Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə28/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   166
Tibb bacısının işi-1

Nəcisin müayinəsi
-nəcis təmiz şüşə qaba yığılmalıdır. Koproloji (ümumi) tədqiqat üçün səhərlər 
ifraz olunan təzə nəcis götürülür. Bu cür analiz bütövlükdə mədə-bağırsaq traktının həzmetmə qabılıyyəti 
haqqında ümumi məlumat verir. Ümumi analizdən başqa, nəcisin analizi onda qurd yumurtalarını, 
ibtidailəri, gizli qanı aşkara çıxarmaq məqsədilə və bakterioloji tədqiqat üçün aparılır.
Sidiyin müayinəsi
-Bu zaman sidiyin miqdarı, xüsusi çəkisi, rəngi, şəffaflığı, duzlar və s. yoxlanılır. 
Bakterioloji müayinə üçün sidik kateterlə götürülməlidir.
Rentgenoloji müayinə
-bir sıra xəstəliklərin diaqnostika və profilaktikası məqsədilə xüsusi 
kabinetlərdə aparılır. Həkim ehtimal edilən diaqnozu göstərməklə tədqiq obyektini göstərir. Tomoqrafiya, 
bronxoqrafiya və s. kimi bir sıra xüsusi tədqiqat növləri mövcuddur. Bu tədqiqatlar çox vaxt əsas rentgen 
tədqiqinə əlavə olaraq keçirilir.
İstər əsas, istərsə də xüsusi tədqiqat növləri rentgen qurğuları, qoruyucu ləvazimatla təchiz olunmuş 
və fotolaboratoriyası olan xüsusi kabinetlərdə həyata keçirilir. Rentgen laborantının əsas vəzifəsi 
avadanlığın sazlığına nəzarət etmək, tədqiq prosesində və plyonkanın emalında həkimə kömək etmək
habelə bəzi hallarda müstəqil işləməkdir. Rentgen qurğusunun sürtünən hissəsi müntəzəm yağlanmalıdır. 
Laborant fikir verməlidir ki, borunun fokusu ilə xəstə arasında azı 25 sm məsafə olsun. Şüalarla 
zədələnmənin qarşısını almaq üçün diafraqmanın ekrana nisbətən düzgün nizamlanmasına da fikir vermək 
lazımdır. Belə ki, diafraqmanı tam açdıqda ekran üzərində onun kənarları görünməlidir.
Rentgen tədqiqatı keçirilərkən laborant idarə pultunun arxasında aparatın işinə və xəstəyə fikir 
verməlidir. Uşaqlar müayinə olunarkən valideyn yanında dayanmalıdır. Onlar qoruyucu döşlük və əlcək 
geyinməlidirlər.
Rentgen laborantı kabinetin iş jurnalını səliqəli aparmalı, burada xəstələrin tədqiq işi və pasport 
göstəricisi qeyd edilməlidir. Rentgen kabinetində əsas iş yükü döş qəfəsi üzvləri ilə mədə-bağırsaq 
yolunun tədqiqindən ibarətdir. Döş qəfəsini tədqiq etmək üçün xəstəni qabaqcadan hazırlamaq lazım 
deyil. Xəstəni belinə kimi soyundurub aparatın yanına gətirir, düzgün yerləşdirirlər.



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə