Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə31/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   27   28   29   30   31   32   33   34   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 27 
morfoloji tədqiqat üçün material götürmək mümkündür. Müayinədən 3-5 gün əvvəl xəstəyə 4 N-li pəhriz 
stolu təyin edilir, müayinədən 2 gün əvvəl xəstəyə işlətmə dərmanı verilir. Müayinədən əvvəlki gün axşam 
və səhər müayinəyə 2 saat qalmış xəstəyə təmizləyici imalə aparılır. Xəstə müayinə olunacaq gün səhər 
acqarına endoskopiya otağına aparılır və ona müayinəyə 20-30 dəqiqə qalmış 1,0 ml 0,1%-li atropin sulfat 
və 1 ml 2%-li promedol yeridilir. Müayinə əksər hallarda diz-dirsək vəziyyətində aparılır.
Qastroskopiya
- qastroskop optik sistem, elektrik açarının dəstəkləri, elektrik qaytanı, hava vuran 
balon və işıq sistemindən ibarət elastiki borudur. Lampadan işıq saldıqda mədə divarının şəkli prizma və 
optik sistemdən okulyara düşür, müayinəni okulyara baxıb aparırlar. Sterilizə etmək lazım deyil, 
müayinədən əvvəl və sonra spirtlə silmək lazımdır. Əməliyyat acqarına aparılır. Müayinədən 30 dəqiqə 
əvvəl 1 ml 1%-li omnopon məhlulu vurulur, 2%-li dikain məhlulu udlağın selikli qişasına sürtülür. Xəstə 
sol böyrü üstə sol qıçını uzadıb yatır, sağ qıçı isə diz və bud-çanaq oynağından qatlanır. Başın altında 
kiçik balış qoyulur. Kömək edən adam xəstənin arxa tərəfində durub başı elə tutur ki, udlaqla qida borusu 
bir xətt üzərində olsun. Sonra yumşaq damaq, dil, udlaq dikain ilə silinir, sonra zond salınır.
Ġrriqoskopiya
- yoğun bağırsaqlara düz bağırsaqdan barium horrası yeritməklə onların rentgenoloji 
müayinəsinə irriqoskopiya deyilir. Bu məqsədlə 200 qram bariumu 1,5 l suda həll edir və imalə vasitəsilə 
yoğun bağırsaqlara yeridilir. Xəstə müayinəyə 3 gün qalmış pəhrizə keçirilir (qaz əmələ gətirən qida 
maddələri verilmir) . Xəstənin yeməyi çox vaxt səhərlər-şirin çay və ət omleti, nahar-kisel və bulyon, şam-
kefir, yaxud bir stəkan şirin çaydan ibarət olur. Müayinəyə 1 gün qalmış xəstəyə bağırsağın tonusunu və 
peristaltikasını artıran dərmanlar verilmır, maye qəbulu üçün məhdudiyyət qoyulmur. Müayinəyə 1 gün 
qalmış günortadan sonra xəstəyə 30 ml gənəgərçək yağı içirdilərək, saat 1800 və 2000-da təmizləyici 
imalə aparılır. Müayinəyə 2 saat qalmış xəstəyə sifon imaləsi aparılaraq düz bağırsağ təmizlənir və imalə 
üçün istifadə edilən rezin zond düz bağırsaqda saxlanılır. Rentgen kabinetində düz bağırsaqdakı zonda 
(rezin boru) Esmarx parçını birləşdirir və duru barium horrası yoğun bağırsaqlara yeridilir. 
İrriqoskopiyadan sonra xəstələr müşahidə altında olmalıdır. Belə ki, bəzi şəxslərdə bağırsaqlar 
boşaldıqdan sonra qarında ağrılar, kollaps vəziyyəti və s. hallar baş verə bilər ki, bu da tibbi yardım 
göstərilməsini tələb edir.



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə