Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə149/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   145   146   147   148   149   150   151   152   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Hüquq tərbiyəsi. 
Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ide-
ya-tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. “Hüquq” ərəbcə
“haqq söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəy-
yən edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış
111


qaydaları sistemidir. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də  
insanın
hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti 
kimi özünü göstərir. 
Hüquq normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi
əqidə və davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır. 
Hüquq   tərbiyəsi   gənc   nəslin   hüquqi   şüur   və   davranışını,   habelə   hüquq   nor-
malarına münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət
prosesidir. Hüquq tərbiyəsi qarşısında aşağıdakı 
vəzifələr
 durur:
a)   gənc   nəsildə   hüquqi   şüur,  hüquqa   və   qanunçuluğa   dair   biliklər,  baxış   və
təsəvvürlər aşılamaq; b) hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun
düzgün   davranış   bacarıqları   formalaşdırmaq;
 
c)   sosial-hüquqi   fəallıq,   hüquqazidd
hallarla mübarizə əzmi tərbiyə etmək.
Hüquq   tərbiyəsi   müxtəlif  
forma   və   metodlarla
  həyata   keçirilir.  Bu   formalar
içərisində 
təlim 
əsas yer tutur. Tədris prosesində tələbə gənclərdə hüquqa dair biliklər,
hüquq psixologiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara əməl
etməyə daxili tələbat yaratmaq hüququn aliliyinə dair təsəvvür və baxışlar aşılamaq
diqqət mərkəzində durmalıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm
əhəmiyyət kəsb edir. 
Hüquq tərbiyəsi üzrə təlim prosesində  aparılan işlərlə yanaşı,  
auditoriyadan-
kənar işlər
  də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı auditoriyadan-
kənar işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə onları iki
qrupa bölmək olar: a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən
formalar; b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə