Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Tələbə kollektivinin şəxsiyyətə təsiri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   147   148   149   150   151   152   153   154   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

4. Tələbə kollektivinin şəxsiyyətə təsiri
Kollektiv anlayışı, onun funksiyaları, təşkili. 
Şəxsiyyətinin formalaşmasına təsir
göstərən amillər içərisində kollektiv mühüm yer tutur. O, insan həyatını təşkil etməyin sə-
mərəli formalarından biridir. Kollektiv sosial qrupun yüksək təşəkkül tapmış forma-
sıdır.
 
Kollektivə belə tərif vermək olar:  
kollektiv
  ictimai-faydalı məqsədlər naminə
birgə fəaliyyət göstərən, qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, özünüidarə or-
qanlarına   (müvəkkillərə)   və   ictimai   rəyə  malik   olan   insanların   mütəşəkkil   birliyi,
yüksək təşəkkül tapmış sosial qrupdur. 
Kollektivin  
funksiyaları
  aşağıdakılardan ibarətdir: a) tərbiyə funksiyası; b) sti-
mullaşdırma   və   tənzimləmə   funksiyası;   c)   təşkilatçılıq   funksiyası.   Kollektivin   öz
funksiyalarını yerinə yetirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə və inkişafı qey-
dinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə işində təsirli vasitə
ola bilər. 
Kollektivin
 
təşkili
  üçün  səlahiyyətlərin,   ictimai   vəzifələrin   düzgün   bölünməsi
mühüm şərtdir. Vəzifələrin təyin etməklə yox, seçki yolu ilə tutulması daha səmə-
rəlidir. Kollektivin təşkilinin digər şərti mümkün qədər daha çox tələbəni 
ictimai vəzi-
fələrə cəlb etməkdən
 ibarətdir. Bu halda kollektivdə bərabərlik, qarşılıqlı asılılıq şəraiti
yaranır ki, bu da sağlam kollektivin vacib şərtidir. 
Kollektivin təşkili müəyyən  
prinsiplərə
  əsaslanır. Bu prinsiplərə demokratiya
(kollektivin həyatında və idarə olunmasında hamının seçkili orqanlar vasitəsilə işti-
rakının təmin olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində icrası),
113


plüralizm (fikir müxtəlifliyinə, azadfikirliliyə şərait yaradılması), çoxluğun rəyinin
əsas götürülməsi və azlığın rəyinə hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin
prinsiplər əsasında sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin təsirli
subyektinə çevirmək olar. Bunun üçün müəyyən mərhələlərlə iş aparmaq lazımdır.
Kollektivin   inkişaf   mərhələləri.
  Kollektivin   təşkili   uzun   sürən   prosesdir;
kollektivin inkişafında dörd mərhələ ayırd edilir.  
Birinci mərhələ
  kollektivin təşək-
külü mərhələsi adlanır. Burada əsas təşkilatçı kimi müəllimlər, kurator, dekanlıq, qrup
nümayəndəsi çıxış edir. 
İkinci mərhələ
 kollektiv özəyin təşkili mərhələsi adlanır. Fəallar müəllimin-tər-
biyəçinin, kurator və qrup nümayəndələrinin dayağı kimi çıxış edir, onların tələblərini
müdafiə edir, kollektivin həyatında fəallıq göstərirlər.
Üçüncü mərhələ
 özünüidarəyə keçid mərhələsi adlanır. Bu mərhələdə kollektivin
əksər   üzvləri   onun   həyatında   fəal   iştirak   edir,   yoldaşlarına   tələblər   verirlər.   Bu
mərhələdə kollektivin ictimai rəyi formalaşır və əsas tərbiyəedici, tənzimedici amilə
çevrilir. 
Dördüncü mərhələ
  kollektivin yetkinlik mərhələsi adlanır. Bu mərhələdə kol-
lektivin   bütün   üzvləri   onun   həyatında   fəal   iştirak   edir,   hərə   özünə   tələb   verir.
Beləliklə, tərbiyə özünütərbiyə ilə qovuşur.
Kollektivin təşəkkülü və formalaşmasının göstərilən mərhələləri onun inkişaf di-
namikasını ifadə edir: kollektiv pedaqoji rəhbərlikdən tədricən özünüidarə və özünü-
tənzimləmə sisteminə çevrilir və mühüm tərbiyə vasitəsi kimi çıxış edir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə