Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


SĠREMOBĠL -2000 rəqəmsal (inteqral-sifrovoy) aparatı ilə aşağıdakı müayinələr aparılır. Sümük-oynaq sistemi



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə39/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   166
Tibb bacısının işi-1

SĠREMOBĠL
-2000 rəqəmsal (inteqral-sifrovoy) aparatı ilə aşağıdakı müayinələr aparılır.
Sümük-oynaq sistemi: 
kəllə, onurğa sütunu-fəqərələr, qabırğalar, ətraf sümüklər, əl və ayaq pəncə 
sümükləri, çanaq sümükləri, döş sümüyü, diz qapağı, bilək və ayaq daraqarxası sümükləri, kiçik sesmoid 
sümüklər.
DöĢ qəfəsi orqanları:
ağciyərlər, bronx-damar dəstəsi, plevra, qabırğa-diafraqma sinusları, ürək, 
aorta, divararalığı orqanları, diafraqma) .
Burun ətrafı ciblər: 
Haymor, alın-frontal, əsas, xəlbir cibləri.
Yemək borusu-mədə-bağırsaq traktı orqanları:udlaq, yemək borusu, mədə, 12 barmaq bağırsaq, 
nazik-acı, qalça, kor bağırsaq, yoğun-qalxan, köndələn, enən çənbər bağırsaq, S-vari bağırsaq, düz 
bağırsaq.
Ġrriqoskopiya və irriqoqrafiya:
yoğun bağırsağın qalxan-retroqrad üsulla kontrast rentgen 
müayinəsi.
Histerosalpingoqrafiya:
uşaqlıq yolunun, uşaqlığın, uşaqlıq borularının və kiçik çanağın kontraszt 
rentgen müayinəsi.
Uroqrafiya:
böyrəklərin, sidik axarının, sidik kisəsinin və sidik kanalının kontrast rentgen 
müayinəsi 
Maqnit rezonans tomoqrafiya 
Maqnit rezonans tomoqrafiya (MRT) -bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen 
nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan 
bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir. Maqnit Rezonans Tomoqrafiyası zamanı 
xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji 
verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompyuter ekranında canlanır və onu rentgen 
plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında 
tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların 
dəyərləndirilməsində istifadə olunur.
Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, xəstə şüalanmaya məruz qalmır. Alınan təsvir daha aydın 
və diaqnostik cəhətdən əlverişli sayılır.
MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş 
qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda 
meydana gələn dəyişiklikləri aşkar etmək olar.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə