyə olmadan formalaşdırmaq çətindir. Buna görə də ali təhsil müəs-
sisələrində bu sahələr də diqqət mərkəzində durmalıdır. 
Estetik tərbiyə.  
Estetik tərbiyə ahəngdar inkişaf etmiş şəxsiyyət tərbiyəsinin
tərkib   hissələrindən   biridir.   “Estetika”   yunanca   hiss   etmək,   qavramaq   deməkdir.
Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik
zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur.
Estetik tərbiyə 
şəxsiyyət tərbiyəsində böyük rol oynayır
. O, insan əxlaqına güclü
təsir göstərir: gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, onu yaxşı əməllərə
yönəldir. Gözəl qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz.  Bu
mənada “Dünyanı gözəllik xilas edəcək” fikrinə haqq qazandırmaq olar.
107


Estetik tərbiyə 
nəzəri-metodoloji əsas
 kimi estetika elminə istinad edir. Estetika
gözəllik haqqında elmdir. Gözəllik mütənasiblik, forma və məzmun vəhdəti, ahəng-
darlıqdır. İnsanın gözəlliyi daxili və zahiri gözəlliyin vəhdətindədir.
Estetik tərbiyə bir neçə 
vəzifəni
 həyata keçirir:
1. Gənc nəsildə estetik baxış və təsəvvürlər, estetik şüur aşılamaq; 2. Estetik
hisslər və bu əsasda varlığa və incəsənətə estetik tələbat formalaşdırmaq; 3. Estetik
zövq   və   mühakimə   bacarığı   formalaşdırmaq;   4.   Bədii   yaradıcılıq   bacarıq   və   vər-
dişləri, bədii-estetik qabiliyyətləri inkişaf etdirmək.
Ali   məktəbdə   estetik   tərbiyə   müəyyən  
sistemdə
  aparılır:   tədris   prosesində,
auditoriyadankənar tədbirlərdə, elmi-tədqiqat fəaliyyətində, insan münasibətlərində,
əməkdə, gəncləri əhatə edən mühitdə, təbiətə münasibətdə, ədəbiyyat və incəsənətdə,
geyim və davranışda estetik tərbiyə işləri bu sistemə daxildir.
Tədris prosesi
 estetik tərbiyənin çox mühüm vasitəsi olub gənclərin estetik şüu-
runun inkişafında böyük rol oynayır. Tədris etdiyi fəndən asılı olmayaraq müəllim öz
gözəl nitqi, davranışı, münasibəti, geyimi ilə tələbələrin zövqünü tərbiyə edir: “Hər
bir fənn müəllimi estetik tərbiyə müəllimi olmalıdır” (M.Cəfər). 
Təlimdə aparılan estetik tərbiyə 
auditoriyadankənar işlərdə
 daha da dərinləşdi-
rilir və genişləndirilir.
Bədii yaradıcılıq və incəsənət dərnəkləri estetik tərbiyə üzrə auditoriyadankənar
işlərin geniş yayılmış formalarındandır. Belə dərnəklərə musiqi, xor, rəqs, ədəbiyyat,
dram və b. dərnəklər daxildir. 
Gənclərin   estetik   tərbiyəsində   kütləvi   işlərin   –   teatr   və   konsertlərə,   sərgi   və
muzeylərə gedişləri, bədii-estetik mövzularda disput və konfransların, bədii əsərlərin
müzakirəsinin, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərin, ədəbi-bədii gecələrin,
bayram və tarixi günlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.  
Tələbələrin estetik tərbiyəsi sistemində  
təbiət gözəllikləri
  əvəzsiz rol oynayır.
Təbiət gözəlliklər mənbəyi, həm də ən yaxşı tərbiyəçidir: o, insanın zövqünü, əxla-
qını, ağlını, qəlbini zənginləşdirir, nəcib hisslər və keyfiyyətlər aşılayır. 
Estetik tərbiyənin mühüm bir vasitəsi 
insan gözəlliyi, insani münasibətlərdə gö-
zəllikdir
. Xeyirxahlıq, humanizm, mədənilik, sadəlik və təvazökarlıq, həssaslıq, baş-
qalarının sevincinə və kədərinə şərik olmaq – insanın estetik mədəniyyətinin, daxili
108


gözəlliyinin   mühüm   göstəriciləridir.   Əksinə,   kobudluq,   ədalətsizlik   gənclərdə
emosional   və   estetik   "gönüqalınlıq"   (V.A.Suxomlinski)   doğurur.  Onların   qəlbində
xeyirxahlıq   və   insan   ləyaqəti   hisslərinin   kütləşməsinə   gətirib   çıxarır.   Gəzəlliyi
görmək üçün insan gözəl qəlbə malik olmalıdır.
Estetik tərbiyədə 
estetik mühitin, gözəllik mühitinin yaradılması
 böyük əhəmiy-
yətə malikdir. Təhsil müəssisəsinin təmiz, səliqəli, gözoxşayan həyəti, tədris binası-
nın,   otaqların   təmizliyi,   bədii   tərtibi,   müəllimlərin   geyimi,   danışığı,   davranışı,
müəllim-tələbə   münasibətlərinin   və   ali   məktəb   həyatının   estetik-mənəvi   tələblər
əsasında qurulması gənclərin estetik zövqünün formalaşmasında mühüm rol oynayır. 
Ali məktəbdə hər şey, ilk növbədə, 
insanların qarşılıqlı münasibətlərinin  gözəl-
liyi, insana ən qiymətli sərvət kimi yanaşılması
, tələbəyə yüksək qayğı və diqqət gös-
tərilməsi estetik mühitin yaranmasının vacib şərtini təşkil edir. Tələbələrin  
məişət,
geyim, davranış mədəniyyəti
 də bu sahədə az rol oynamır. 
Tələbə   gənclərin   estetik   inkişafında  
ədəbiyyat   və   incəsənət
  aparıcı   yer   tutur.
Bədii  ədəbiyyat  ideya-mənəvi  və  estetik  tərbiyənin qüdrətli vasitəsidir.  O, həyatı,
insan münasibətlərini, insan gözəlliyini və əzəmətini dərk etməyə kömək göstərir.
V.A.Suxomlinskinin sözləri ilə desək, ağıllı kitabla, musiqi və təsviri sənətlə – bu
incə vasitələrlə idrakın və emosiyaların bütün həyat boyu tərbiyəsi davam etməsə,
neqativ hallara qarşı heç bir mübarizə vasitəsi kömək etməz. 
Estetik tərbiyə vasitələrinin sistemli və kompleks tətbiqi şəxsiyyətin emosional-
estetik və mənəvi inkişafına, həyata və insanlara estetik münasibətin formalaşmasına
kömək göstərir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə