Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə40/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   166
Tibb bacısının işi-1

Punksion BĠOPSĠYA
 
Biopsiyanın mənası “canlı ikən görmək” deməkdir. Diaqnostika məqsədilə 
canlı şəxslərdən, yəni xəstələrdən üzv və toxuma hissəciklərinin götürülərək mikroskop altında 
patohistoloji müayinədən keçirilməsinə deyilir. Biopsiya ən dəqiq və qəti həyati morfoloji diaqnostika 
üsulu kimi müasir səhiyyə sistemində çox geniş yayılmış və hal-hazırda əksər tibb müəssisələrində tətbiq 
edilir. Onkoloji, cərrahi, uroloji və ginekoloji patologiyalar zamanı isə biopsiya müayinələrinin rolu 
əvəzedilməzdir. 
 
Bioptatın əldə edilmə texnikasından və götürülmə xüsusiyyətlərinə görə biopsiyanın aĢağıdakı 
növləri vardır.


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 35 
1. Kəsilib götürülməklə olan biopsiya-adətən dəri xəstəlikləri, ağız boşluğu üzvləri, uşaqlıq yolu və 
boynunun patologiyaları, açıq yaralar zamanı və s hallarda patoloji ocaqdan kiçik hissə kəsilib götürülür 
və mikroskopik müayinədən keçirilir.
2. Punksion biopsiya-xüsusi şprislər vasitəsilə boşluqlu üzvlərdə toplanmış maye çəkilərək sitoloji 
müayinə olunur 
3. Endoskopik biopsiya-endoskopik müayinə zamanı həmin nahiyədən endoskopla toxuma hissəciyi 
götürülür 
4. Cərrahi əməliyyatla bioptatın götürülməsi-bəzən yerli keyləşdirmə ilə dəridə və dərialtı toxumada 
parasentez kəsik aparılır, troakar şəklində xüsusi alət daxili üzvə yeridilərək parenximadan toxuma 
hissəciyi götürülür. Bəzən isə yalnız diaqnostika məqsədilə ümumi narkoz altında cərrahi əməliyyat 
aparılır, xəstə üzv açılır, ondan toxuma nümunəsi kəsilib götürülür, bununla da cərrahi əməliyyat başa 
çatdırılır.
5. Cərrahi biopsiya-müalicə məqsədilə cərrahi əməliyyat aparılır, üzv və ya toxuma hissəsi çıxarılır və 
çıxarılmış hissədən xəstəliyin növünü, xarakterini, mərhələsini və s aydınlaşdırmaq üçün bioptat 
götürülərək müayinəyə göndərilir.
6. Yaxma materialının götürülməsi-bəzən boşluqlu və borulu üzvlərdən, selikli qişalardan qaşımaqla 
toxuma hissəsi götürülür və sitoloji müayinə olunur.
Biopsiya müayinəsinin başa çatdirilma müddətinə görə planlı (3-4 gündən 1-2 həftəyədək) və təcili 
biopsiyalar ayırd edilir. Təcili (ekspress) biopsiya zamanı xüsusi üsullarla preparat 20-30 dəq ərzində 
hazırlanır, mikroskopda baxılır və cavab verilir.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə