Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Pedaqoji ünsiyyətin forma və üslubları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə155/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   150   151   152   153   154   155   156   157   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Pedaqoji ünsiyyətin forma və üslubları.
  Ünsiyyətin səmərəsi onun forma və
üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Ünsiyyətin 
iki
 başlıca 
for-
ması
 ayırd edilir: formal və qeyri-formal ünsiyyət. 
Formal ünsiyyət
 rəsmi qaydalarla,
normalarla tənzim olunur; müəllim-tələbə münasibətləri rəsmi münasibətlərdir. 
Pedaqoji prosesdə 
qeyri-formal ünsiyyət
 ünsürləri də özünü göstərir. Belə ünsiy-
yət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır və simpatiya və antipa-
tiyaya isti münasibətə əsaslanır. Belə ünsiyyətdə müəyyən hədd – psixoloji məsafə,
«pedqoji pərdə» gözlənməli, o, müəllimin rəsmi vəzifələrini yerinə yetirməsinə mane
olmamalıdır.
Göstərilən ünsiyyət formalarının heç birini  
unversallaşdırmaq olmaz
. Pedaqoji
fəaliyyətdə ancaq formal ünsiyyətə əsaslanmaq – təlimat və əmrlərlə hərəkət etmək
formalizmə, yeknəsəqliyə, konservatizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər.
Eləcə də ancaq qeyri-formal ünsiyyətə əsaslanmaq  anarxiyaya, müəllim və tələbə
arasında «pərdə»nin götürülməsinə səbəb ola bilər. Buna görə də, hər iki ünsiyyət
formasını düzgün 
əlaqələndirmək
, konkret şəraitdən, situasiyadan asılı olaraq yerinə
görə tətbiq etmək lazımdır. 
Pedaqoji ünsiyyətin xarakteri  
ünsiyyət üslubundan
  çox asılıdır. Ünsiyyət üsulu
dedikdə, ünsiyyət fəaliyyətinin fərdi xüsusiyyətlərinin məcmusu başa düşülür. Fəa-
liyyət prosesində rəhbərlik formasından asılı olaraq, 
üç əsas ünsiyyət üslübü
 fərqlən-
dirilir: avtoritar, demokratik və liberal üslüblar.  
Avtoritar üslub
  – inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır.
Bu halda insana  (uşağa,  şagirdə, tələbəyə) sadəcə  obyekt kimi  baxılır: təşəbbüsə,
etiraza imkan verilmir, müəllim öz dediyini həyata keçirir («Mən deyən olmalıdır»). 
Demokratik üslub  
– əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, hu-
118


manizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana təlim-tərbiyə prosesinin fəal işti-
rakçısı – subyekti kimi  baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları,
mənafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer verilir. 
Liberal uslub
 – ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur: müəl-
lim heç nəyə qarışmır, fəallıq göstərmir, məsələlərə formal yanaşır, məsuliyyətdən
kənar olmağa çalışır. Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə
işinin keyfiyyətinə mənfi təsir göstərir. 
Qeyd edilən ünsiyyət üslubları içərisində ən səmərəlisi demokratik üslubdur. Ali
məktəb müəllimi bu üsluba əsaslanmalıdır. Avtoritar və liberal ünsiyyət üslublarından
yaxa   qurtarmaq   üçün   tələbələrlə   münasibətləri   yeni   əsaslarda   –   əməkdaşlıq,   xe-
yirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həssaslıq, ədalət, pedaqoji etika tə-
ləbləri   üzərində   qurmaq,   müəllim   və   tələbələri   ayıran   psixoloji   səddi,   şübhə   və
etimadsızlığı, qeyri-səmimiliyi aradan qaldırmaq, bir sözlə, ünsiyyət mədəniyyətinə
yiyələnmək lazımdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə