Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   146   147   148   149   150   151   152   153   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

İqtisadi tərbiyə.  
İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahib-
karlıq,   qənaətcillik   ruhunda   formalaşdırmaq,   onları   iqtisadi   fəaliyyətə   hazırlamaq
məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür.
İqtisadi tərbiyə qarşısında aşağıdakı 
vəzifələr
 durur: - gənc nəsildə iqtisadiyyat,
onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqda təsəvvürlər, iqtisadi təfəkkür
formalaşdırmaq; - gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırla-
maq; - gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığı-
na, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək; - israfçılığa, təsərrüfatsız-
lığa,   əməyə   və   əmək   məhsuluna   laqeydliyə,   məsuliyyətsizliyə   qarşı   barışmazlıq
tərbiyə etmək.
İqtisadi təhsil və tərbiyə 
müxtəlif yollarla və vasitələrlə
 həyata keçirilir. Bu sa-
112


hədə  
təlim prosesi
  böyük imkanlara malikdir. Müxtəlif fənlərdə gənclər cəmiyyətin
iqtisadi inkişafının qanunları ilə tanış olur, iqtisadi təsəvvürlərə yiyələnirlər.
İqtisadi təhsil və tərbiyə sahəsində təlimdə aparılan iş 
auditoriyadankənar təd-
birlər
  yolu ilə möhkəmləndirilir və daha da dərinləşdirilir. İctimai-faydalı və məh-
suldar   əmək   zamanı   gəncləri   iqtisadi   münasibətlərə   qoşmaq,   iqtisadi   məsələlərin
praktik həllinə cəlb etmək mühüm şərtdir.
Vaxtaşırı olaraq fakültələrdə tələbə təşkilatları xətti ilə qənaətcillik reydləri və
ayları keçirmək, bu zaman dövlət əmlakına, elektrik enerjisinə, suya qənaət edilməsi
vəziyyətini öyrənmək, reydlərin nəticələrini kollektivdə müzakirə etmək qənaətcillik,
təsərrüfatçılıq baxımından əhəmiyyətlidir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə