Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Ümumiyyətlə, insanın sağlamlığına təsir edən faktorları-risk faktorlarını-mexaniki, fiziki



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə7/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   166
Tibb bacısının işi-1

Ümumiyyətlə, insanın sağlamlığına təsir edən faktorları-risk faktorlarını-mexaniki, fiziki, 
kimyəvi, bioloji və ictimai-sosioloji olmaqla bir neçə qrupa ayırmaq olar.
1. Meхaniki amillərə-zərbə, çəkisizlik və s. nəticəsində baş verən müxtəlif travmalar aiddir.
2. Fiziki amillərə-yüksək və aşağı temperatur, şüa, elektrik enerjisi, səs, atmosfer təzyiqi və s. aiddir. 
Bunların təsirindən orqanizmdə müxtəlif xəstəlik halları (yanıqlar, donma, şüalanma, şüa xəstəlikləri, 
elekrtotravmalar və s. ) əmələ gələ bilər.
3. Kimyəvi amillər-müxtəlif kimyəvi maddələrin təsiri nəticəsində orqanizmdə fizioloji 
funksiyaların pozğunluğu baş verir. Bu zaman əmələ gələn dəyişikliklər zəhərli maddənin dozasından, 
orqanizmə daxil olma yolundan, həmçinin orqanizmin müqavimət qabiliyyətindən asılıdır. Bir sıra 
kimyəvi maddələr insanın immun sisteminə təsir edərək, onda yüksəlmiş həssaslıq (allergik vəziyyət) 
yaradır. Belə faktorlara allergenlər deyilir.
4. Bioloji amillərə-müxtəlif infeksion xəstəliklərin törədiciləri, bitki mənşəli zəhərli və allergen 
maddələr və s. aiddir. İlan, əqrəb, arı və digər zəhərlər insana hətta öldürücü təsir də göstərə bilər.
5. İctimai-sosioloji amillərə-səs-küy, insanların qarşılıqlı münasibətləri, iqtisadi vəziyyət və s. 
aiddir.


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 6 
İnsanın II siqnal sisteminin olması onu digər canlılardan fərqləndirir və daha ali edir. Bu sonuncu 
amil də yalnız insanın sağlamlığına təsir göstərir. İnsana təsir göstərən müxtəlif ictimai qıcıqlar, mənfi 
emosiyalar insanda birbaşa və ya dolayısı ilə xəstəlik törədə bilər.
İnsanın insana münasibəti dedikdə tibb işçilərinin insana münasibətinə xüsusi yer ayırmaq lazımdır. 
Tibb işçilərinin xəstə ilə rəftarı xəstəliyin müalicəsində nə qədər əhəmiyyətli təsir göstərirsə, bəzən 
ehtiyatsız bir söz və ya rəftar xəstəliyin bir o qədər ağırlaşmasına səbəb ola bilər, hətta yeni bir xəstəliyin 
əmələ gəlməsinə şərait yarada bilər. Belə faktorlara yatrogen faktorlar deyilir (Yatros-həkim, genos-
yaradıram deməkdir) .
Həmçinin ağır əmək şəraiti, işsizlik, hərəkətsizlik, pis və ya birtərəfli qidalanma, yaşayış şəraitinin 
pis olması, vaxtlı-vaxtında profilaktika aparılmaması da orqanizmin normal vəziyyətini pozur və 
xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Əlverişsiz ictimai-iqtisadi şərait bəzi xəstəliklərin yaranma və 
yayılmasında xüsusi rol oynayır. Zöhrəvi xəstəliklər, vərəm, alkoqolizm, narkomaniya və son dövrlərdə 
daha çox diqqəti cəlb edən QİÇS də buraya aid edilə bilər.
Ümumiyyətlə, insan ictimai şəraitdə yaşayır və onun sağlamlığına həm ictimai, həm də xarici mühit 
faktorları təsir göstərir. Buna görə də insan orqanizmi öyrənilərkən onu həm ictimai, həm də bioloji 
varlığın kompleksi kimi nəzərə almaq lazımdır.
Təbabətdə sağlamlıq-xəstəlik dərəcəsini daha dəqiq müəyyən etmək üçün insanlar 5 sağlamlıq 
qrupuna bölünürlər. Bu qruplaşmaya əsasən insanların hansı hissəsinin sağlam və ya xəstə olması, kəskin 
və ya xroniki xəstə olması, xroniki xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilir.
I sağlamlıq qrupuna tam sağlam adamlar aid olunur. Belə insanlar ictimai və fiziki fəaliyyətə tam 
yararlıdır, onların həyatında demək olar ki, heç bir risk faktoru yoxdur. Bu çox az faiz təşkil edir.
II sağlamlıq qrupuna kəskin infeksion və somatik xəstəliklərlə xəstələnənlər, risk faktorları ilə əhatə 
olunan insanlar, genetik anamnezində xəstəliklərə meylli olan insanlar aiddir. Bu qrupa əhalinin yarısı aid 
edilir.
III sağlamlıq qrupuna xəstəliyin remissiya dövründə olan xroniki xəstələr aiddir. Bunlar əmək 
qabiliyyətini itirməmiş xəstələrdir. Belə xəstələr dispanser qeydiyyata götürülür, vaxtaşırı həkim 
müayinəsindən keçirilir.
IV sağlamlıq qrupuna dekompensasiya dövründə olan xroniki xəstələr aiddir. Bunlar əhalinin əmək 
qabiliyyətini itirmiş hissəsidir, vaxtaşırı stasionar müalicəsi keçməlidirlər.
V qrup aqonal dövrdə olan insanlardır.
İnsan həyatının sağlam olan dövrünün daha uzun olmasında səhiyyə sisteminin işinin düzgün 
qurulmasının böyük rolu vardır. Sanitar-profilaktik işin düzgün aparılması, sağlamlaşdırıcı mərkəzlərin, 
sanator-kurort müalicələrinin təşkili sağlamlığın daha uzun müddətli olmasına xidmət edir.



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə