Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə36/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   166
Tibb bacısının işi-1

Yoğun bağırsağın müayinəsi
-yoğun bağırsağın rentgenoloji müayinəsi imalə ilə barium-sulfat 
məhlulunun yeridilməsi ilə, və ya mədənin rentgenoloji müayinəsindən bir sutka sonra, barium-sulfat 
məhlulu bağırsaqlara dolandan sonra aparılır. Ikinci halda xəstəyə tapşırırlar ki, müayinəyə bağırsaqların 
boşaldılması hissi yaranan zaman gəlsin. Bu halda bağırsaqların peristaltikasını artırmaq məqsədilə 
xəstəyə səhər yeməyi verilir, 2 saat sonra müayinə aparılır.
Kor bağırsağı müayinə etmək üçün xəstəyə gecə saat 3-də barium horrası (200 q barium-sulfat+ 1 st 
su) içirdilir, 7-8 saat sonra xəstə müayinə olunur.


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 31 
Sidik-ifrazat sisteminin müayinəsi. 
Böyrəklərin ölçüsü, vəziyyəti, daşları, şişləri və s haqqında 
məlumat əldə etmək üçün rentgenoloji müayinə aparılır. Müayinədən əvvəl 2-3 gün xəstəyə qaz əmələ 
gətirən yeməklər, işlədici dərmanlar və yod tərkibli preparatlar qəbul etmək qadağan olunur. əvvəlki gün 
axşam saat 22-də təmizləyici imalə qoyulur. Müayinə günü yemək və içmək olmaz. Səhər müayinədən 3 
saat əvvəl yenidən imalə olunur. Proseduradan əvvəl sidik kisəsi boşaldılır. Bağırsaqlarda qaz toplanması 
müşahidə olunarsa yenidən imalə qoyulur və 45 dəq sonra müayinə aparılır.
ENDOSKOPĠK MÜAYĠNƏ
-xüsusi optik cihazların (endoskopların) köməyi ilə mədə-bağırsaq 
sisteminin selikli qişasının müayinəsidir. Qida borusu, mədə, 12 barmaq bağırsağın müayinəsi fibro-
ezofaqo-qastro-duodeno-skopiya-FEQDS adlanır.
Düz bağırsaq və siqmayabənzər bağırsağın müayinəsi-rektoromanoskopiya, yoğun bağırsağın 
müayinəsi-kolonoskopiya, qarın boşluğunun müayinəsi isə laparoskopiya adlanır.
Endoskopik müayinənin köməyi ilə: 
-histoloji müayinə üçün toxuma nümunəsi (biopsiya) götürmək; 
-bir çox müalicə proseduraları (yad maddələrin xaric edilməsi, poliplərin kəsilməsi, qanaxmanın 
dayandırılması və s) icra etmək olar.
Bütün endoskopik müayinələrdə ağırlaşmalar baş verə bilər:anestetiklərə qarşı allergiya, qanaxma, 
bayılma və s. Buna görə tibb bacısı prosedura müddətində və sonra xəstənin vəziyyətinə nəzarət etməlidir.
FEQDS
-müayinə üçün xüsusi hazırlıq tələb olunmur. Planlı müayinə səhər, acqarına aparılır, təcili 
müayinə isə (məs. güclü mədə qanaxması) istənilən vaxt, hazırlıqsız aparıla bilər.
Müayinədən əvvəl xəstəni başa salırlar ki, prosedura ərzində danışmaq, tüpürcəyi udmaq mümkün 
olmur. Diş protezləri çıxarılmalıdır. Müayinədən 30 dəq əvvəl xəstəyə d/a 1 ml 0,1%-li atropin-sulfat 
məhlulu vurulur. Bilavasitə müayinədən əvvəl udlağın dikain məhlulu ilə anesteziyası aparılır. Xəstə 
əməliyyat stoluna sol böyrü üstə uzadılır. Tibb bacısı xəstənin vəziyyətinə nəzarət edir. Müayinədən sonra 
xəstə 2 saat yemək qəbul etmir (udma refleksi bərpa olunanadək), əgər biopsiya aparılıbsa həmin gün 
xəstə yalnız duru və soyuq halda olan qida qəbul edə bilər.
Rektoromanoskopiyaya hazırlıq məqsədilə axşam xəstəyə təmizləyici imalə qoyulur. Səhər 
müayinədən 1,5-2 saat əvvəl yenidən imalə olunur və qazçıxarıcı boru qoyulur. Kəskin iltihabi proseslərdə 
(məs, dizenteriya) və ciddi qanaxmalarda isə müayinə hazırlıqsız aparılır.
Kolonoskopiyaya hazırlıq məqsədilə xəstə bir gün əvvəl günortadan sonra yemək qəbul etmir
axşam və səhər-müayinədən 2 saat əvvəl imalə olunur. Axşam imalədən sonra xəstəyə 50 ml gənəgərçək 
yağı içirdilir. Xüsusi göstəriş olduğu halda (məs, yoğun bağırsaq keçməməzliyinə şübhə) əvvəlcədən 
hazırlıq görülmür, yalnız müayinədən 0,5-1 saat əvvəl sifon imaləsi edilir. Müayinə zamanı xəstə sol 
böyrü üstə, ayaqları qarına yığılmış vəziyyətdə uzadılır. Kolonoskopun yeridilməsi çətin olarsa xəstəni 
arxası üstə və ya sağ böyrü üstə də çevirmək olar. Müayinə müddətində tibb bacısı xəstənin vəziyyətinə 
nəzarət etməlidir.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə