Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Rentgenoloji müayinələrə hazırlıq



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə35/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   166
Tibb bacısının işi-1

Rentgenoloji müayinələrə hazırlıq 
 
Bronxoqrafiya
-kontrast maddənin yeridilməsilə bronxların və traxeyanın müayinəsidir. Hazırlıq 
zamanı xəstənin yod preparatlarına həssaslığı yoxlanır, bronxların drenajı aparılır (xəstəyə 
bəlğəmgətiricilər və bronxolitiklər verilir) . Proseduradan əvvəl xəstəyə d/a atropin inyeksiyası, ehtiyac 
olduqda həkim göstərişinə əsasən desensibilizasiyaedici preparatları vurulur.
Bronxoqrafiyanı narkoz və ya yerli anesteziya ilə aparırlar. Proseduradan sonra xəstəyə 2 saat 
yemək verilmir. Kontrast maddənin yeridilməsində istifadə olunan kateterlər dezinfeksiya olunur (çox 
vaxt isə birdəfəlik kateterlər istifadə olunur) .
Mədə və nazik bağırsağın rentgenoloji müayinəyə hazırlanması
-müayinədən 2-3 gün əvvəl 
xəstənin pəhrizindən qaz əmələ gətirən ərzaqlar çıxarılır (qara çörək, kartof, süd, kələm, turp, paxlalılar və 
s. ) . müayinədən bir gün əvvəl xəstə axşam saat 18-də yüngül şam edir, bundan sonra ona yemək, içmək 
və dərman qəbul etmək qadağa olunur. Saat 20-də xəstəyə 30 q gənəgərçək yağı içirdilir, 3 saat sonra isə 
təmizləyici imalə qoyulur. Səhər müayinədən 2 saat əvvəl yenidən təmizləyici imalə qoyulur və xəstə 
rentgenoloji müayinəyə göndərilir. Müayinədən əvvəl xəstəyə su içmək, siqaret çəkmək olmaz! Xəstənin 
mədəsində acqarına maye toplanmış olarsa, zond vasitəsilə çıxardılmalıdır. Bağırsaqlarda qaz toplanması 
halında isə müayinədən 30 dəq əvvəl yenidən imalə qoyulur.
Öd kisəsi və öd yollarının müayinəsinə hazırlıq
-Xolesistoqrafiyadan əvvəl 2 gün ərzində xəstə 
tərkibində kobud bitki lifləri olmayan, meteorizm əmələ gətirməyən yüngül qidalar qəbul edir. Bağırsaqlar 
imalə ilə təmizlənir. Müayinədən əvvəlki gün xəstə saat 16-da yemək yeyir, axşam imalə olunur. Kontrast 
maddə (1,5-3 q xolevid) xüsusi sxem üzrə rentgenoqrafiyadan 12-14 saat əvvəl yeridilir. Səhər 
müayinədən 2-3 saat əvvəl yenidən imalə olunur, xəstə özü ilə rentgenoloji kabinetə 2 çiy yumurta gətirir.
Venadaxili xolesistoqrafiyada əvvəlcə xəstənin kontrast maddəyə həssaslığı yoxlanılır-v/d 1-2 ml 
20%-li biliqnost məhlulu yeridilir. Dəridə səpgilər, qaşınma, temperaturun yüksəlməsi müşahidə olunarsa 
müayinədən imtina edilir. Reaksiya olmazsa xəstəyə v/d isidilmiş, 30-40 ml 30%-li biliqnost məhlulu 
yavaş-yavaş yeridilir. 10-15 dəq sonra rentgenoqrammada öd axarları görünməyə başlayır. 45 dəq sonra 
isə öd kisəsi dolmağa başlayır.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə